SAL I is. Körpü. Mən aşiqəm Salyana; Dara zülfün sal yana. Necəsən bir ah çəkim; Kür quruya, sal yana (Bayatı).
SAL II is. Daş. Hər sütunun altına bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın (C.Məmmədquluzadə).
SAL III f. Atmaq, düşmək. Qara gözlüm, saçlarını sal yana! (R.Rza).