SATIN: SATIN ALMAQ

купить, приобрести на деньги
SATILMAZ
SATINALMA: SATINALMA QİYMƏTİ
OBASTAN VİKİ
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) — Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. == Nəticəsi == Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
İlon Maskın Twitter-i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. == Zəmin == İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.
İlon Maskın "Twitter"i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. == Zəmin == İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Apple tərəfindən birləşdirilən və satın alınanların siyahısı
"Apple" dünyanın ən böyük texnologiya şirkətlərindən biri kimi müxtəlif texnologiya və xidmətlər sahəsində innovativ məhsullar yaratmaq üçün bir çox şirkətləri satın almışdır. Bu satınalmalar əsasən texnologiya təkmilləşdirilməsi, yeni məhsulların inkişafı və mövcud bazar mövqeyinin gücləndirilməsi məqsədilə həyata keçirilmişdir. "Apple"ın proqram məhsullarına "macOS", "iOS", "iPadOS", "tvOS" və "watchOS" əməliyyat sistemləri, "iTunes" media pleyeri, "Safari" veb-brauzeri və iLife media və yaradıcı proqramlar dəsti daxildir. 2024-cü ilin noyabrına olan məlumata görə, "Apple" 100-dən çox şirkəti satın alıb. Alışların faktiki sayı yəqin ki, daha yüksəkdir, çünki "Apple" satınalmalarının əksəriyyətini mətbuat tərəfindən aşkar edilmədikcə açıqlamır. "Apple" iki yarı-səhmli ortaqlıq yaradıb və əvvəllər mövcud olan üç şirkətdə səhm paylarını satın almaq təklifini üç dəfə imtina etmişdir. "Apple" tərəfindən birləşdirilən və satın alınalarının əksəriyyətinin maliyyə təfərrüatlarını açıqlamır. "Apple" tez-tez satınalma barədə detalları açıqlamır və kiçik miqyaslı startapları əldə etməyi üstün tutur. Şirkət texnologiyalarını və məhsul təkliflərini təkmilləşdirmək üçün hər il bir neçə satınalma həyata keçirir. Satınalmalar əsasən süni intellekt, artırılmış reallıq (AR), maşın öyrənməsi, musiqi texnologiyaları və istifadəçi təcrübəsinin inkişafına yönəlib.
Disney-in 21st Century Fox-u satın alması
"Disney"in "21st Century Fox"u satın alması – 20 mart 2019-cu ildə "The Walt Disney Company" şirkətinin "21st Century Fox" şirkətini 71 milyard ABŞ dolları qarşılığında satın alması. "Disney"in "Fox"u almaq istədiyi ilk dəfə 14 dekabr 2017-ci ildə anons edilmişdi. Əvvəlcə müqavilənin 52 milyard ABŞ dollarını əhatə edəcəyi bildirilsə də, bu məbləğ "Comcast" ilə yaşanan rəqabətə görə 71,3 milyard ABŞ dollarına yüksəlmişdir. "Disney" "Fox"un təxminən 13.7 milyard dollarlıq borcunu da ödəmək məcburiyyətində olmuşdur. Satınalma "Twentieth Century Fox", "Fox Searchlight Pictures", "Fox 2000 Pictures", "Fox Family" və "Fox Animation", "Twentieth Century Fox Television", "FX Productions" və "Fox21", "FX Newtorks", "National Geographic Partners", "Fox Networks Group International" və "Star India"nın, eləcə də, "Fox"un "Hulu", "Tata Sky" və "Endemol Shine Group"dakı səhmlərini də əhatə etmişdir. Bununla yanaşı, "Simpsonlar", "İks-adamlar", "Avatar", "Fantastik dördlük", "Qriffinlər" kimi mediafranşizlər də "Disney"in ixtiyarına keçmişdir.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. == Tənzimləyici çərçivə == Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. == Məhkəmə təcrübəsi == Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)