Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulduz kəmiyyəti
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır. Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir.
Mütləq kəmiyyətlər
== Mütləq kəmiyyət == Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. İctimai-iqtisadi hadislərin kəmiyyət tərəfi mütləq kəmiyyətlərlə , miqdar nisbətləri isə nisbi kəmiyyətlərlə xarakterize edilir. == Növləri == === Fərdi mütləq kəmiyyətlər === Fərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Fərdi mütləq kəmiyyətlər obyektin ayrı-ayrı vahidlərinin həcmini , səviyyəsini ifadə edir. Fərdi mütləq kəmiyyətlərə misal olaraq ayrı-ayrı təsərrüfatların pambıq əkin sahələrini , aylıq əmək haqqının həcmini və s. göstərmək olar. Fərdi mütləq kəmiyyələr yekun mütləq kəmiyyətlərini əldə etmək üçün əsasdır. === Yekun mütləq kəmiyyətlər === Yekun mütləq kəmiyyətlər öyrənilən statistika məcmuyunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının bu və ya digər əlamətlər üzrə həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir.
Nisbi kəmiyyətlər
Nisbi kəmiyyətlər — Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyətin müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. == Nisbi kəmiyyətlərin ifadə formaları == === Əmsal === Nisbi kəmiyyətlərin ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az olduğunu göstərən əmsal (dəfə) göstəricisidir. Nisbi kəmiyyətin bu ifadə formasından, adətən, müqayisə olunan gösrərici müqayisə əsasını təşkil edən göstəricidən çox-çox fərqli olduqda istifadə edilir. === Faiz === Müasir dövrdə nisbi kəmiyyətlərin ən geniş yayılmış ifadə formalarından biri də faizdir. Müqayisə edilən ədədi müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb , 100-ə vurduqda nisbi kəmiyyət faizlə ifadə edilmiş olur. === Promille və prodesimille === Nisbi kəmiyyətlər əhali və səhiyyə statistikasında çox tez-tez promille (ədədin mində biri) və prodesimille ilə (ədədin on mində biri) ifadə olunurlar. Promilledə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilledə isə 10000-ə bərabər götürülür."Promille" latınca hər 1000-ə düşən, "prodesimille" isə hər 10000-ə düşən mənasında istifadə edilir. Promilledən əhali statistikasında , prodesimilledən isə səhiyyə(tibb) statistikasında geniş istifadə edilir. == Nisbi kəmiyyətin növləri == === Plan tapşırığı (müqavilə öhdəliyi) === Plan tapşırığı nisbi kəmiyyəti hesabat dövrünə nisbətən plan dövrü üçün nəzərdə tutulan göstəricilərin necə dəyişilməsini xarakterizə etmək üçün istifadə edilir.
Orta kəmiyyətlər
Orta kəmiyyətlər -statistikada istifadə edilən ümumiləşdirici göstəricilərin növlərindən biri. Hadisə və proseslərin dərk edilməsində, onlara xas olan qanunauyğunluqların öyrənilməsində orta kəmiyyətlərin əhəmiyyəti böyükdür. Orta kəmiyyətlər təsadüflər nəticəsində əmələ gələn fərdi kənarlaşmaları silir və bütün məcmuya xas olan ümumi xüsusiyyəti, tipik səviyyəni xarakterizə edir. == Hesablanması == Orta kəmiyyətlərin hesablanmasının mühüm şərtlərindən biri hesablanacaq vahidlərin eyni növdən ibarət olmasıdır. Keyfiyyətcə yekcins olmayan məlumat əsasında hesablanan orta kəmiyyətlər real deyil və həqiqi vəziyyəti təhrif edir. Ona görə də statistik məcmunu əvvəlcə yekcins qruplara ayırmaq lazımdır. Hadisələrin tipik səviyyəsini xarakterizə etmək üçün ümumi orta kəmiyyətlərlə bərabər, qrup orta kəmiyyətləri də hesablamaq lazımdır. Qrup orta kəmiyyətləri ayrı-ayrı qrupların səviyyəsini xarakterizə edir. Ümumi orta kəmiyyətlərlə bərabər, qrup orta kəmiyyətlərin hesablanması orta kəmiyyətlərin düzgün tətbiqinin ikinci mühüm şərtidir. == Hesabi orta == === Sadə hesabi orta === Variantların çəkiləri eyni olduqda hesabi orta kəmiyyətin sadə düsturu tətbiq edilir.Bu düsturla orta kəmiyyəti hesablamaq üçün variantları cəmləyib onların sayına bölmək lazımdır.
