Nə qədər ki sağam (film, 2012)
== Süjet ==
Samar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır.
Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir.