Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması.Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr).Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir. Bu dövrdə donmaların dərəcəsini və sahəsini düzgün təyin etmək qeyri-mümkündür. Gizli (reaktivliyə qədərki) dövr nə qədər çox davam edərsə, toxumalar bir o qədər daha çox zədələnirlər.
Danhaq
Danhaq — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Əsası Li Sın Qoyn tərəfindən qoyulmuş Danhaq təlimi Koreyada və bütün dünyada 160-dan artıq yoqa və tay-çi mərkəzinə malikdir. Onun banisi özünü İlçi, yəni "həqiqəti göstərən barmaq" adlandırır. Qoyn iddia edir ki, fövqəltəbii gücə malikdir və "beyin tənəffüsünü" - tay-çi, masaj və meditasiya vasitəsilə mənəvi aydınlanma və təbii şəfa tapma prosesini öyrədir. Tədricən tədris proqramlarının qiyməti artır, davamçılar isə məşğələlərin haqqını ödəməyə və müalicəvi məhsullar və kitablar almağa məcbur edilirlər. Sadiq davamçılar bəzən min dollarlarla vəsait ödəyirlər. Bu kultun daşıyıcıları biliyin fiziki ağrı nəticəsində əldə oluna biləcəyi barədə mif uydururlar. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
Dondar
Dondarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır.Dondarlı kəndinin tarixi cox qədimdir. Bu kəndin tarixi haqqında alban tarixçilərinin və yunan tarixçilərinin əsərlərində rast gəlmək olar.
Dovdaq
Dovdaq (lat. Otis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Donax donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir.Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Dodaq
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "dqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir.Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.Yeni Əhdi-Cədiddə, Luka İncilində δόγμα, Sezarın Roma İmperiyası əhalisini siyahıya alma əmrini göstərir (Luka 2: 1) Müqəddəs Aktlarda Həvarilər "doqmalar" — kral qanunları. Kolosyalılara və Efeslilərə göndərilən məktublarda Musanın İlahi nüfuza sahib olan qanunları "doqmalar" dır.Nəhayət, Həvarilərin İşləri Kitabında (Həvarilərin İşləri 15: 20–28) ilk dəfə δόγμα sözü kilsənin üzvlərinin hər biri üçün mübahisəsiz səlahiyyət sahibi olmalı olan təriflərini ifadə edir.
Onman
Onman (çuk. Онмыня) — Çukot dənizinin Kolyoçinskoye buxtası sahilində, Vankarem kəndindən 30 km aralıda yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. 83 metr hündürlüyə malikdir. Çukot dilində işlənən Onmın sözü «dərin, dənizin daxilinə doğru uzanmış» mənasını verir. Onman burnu ilk dəfə xəritəyə Böyük Şimal ekspediyası zamanı salınmışdır. Burnun dəqiq yerləşmə koordinatı 1910-cu ildə təstiqlənmişdir. 1934-cü ildə Çelyuskin buzqıranına yardım məqsədi ilə «Fleyster» təyyarəsi, təyyarəçisi olan Siqizmund Aleksandroviç Levanovski ilə birlikdə qəzaya uğramışdır. Burnun sahilində bir çox quş növləri yuva qurur. Burnun sahilində naviqasiya işıqlı işarəsi quraşdırılmışdır.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Yonma
Yonma — səthlərin, profillərin və kanovların emalı üçün tətbiq olunan mexaniki emal üsuludur. Proses iskənə adlanan alətin köməyi ilə aparılır. Burada alət iskənələmə dəzgahında sərt bərkidilir. Baş və köməkçi hərkətləri isə üzərində pəstah bərkidilmiş stol yerinə yetirir. Frezləmə üsulunun inkişaf etdirilib istehsalatda tətbiqindən sonra iskənələməni sıxışdımağa başlamışdır. Bu prosesin üstün cəhəti onun ucuz başa gəlməsi, kəsmədə tenperaturun aşağı olması və səthin keyfiyyətinin yüksək olmasıdır. Mənfi cəhəti isə emalın uzun çəkməsi və dəzgahın böyük qabariti və boş gedişlərin sayıdır. Yonma əməliyyatı yonma dəzgahlarında aparılır. Bu dəzgahlar Yönəldicilərdən, Dəzgahın gövdəsindən, Mühərrik və sürətlər qutusundan, Stol, Ayaqlarınan ibarətdr.
Donda
Donda — amerikalı repçi Kanye Vestin onuncu studiya albomu. 29 avqust 2021-ci ildə GOOD Music və Def Jam Recordings tərəfindən buraxılıb.