Termodinamik kəmiyyətlər
Terodinamik kəmiyyətlər - termodinamik sistemlərdə prosesləri izah etmək üçün istifadə olunan fiziki kəmiyyətlərdir. == Terminologiya == == Termodinamik kəmiyyətlərin təsnifatı == == Dəyişənlərin və vəziyyət parametrlərinin riyazi təsnifatı == == Ədəbiyyat == Андрющенко А. И. Основы технической термодинамики реальных процессов. — М.: Высшая школа, 1967. — 268 с. Белоконь Н. И. Основные принципы термодинамики. — М.: Недра, 1968. — 112 с.
Allahsızlar Cəmiyyəti
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Cek Cəmiyyəti
"Cek Cəmiyyəti" İctimai Birliyi (əvvəlki adı: "Azərbaycan Cekli İcması" İctimai Birliyi) — Azərbaycanda ictimai birlik; Ceklilərin yaratdığı təşkilat. == Tarixi == Əvvəlki adı "Azərbaycan Cekli İcması" İctimai Birliyi (ACİİB) olan bu təşkilat 31 mart 2006-cı il tarixində ceklilər tərəfindən Sumqayıt şəhərində təsis edilmişdir. Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu birliyin əsas məqsədi ceklilərin sayını dəqiqləşdirmək, Azərbaycanın bu unikal etnosunun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək qorunub saxlanılmasını təmin etmək, qlobal inteqrasiya sahəsində əməli fəaliyyət göstərməkdir. Birliyin başlıca şüarı belədir: "Biz CAN deyirik! Yəni, Ceklilər Azərbaycan Naminə!". Xüsusi olaraq qeyd edək ki, "Azərbaycan Cekli İcması" İctimai Birliyinin 31 mart günü təsis edilməsi heç də təsadüfi deyildir. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli, 690 nömrəli "Azərbaycanlıların Soyqırımı haqqında" Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu tarix Azərbaycan tarixinin faciəli səhifələrindən biri olduğu kimi, ceklilər üçün də faciəlidir. Çünki son iki əsrdə Qafqazda himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti bütün azərbaycanlılar kimi ceklilərdən də yan keçməmişdir. 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında zərər çəkmiş kəndlərdən biri də məhz Cek kəndi və zərər çəkmiş etnoslardan biri isə Cek kəndində və digər kəndlərdə məskunlaşmış ceklilər olmuşdur.
Doktorlar cəmiyyəti
Doktorlar cəmiyyəti və ya Doktor-Kommons (ing. Doctors' Commons) — Kilsə nəzdindəki xüsusi məhkəmələrdə vəkillik edən və adətən, boşanmaq, vəsiyyətnamə, varislik kimi məsələlərə baxan hüquqşünasların yaratdığı cəmiyyət əvvəllər belə adlanırdı İngiltərədə. Sonra bu adı həmin vəkillərin və hüquqşünasların dəftərxanalarının yerləşdiyi binaya da vermişdilər, onların yaşadığı evlər, məhkəmənin toplandığı binalar və məhkəmənin özü də belə adlanırdı. == Tarix == İngiltərədə bu məhkəmə XIX əsrin ortalarına qədər mövcud olmuş və yalnız 1857-ci ildə ləğv edilmişdir.
Donanma Cəmiyyəti
Donanma Cəmiyyəti gerçək adı ilə Donanma-yı osmani Muavenet-i Milliyə Cəmiyyəti — 19 iyul 1909-cu ilda Yağcızade Şefik bəy adında bir tacirin liderliyində qurulan, xalqdan və vətəndaş təşkilatlardan maddi yardım əldə edib Osmanlı Donanmasını gücləndirməyi qarşısına məqsəd qoyan bir təşkilatdır.
