Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baxşı Həyəti (Talış)
Baxşı Həyəti (fars. بخش حياطي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (14 ailə).
Məscid və məscid həyəti ibadət yeri
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
UEFA Avro 1960 (heyətlər)
6–10 iyul 1960-cı ildə Fransada keçirilən Futbol üzrə 1-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1964 (heyətlər)
17-21 iyun 1964-cü ildə İspaniyada keçirilən Futbol üzrə 2-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1968 (heyətlər)
5-10 iyun 1968-ci ildə İtaliyada keçirilən Futbol üzrə 3-cü Avropa çempionatında iştirak edən komandaların heyətləri. == İngiltərə == == İtaliya == == SSRİ == == Yuqoslaviya == == Maraqlı faktlar == Komandaların heyətinə bir legoner belə təmsil olunmamışdır.
UEFA Avro 1972 (heyətlər)
14-18 iyun 1972-ci ildə Belçikada keçirilən Futbol üzrə 4-cü Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1976 (heyətlər)
16-20 iyun 1976-cı ildə Yuqoslaviyada keçirilən Futbol üzrə 5-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1980 (heyətlər)
11-22 iyun 1980-ci ildə İtaliyada keçirilən Futbol üzrə 6-cı Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1984 (heyətlər)
12-27 iyun 1984-cü ildə Fransada keçirilən Futbol üzrə 7-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1988 (heyətlər)
10-25 iyun 1988-ci ildə AFR-də keçirilən Futbol üzrə 8-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 20. Oyunçuların təvəllüdləri turnir başlayan tarixdəki (10 iyun 1988) təvəllüdləridir.
UEFA Avro 1992 (heyətlər)
10–26 iyun 1992-ci ildə İsveçdə keçirilən Futbol üzrə 9-cu Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 20 (2 qapıçı da daxil). Oyunçuların və məşqçilərin təvəllüdləri turnir başlayan tarixdəki (10 iyun 1992) təvəllüdləridir.
UEFA Avro 1996 (heyətlər)
8-30 iyun 1996-cı ildə İngiltərədə keçirilən Futbol üzrə 10-cu Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 22. Oyunçuların və məşqçilərin təvəllüdləri turnir başlayan tarixdəki (8 iyun 1996) təvəllüdləridir. == A qrupu == === İngiltərə === === Niderland === Frank de Bur zədə aldığı üçün heyətdən çıxarılmışdır. Onun yerinə heyətə Yap Stam daxil edilmişdir. === Şotlandiya === === İsveçrə === == B qrupu == === Fransa === Bir topu Lüboslav Penev (Bolqarıstan) öz qapısına vurub. === İspaniya === === Bolqarıstan === === Rumıniya === == C qrupu == === Almaniya === === Çexiya === === İtaliya === === Rusiya === == D qrupu == === Portuqaliya === === Xorvatiya === === Danimarka === === Türkiyə === == Xarici keçidlər == UEFA Avro 1996 final mərhələsinin ətraflı statistikası RSSSF saytında (ing.) Avropa çempionatlarının tarixi. 1996.
UEFA Avro 2000 (heyətlər)
10 iyun-2 iyul 2000-ci ildə Belçika və Niderlandda keçirilən Futbol üzrə 11-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 22. Oyunçuların və məşqçilərin təvəllüdləri turnir başlayan tarixdəki (10 iyun 2000) təvəllüdləridir. == A qrupu == === Portuqaliya === === Rumıniya === === İngiltərə === === Almaniya === == B qrupu == === İtaliya === === Türkiyə === === Belçika === === İsveç === == C qrupu == === İspaniya === === Yuqoslaviya FR === === Norveç === === Sloveniya === == D qrupu == === Niderland === === Fransa === === Çexiya === === Danimarka === == Xarici keçidlər == UEFA Avro 2000 final mərhələsinin ətraflı statistikası RSSSF saytında (ing.) Avropa çempionatlarının tarixi. 2000. Belçika.
