Akif Salamoğlu
Salamov Akif Salam oğlu (Akif Salamoğlu) (21 yanvar 1949, Nuxa) — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Akif Salamoğlu 1949-cu il yanvarın 21-də Şəki şəhərində anadan olmuşdur. 1956-cı ildə Şəki şəhər 10 saylı orta məktəbə getmiş və 1966-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Orta təhsillə yanaşı tar ixtisası üzrə musiqi təhsili də almışdır. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək "İnşaat-mühəndisi" ixtisasına yiyələnmişdir. 1973-cü ildə əsgəri xidmətdə olarkən böyük mühəndis vəzifəsində işləmişdir. "Azərkommunlayihə" institutunda, "Şəki-qaz" istismar idarəsində , Dövlət qazlaşdırma komitəsi aparatında müxtəlif vəzifələrdə işləməklə bərabər yaradıcılıqla da məşğul olmuş, bir sıra təmsillər, lirik şeirlər, miniatürlər, hekayələr, esselər, pyeslər, romanlar yazmışdır. 1796–1841-ci illərdə ömür sürmüş Şəki şairlərindən olan Molla Qasım Zakir Nuxəvi onun ulu babasıdır.
== Yaradıcılığı ==
İlk dəfə "Bahar" və "Xoruz" adlı şeirlərini ibtidai sinifdə oxuyarkən yazmışdır. Axırıncı siniflərdə oxuduğu zaman məktəb radio qovşağının redaktoru kimi ictimai iş aparmışdır.