Folklor cəmiyyəti
Folklor cəmiyyəti— Birləşmiş Krallıqda folkloru öyrənmək üçün təsis edilmiş milli cəmiyyətdir. Ənənəvi musiqi, mahnı, rəqs və dram, povest, bədii sənətkarlıq, adət və inanclar da daxil olmaqla, ənənəvi xalq mədəniyyətini öyrənmək üçün 1878-ci ildə Londonda yaradılmışdır. Cəmiyyət ingilis qanunlarına uyğun olaraq qeydiyyatdan keçmiş xeyriyyə təşkilatıdır . Folklor Cəmiyyətinin ofisi Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutunda yerləşir. == Üzvlər == İlk dəfə folklorşünaslıq termini gətirən "Qeydlər və Sorğular" jurnalının redaktoru Viyyam Toms, cəmiyyətin formalaşmasında mühüm rol oynamışdır. O və Georq Laurens Homm uzun illər cəmiyyətin lider üzvlərindən olmuşlar . Uzun müddət işləyən və cəmiyyətin inkişafında mühüm xidmətləri olan fəal üzvlərdən biri də əvvəllər jurnal redaktoru olmuş, sonralar isə cəmiyyətin ilk qadın prezidenti seçilmiş Şarlotta Sofiya Börn idi (1909-10). . "Linkolnşir folkloru" kitabı ilə tanınan Linkolnşir (İngiltərədə dairə) folklorşünası Etel Rudkin jurnalda folklora həsr olunmuş maraqlı məqalələr dərc etdirirdi . == Nəşrlər == Cəmiyyət Teylor və Frensisin əməkdaşlığı ilə "Folklore" jurnalını (ildə dörd sayı çap olunur) və "FLS News" bülletenini (1986-cı ildən) dərc etdirir. Jurnal 1878-ci ildə "The Folk-Lore Record" adı ilə nəşr olunmağa başlamışdır; sonralar "The Folk-Lore Journal" adı ilə çapı davam etdirilmişdir.
Jet Cəmiyyəti
Jet Cəmiyyəti (Türk dilində: Jet Sosyete) Gülsə Birsel tərəfindən qələmə alınmış türk sitkomu. BMM tərəfindən qurulan serialın rejissoru Hakan Algüldür. İlk mövsümdə Star TV-də, ikinci mövsümdə TV8-də yayımlanan serial, üçüncü mövsümdən bəri puhutv-də yayımlanır. Təkrarlamalarsa hər çərşənbə günü Star TV-də yayımlanır. == Mövzu == Özpamuk Tekstilin sahibi Cəngiz Özpamuk, oğlu Ozanı baş ofisdən götürür və şirkətin ən aşağı səviyyəsində işləyən Yaşar Yükseli şirkətin baş meneceri edir. İşdən çıxarılan Ozan Jetset Mansionsdakı baş menecer villasından da çıxır və yan villada yaşayan ailəsinin yanına köçür. Ayazağada bir gecəqonduda yaşayan Yüksel ailəsi, Ozanın çıxdığı villaya məskunlaşır. Yaşar Yüksel moda sənayesində özünü göstərməyə çalışsa da, ailəsi cəmiyyətə girməyi hədəfləyir.
Kişfaludi cəmiyyəti
Kişfaludi cəmiyyəti (mac. Kisfaludy Társaság) — 1836-cı ildə Peştdə yaradılan ədəbi cəmiyyət. 1830-cu ildə vəfat edən Karoy Kişfaludinin şərəfinə adlandırılmışdır. Cəmiyyətdə aylıq görüşlər keçirilir, mükafatar təqdim olunur, xalq mahnılarının toplanmasına maliyyə dəstəyi göstərilirdi və Macarıstanın ədəbi həyatında böyük bir qüvvə idi. Bundan əlavə, Kişfaludi cəmiyyəti İmre Madaçın “İnsanın faciəsi” kimi əsərlərin nəşr olunmasına köməklik edirdi. 1952-ci ildə cəmiyyətin fəaliyyəti sona yetirildi. == Təsisçiləri == == Direktorları == Andraş Fay (ilk direktoru, 1837-1841) Ferents Toldi (1841-1861, və 1860-cı ildən sədr olmuşdur) Yanoş Aran Jiqmond Kemen (1867-1876) Moriç Lukas (1876-1879) Pal Dulai == Biblioqrafiya == Fischer, William: A Kisfaludy Társaság története a szabadságharcig ("The History of the Kisfaludy Society"), 1928. Kéky Louis: A százéves Kisfaludy Társaság ("The Kisfaludy Society Centennial"), 1936.