Donbas Arena
Ukraynanın Donetsk şəhərində yerləşən və dünya standardlarına cavab verən bu stadionun rəsmi açılış mərasimi 2009-cu ildə olub. Şəhərin təmsilçisi Şaxtyor Donetsk klubunun yeni stadionu — "Donbass Arena" keçirilən təntənəli mərasimlə rəsmi şəkildə açıq elan olunub. Klubun sahibi Rinat Əhmədov mərasimin təşkilati işlərini yerinə yetirməsi üçün İtaliya firmasının xidmətlərindən istifadə edib. Tədbirə dövlət başçısı Viktor Yuşenko da qatılıb. Qeyd edək ki, 50 min oturacaq yeri olan stadion Mançester Siti klubunun "Mançester" və Bayern Münhen klubunun "Allianç Arena" stadionlarını inşa edən şirkət tərəfindən tikilib. Arenaya 400 milyon dollar pul vəsaiti sərf olunub.
Dondar Quşçu
Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == 1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşamışlar.
Donqar (dəqiqləşdirmə)
Donqarlar — trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi. Donqar (musiqi) — qədim Azərbaycan simli musiqi aləti.
Donqar (musiqi)
Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti. == Tarixçə == Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur. Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. == Söz açımı == "Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb.
Qonçaq xan
Qonçaq xan (XII əsr – 1203) — Qıpçaq xanı (1170–1203). == Həyatı == Qonçaq xan Ətrak xanın oğludur. Volınski qara klobuklar, Qaliç və Trovsk alayları ilə birlikdə Kiyev üzərinə yeriyir. Şəhər döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir aydan sonra Qonçaqla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat edir. Onun oğlu Roman Novqorodu tərk edir, yerini isə Andrey Boqolyubski ilə olan sazişə əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlindədir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi zəhərləyirlər.
Sıldıs Donqak
Sıldıs Donqak (tıva Сылдыс Баазаң оглу Доңгак, 13 sentyabr 1970, Tuva Xalq Respublikası ) — Tuvanın Övür bölgəsindəki Torqalıq kəndində anadan olmuş tuvalı şair, yazıçı. O, həmçinin tacirliklə də məşğuldur. == Həyatı == 13 sentyabr 1970-ci ildə hal-hazırkı Tuva Muxtar Sovet Sosialist Respublikasındakı Övür bölgəsinin Torqalıq məntəqəsində anadan olmuşdur. Torqalıqdakı təhsilindən sonra Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnistitutunda ali təhsilini almışdır. Kənd təsərrüfatı və menecment sahəsindəki təhsilini Rusiya Akademiyasında almışdır. Ədəbi fəaliyyətlə yanaşı, ticari fəaliyyətlə də məşğuldur. == Yaradıcılığı == Yazıçılığa 1990-cı ildə başlamışdır. Şerləri Tuvanın qəzetlərində, Tuva Ədəbiyyatı jurnalında, "Ulug-Hem" məcmuəsində nəşr edilmişdir. "Een hovuda sırın ıglaydır" adlanan şer kitabı 1998-ci ildə nəşr edilmişdir. Onun şerləri ruscaya də tərcümə edilmişdir.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Li Donvuq
Lee Dong-wook (kor. 이동욱; 6 noyabr 1981, Seul) — Cənubi Koreyalı aktyor, aparıcı və model. O, daha çox "My Girl" (2005), " Scent of a Woman " (2011), "The Fugitive of Joseon" (2013), "Hotel King" (2014), "Qəyyum:Tək və böyük Tanrı" (2016), "Life" (2018), "Hell Is Other People" (2019),Doqquz quyruqlunun nağılı, Pis və Dəli (2021) və Doqquz quyruqlunun nağılı:1938 televiziya dramlarında baş rolları ilə tanınıb. O, həmçinin "Strong Heart" (2012–2013) tok-şousunun, oğlan qrupları ilə bağlı realiti-şou olan "Produce X 101-in (2019) və özünün Amerika tipli" Wook Talk" (2019) tok-şousunun aparıcısıdır. == Karyera == Li 1999-cu ildə MBC bir epizodlu dramda aktyorluq debütünü elə həmin ilin V-NESS model yarışmasında baş mükafatı qazandıqdan sonra etdi. Dramın PD-si Lini gördü və onu yeniyetmələr üçün dram “School 2”də çəkməyə qərar verdi. Li "Məktəb 3" filmindəki performansı ilə tanınmağa başladı. Li 2005-ci ildə "My Girl" adlı romantik komediya ilə məşhurlaşdı. Dram seriyası həm ölkə daxilində, həm də Asiyada yayımlanarkən hit oldu və Lini Koreya Dalğasının ulduzuna çevirdi. Həmin il o, Cunbu (Joongbu) Universitetinə daxil olub, media və yayım sənəti ixtisasına yiyələnib.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. == Səbəbi == Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir.Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir.Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır. Bu həftələrdə barmaq əyilirsə, sağalma daha uzun çəkə bilər.Böyük bir sümük parçası qoparsa, əməliyyat tövsiyə oluna bilər. Müvafiq müalicə olmadan barmaqların daimi deformasiyası baş verə bilər.
Arundo donax var. donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi.Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.