SAĞA

SAĞA – SOLA Platformanın hər tərəfi sağa doğru tərpənərək sürüşür, o biri tərəfi də sola doğru (Çəmənzəminli).

SAĞ
SAĞALMAQ
OBASTAN VİKİ
Nə qədər ki sağam (film, 2012)
Samar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır. Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir.
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Sağamo gölü
Sağamo gölü (gürc. საღამოს ტბა) — Gürcüstanda, Samtsxe-Cavaxeti bölgəsində yerləşən göl. Cavaxeti vulkanik dağlığının şərq hissəsində, dəniz səviyyəsindən 1996 metr yüksəklikdə yerləşir. Sahəsi 4,8 km2-dir. Maksimum dərinliyi 2,3 metr, orta dərinliyi 1,6 metrdir. Həcmi 7,7 mln3-dir. Tektonik mənşəlidir. Gölün cənub-qərb sahilləri andezitdir.
Sağandil (Vərziqan)
Sağandil (fars. سغندل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 157 nəfər yaşayır (34 ailə).
Sağarsuçay
Sağarsuçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. Gilançayın (Arazın qolu) sol qolu. Zəngəzur silsiləsinin ətəyindən, 3065 m. hündürlükdə yerləşən Göygöldən başlanır. Uzunluğu 10 km, hövzəsinin sahəsi 21 kv. km-dir. Əsasən, yeraltı sular (36%) və qar suları (50%) ilə qidalanır. Göygöl çayı da adlanır.
İşxan Sağatelyan
İşxan Sağatelyan (erm. Իշխան Վաչիկի Սաղաթելյան; 6 may 1982, Şəhriz, Yelenovka rayonu) — Ermənistan siyasətçisi, Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının sədri. 6 may 1982-ci ildə Ermənistan SSR-də yerləşən Qeqamavan kəndində doğulmuşdur. 2003-cü ildə İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. 2008-ci ildə tarix elmləri namizədi dərəcəsi əldə etmişdir. 1999-cu ildən etibarən Erməni İnqilabi Federasiyasının üzvüdür. 2018-ci ildə keçirilmiş seçkilər zamanı Erməni İnqilabi Federasiyasının namizədi olmuşdur. 2020-ci ildə Ermənistanın İkinci Qarabağ müharibəsidəki məğlubiyyətindən sonra Ermənistanda keçirilən etiraz aksiyalarının başçılarından biri olmuşdur. 12 noyabr 2020-ci ildə etiraz aksiyalarındakı iştirakına görə həbs olunmuşdu.
Sağarçı (Mahnişan)
Sağarçı (fars. ساغرچي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (33 ailə).

Digər lüğətlərdə