Kommunist cəmiyyəti
Marksizmdə kommunist cəmiyyəti və ya kommunist sistemi — yalnız qlobal miqyasda və ya dünya sosialist inqilabı tərəfindən kapitalizmin qlobal şəkildə məhv edilməsi nəticəsində əldə edilə bilən, prinsipin həyata keçirilməsi ilə xarakterizə olunan bir cəmiyyət və iqtisadi sistem növüdür. hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə”, istehsal vasitələrinə ictimai mülkiyyət, planlı iqtisadiyyat, istehlak mallarına sərbəst çıxış, sinifsiz cəmiyyət, habelə dövlətin olmaması və əmtəə-pul münasibətləri onların mövcudluğuna ehtiyacın olmamasına, habelə cəmiyyətin hər bir üzvünün yaradıcılıqla həyata keçirilməsi üçün hərtərəfli imkanlara nail olmağa imkan verən şəraitlə əlaqədardır.
Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
LGBT cəmiyyəti
LGBT cəmiyyəti (LGBTQ+ cəmiyyəti, GLBT cəmiyyəti və ya gey cəmiyyəti olaraq da bilinir) ortaq bir mədəniyyət və ictimai hərəkatlarla birləşdirilmiş, lezbiyan, gey, biseksual, transseksual, LGBT təşkilatları və subkulturalardan ibarət müəyyən bir qrupdur. Bu icmalar ümumiyyətlə praydı, müxtəlifliyi, fərdi və seksuallığı qeyd edirlər. LGBT fəalları və sosioloqları, LGBT icma quruluşunu daha böyük cəmiyyətdə mövcud olan heteroseksizm, homofobiya, bifobiya, transfobiya, cinsiyyətçilik və konformist təzyiqlərə qarşı bir çəki olaraq görürlər. Prayd və ya bəzən gey prayd termini LGBT cəmiyyətinin kimliyini və kollektiv gücünü ifadə edir; prayd yürüşləri həm istifadənin əsas nümunəsini, həm də terminin ümumi mənasını nümayiş etdirir. LGBT cəmiyyəti siyasi mənsubiyyət baxımından müxtəlifdir. Lezbiyan, gey, biseksual və ya trans olan bütün insanlar özlərini LGBT cəmiyyətinin bir hissəsi hesab etmirlər. LGBT cəmiyyətinin bir hissəsi hesab edilə bilən qruplara gey kəndləri, LGBT hüquqları təşkilatları, şirkətlərdəki LGBT işçi qrupları, məktəblərdə və universitetlərdə LGBT tələbə qrupları və LGBT-ni təsdiq edən dini qruplar daxildir. LGBT cəmiyyətləri, dünyanın müxtəlif yerlərində LGBT hüquqlarını təbliğ edən vətəndaş hüquqları hərəkatları təşkil etmiş və ya dəstəkləmiş ola bilərlər. == Terminologiya == LGBT və ya GLBT, lezbiyan, gey, biseksual və transseksual-a aid olan bir inisializmdir. 1990-cı illərdən bəri istifadə olunan bu termin, 1980-ci illərin ortalarından sonuna qədər - bütövlükdə cəmiyyətə aid olan - gey terminini əvəz etmək üçün istifadə olunan LGB inisializminin uyğunlaşdırılmasıdır.
Millətlər Cəmiyyəti
Millətlər İttifaqı — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Cəmiyyəti 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında Cəmiyyət fəaliyyətini dayandırmışdır. == Millətlər Liqasının (Cəmiyyəti) yaranması və mahiyyəti == Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi.
Nicat Cəmiyyəti
Nicat Cəmiyyəti — Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı. Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür. == Cəmiyyətin fəaliyyəti == Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. 1913-cü ildə Nicat cəmiyyəti tərəfindən Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilmiş, yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilmişdir. === Təhsil === Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906–1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı. Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi.
