SARIQLI

1. повязанный, перевязанный, обмотанный; 2. в чалме, в тюрбане; чалмоносец;
SARIQ
SARILIQ
OBASTAN VİKİ
Qırmızı sarıqlılar üsyanı
Qırmızısarıqlılar üsyanı 1351-68, Çində monqol Yuan sülaləsinin devrilməsinə və Min sülaləsinın yaranmasına gətirdi; (başlarında fərqləndirici qırmızı sarıqlardan dolayı) ümumi Qırmızı sarıqlılar üsyanı adı altında bir neçə ayrı (Şimali və Mərkəzi Çində) üsyandan ibarətdir. Şimali Çində kəndli üsyanı 1351-ci ildə (gizli Ağ lotus cəmiyətinin başçısı) Xan Şan-tun və Lü Fu-tunun başçılıqı ilə başlamışdır. Lakin üsyanın əvvəlində, 1351-ci ildə Xan Şan-tun öldürüldü, və çinli Sun sülaləsinin bərpası şüarı ilə monqollara qarşı üsyanın başçısı kimi Lü Fu-tun qaldı. Monqollara qarşı olmasından başqa, üsyan dini formada təzahür edən antifeodal səciyə daşıyırdı. Belə ki, üsyançılar zorakılığı və ədalətsizliyi məhv etmək və ümumi səadət və ədalət ölkəsini yaratmaq üçün dünyaya budda Matreyanın gəlişini elan etdilər. 1353-54-cü illərdə hökumət qoşunları üsyançıları məğlubiyətə uğratdılar, lakin sonuncuların müvəqqəti geri çəkilməsindən sonra 1355-ci ildə üsyan yeni qüvvə ilə baş qaldırdı. 1355-ci ildə üsyançılar Xan Şan-tunun oğlu Xan Lin-eri imperator olmaqla Sun imperiyasının bərpasını elan etdilər. 1358-ci ildə üsyançılar monqol imperatorlarının paytaxtı olan Dadunu(Pekin) mühasirəyə aldılar, 1359-cu ildə Bənləni(Kayfın) aldılar, Şandunu ələ keçirərək şimal-şərqdə Koreya çatdılar. Yuan hakimlərinin köməyinə, monqollar tərəfindən ali vəzifələrə buraxılan, Çinin şimal ərazilərinin feodalları gəldi. 1357-ci ildə çinli feodalların yardımı ilə yenidən təşkil olunan hökumət qoşunları Çinin şimalında üsyançılara qarşı geniş cəza əməliyyatlarına başladılar.

Digər lüğətlərdə