UEFA Avro 2004 (heyətlər)
12 iyun-4 iyul 2004-cü ildə Portuqaliyada keçirilən Futbol üzrə 12-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri. Komandalar heyətlərini 2004-cü il 2 iyun tarixinə qədər açıqlamışlar. İlk oyunlarına qədər onlar zədəli futbolçularını dəyişmək hüququna malik olmuşlar. Heyətdə 3-ü qapıçı olmaq şərtilə ümumilikdə 23 oyunçu təmsil oluna bilərdi. == A qrupu == === Yunanıstan === Heyət 23 may tarixində elan edilmişdir. === İspaniya === Heyət 17 may tarixində elan edilmişdir. Zədəli bir oyunçu əvəzlənmişdir. === Portuqaliya === Heyət 18 may tarixində elan edilmişdir. === Rusiya === Heyət 2 iyun tarixində elan edilmişdir. == B qrupu == === İngiltərə === Heyət 17 may tarixində elan edilmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyəti
SSRİ Ali Soveti (rus. Верхо́вный Сове́т СССР) — 1936–1989-cu illərdə SSRİ-nin konstitusiya ilə birbaşa, bərabər və gizli seçilən ali hakimiyyət orqanı. 1989–1991-ci illərdə SSRİ xalq deputatları qurultayı vasitəsi ilə seçilən daimi fəaliyyət göstərən parlamenti. == Strukturu == İki bərabərhüquqlu palatadan — İttifaq Sovetindən və Millətlər Sovetindən ibarət idi. 1936-cı il SSRİ Konstitusiyasına görə səlahiyyət müddəti 4 il, 1977-ci il SSRİ Konstitusiyasına görə isə 5 il idi. == İnzibati ərazilərin Ali Sovetdə təmsilçiliyi == 1977-ci il SSRİ Konstitusiyasına görə müttəfiq respublikalar əhali sayından asılı oımayaraq hər biri 750 yerlik Millətlər Sovetində 32 yerə malik idilər. Muxtar respublikalar, muxtar vilayətlər və muxtar dairələr müvafiq olaraq 11, 5 və 1 yerə malik idilər. İttifaq Sovetində isə 750 yerlik palataya əhali sayına görə deputat seçilirdi.
Bosniya və Herseqovina Rəyasət Heyəti
Bosniya və Herseqovina Rəyasət Heyəti (serb-xorv. Predsjedništvo Bosne i Hercegovine / Предсједништво Босне и Херцеговине) — Bosniya və Herseqovinada dövlət başçısı vəzifəsinə bənzər kollektiv ali icra hakimiyyəti orqanı. == Tərkibi == Konstitusiyanın V maddəsinə əsasən, rəyasət heyəti eyni vaxtda dörd il müddətinə (2000-ci ilə qədər iki il müddətinə) seçilən üç üzvdən ibarətdir: Bosniya və Herseqovina Federasiyasından bir boşnak və bir xorvat; Serb Respublikasından bir serb. == Rəyasət Heyətinin sədri == Rəyasət Heyətinə seçkilərdən sonra hər 8 aydan bir növbəti rotasiya ilə ən çox səslə Rəyasət Heyətinə üzv olan Rəyasət Heyətinin sədri rəhbərlik edir. Rotasiya prinsipi 1998-ci ildə yaradılmışdır. == Qərarvermə proseduru == Rəyasət Heyətinin qərarları səs çoxluğu ilə qəbul edilir, lakin onun hər bir üzvü veto hüququna malikdir. Bunun üçün o, 3 gün müddətində mübahisəli məsələ ilə bağlı rəyini təmsil etdiyi respublikanın parlamentinə təqdim etməli və orada deputatların 2/3-nin dəstəyini almalıdır.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
Azərbaycan SSR Ali Soveti — 1938–1991-ci illərdə Azərbaycan SSR ərazisində ali dövlət hakimiyyət orqanı. 1991-ci ildən səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür. == Çağırışlar == I çağırış (1938–1946) II çağırış (1947–1950) III çağırış (1951–1954) IV çağırış (1955–1959) V çağırış (1959–1962) VI çağırış (1963–1966) VII çağırış (1967–1970) VIII çağırış (1971–1975) IX çağırış (1975–1979) X çağırış (1980–1984) XI çağırış (1985–1990) XII çağırış (1991) == Rəhbərlər == 1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.
FİFA Klublararası Dünya Çempionatı heyəti 2000
FİFA Klublararası Dünya Çempionatı 2000 turnirində iştirak edən klubların heyəti.
Üçüncü Lozanna konfransında türk-tatar heyəti
Üçüncü Lozanna konfransında türk-tatar heyəti — Rusiya imperiyası türk xalqlarının millətlər birliyinin üçüncü Lozanna konfransında (1916, 27-29 iyun) iştirak edən nümayəndə heyəti. == Üzvləri == Nümayəndə heyətinin tərkibinə azərbaycanlılardan Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu, Kazandan Yusif Akçura və İbrahim Əbdurrəşid, buxaralı Beycan Mukiməddin, qazax və qırğızlar adından Məhəmmədsəfər Əhmədov, Dağıstandan qumıq Əhmədsaib Kaplanov, Seyid Tahir, çərkəz Əziz Məkər və b. daxil idilər. Heyət üzvləri İsveçrə, Osmanlı dövləti, Bolqarıstan, Almaniya və Avstriya-Macarıstanda konfranslar keçirərək ictimai rəyi Rusiya İmperatorluğunda yaşayan türklərin problemlərinə yönəltməyə çalışmışlar. Üçüncü Lozanna konfransında nümayəndə heyətinin birgə mətn təqdim etmək hüququ olmadığı üçün nümayəndələr ayrı-ayrılıqda öz millətlərinin vəziyyəti, haqlarının pozulması barədə çıxışlar etmiş, onların həlli yollarını göstərmişdilər. Konfransın gedişində nümayəndə heyəti üzvlərinin tələbləri çap edilərək (18 səhifə) yayımlanmışdır. Nümayəndələr konfransa hələ 1915-ci ilin dekabrında çap olunmuş memorandum təqdim etmişdilər. Memorandumda deyilirdi: Bununla belə, müharibədə Rusiyaya qarşı hərbi əməliyyatlar aparan dövlətlər türk və müsəlman xalqlara diqqətlərini artırsalar da, onların hüquqlarının müdafiəsi üçün əməli addımlar atmadılar. == Həmçinin bax == Əli bəy Hüseynzadə Əhməd Ağaoğlu == Ədəbiyyat == Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı. B..
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. == Fəaliyyəti == Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Belçika fəhlə nümayəndə heyəti Bakıda (film, 1926)
Belçika fəhlə nümayəndə heyəti Bakıda qısametrajlı sənədli filmi 1926-cı ildə çəkilmişdir. "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Kinolentdə Belçika fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, burada Bakı fəhlələrinin həyat və məişəti, şəhərin sənaye obyektləri, görməli yerləri ilə tanışlıqlarından danışılır. == Məzmun == Kinolentdə Belçika fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, burada Bakı fəhlələrinin həyat və məişəti, şəhərin sənaye obyektləri, görməli yerləri ilə tanışlıqlarından danışılır.
İngiltərə Parlamenti nümayəndə heyəti Bakıda (film, 1925)
== Məzmun == Filmdə İngiltərə parlamenti nümayəndə heyətinin Bakıda olmasından, respublikada seçki sistemi ilə tanışlığından, eləcə də Bakı zəhmətkeşlərinin mədəni məişəti ilə maraqlandıqlarından söhbət açılır. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət. == Haqqında == 1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.