Postsənaye cəmiyyəti
Postsənaye cəmiyyəti (ing. Post-industrial society) — iqtisadiyyatı yüksək məhsuldar sənaye, bilik sənayesi, ÜDM-də yüksək keyfiyyətli və yenilikçi xidmətlərin yüksək payı olan, bütün iqtisadi və digər fəaliyyət növlərində rəqabət olan, habelə xidmət sektorunda işləyən əhalinin sənaye sahələrindən daha yüksək paya sahib yenilikçi bir sektorun hakim olduğu bir cəmiyyət. Postsənaye cəmiyyətində təsirli bir yenilikçi sənaye, bütün iqtisadi subyektlərin, istehlakçıların və əhalinin ehtiyaclarını təmin edir, böyümə sürətini tədricən azaldır və keyfiyyətcə, yenilikçi dəyişiklikləri artırır. Elmi inkişaflar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə — bilik sənayesinin əsasına çevrilir. Ən dəyərli keyfiyyətlər işçinin təhsil səviyyəsi, peşəkarlığı, öyrənmə qabiliyyəti və yaradıcılığıdır. Postsənaye cəmiyyətinin inkişafında əsas intensiv amil insan kapitalıdır — mütəxəssislər, yüksək savadlı insanlar, bütün növ iqtisadi yeniliklərdə elm və bilik. == Postsənaye cəmiyyətin inkişafının mahiyyəti və konsepsiyası == Postindustrial cəmiyyətin sənaye cəmiyyətindən əsas fərqləndirici cəhətləri çox yüksək əmək məhsuldarlığı, yüksək həyat keyfiyyəti, yüksək texnologiyalara sahib olan və innovasiya iqtisadiyyatının üstünlük təşkil edən sektoru və riskli işdir. Yüksək keyfiyyətli insan kapitalının yüksək dəyəri və məhsuldarlığı yeniliklər və yeniliklər arasında rəqabət artıqlığı yaradır. Postindustrial cəmiyyətin mahiyyəti əhalinin həyat keyfiyyətinin artması və bilik sənayesi daxil olmaqla yenilikçi bir iqtisadiyyatın inkişafından ibarətdir. Postsənaye cəmiyyətinin inkişaf konsepsiyası yenilikçi iqtisadiyyatın keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək üçün insan kapitalına investisiya qoyma, həyat keyfiyyəti də daxil olmaqla keyfiyyətini artırmaq üçün azaldılır.
Səadət Cəmiyyəti
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti. == Tarixi və fəaliyyəti == "Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı. == Səadət məktəbi == 1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər.
Səfa Cəmiyyəti
Səfa Cəmiyyəti — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş, xeyriyyə cəmiyyəti. Cəmiyyətin məqsədi imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. == Fəaliyyəti == Səfa Cəmiyyətinin 50 üzvü olub. Cəmiyyət üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədləri imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. Cəmiyyət Böyük Çəmbərəkənd küçəsində yerləşən binada fəaliyyət göstərirdi. İkimərtəbəli məktəb binası 1910-cu ildə ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilib. O, həm də cəmiyyətin xəzinədarı idi. Məktəbdə Hüseyn Cavid, Seyid Hüseyn və Səməd Mənsur və digərləri dərs deyiblər. İlk vaxtlar məktəbdə 60 nəfər, 1914 ildə isə 160 nəfər şagird təhsil alırdı.
Səhmdar cəmiyyəti
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. == Sənayenin inkişafı == Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Teosofiya Cəmiyyəti
Teosofiya cəmiyyəti—Yelena Blavatskaya tərəfindən qurulan dərnək. == Tarixi == Tarix səhnəsində meydana gələn yeni dinlərin böyük əksəriyyətinin fəaliyyəti uzun müddətli olmamışdır. Buna baxmayaraq bəziləri öz mövcudluğunu qoruya bilmiş və tanınaraq hal-hazırda geniş yayılan dinlərdən birinə çevrilmişdir. В"Müasir dövrdə yeni yaranan dinlərdən hər hansı biri bir neçə əsrdən artıq mövcud ola biləcəkmiВ"? Din sosioloqlarının fikrincə bu suala müəyyən mənada müsbət cavab vermək mümkündür. Belə ki, onlar dünyəvi faktorlardan çıxış edərək belə dinlərin daha uzunmüddətli olacağını irəli sürürlər. Tədqiqatçılara görə, yeni dinlər yalnız o vaxt inkişaf edib yayıla bilərlər ki, özlərində ruhani həyat qabiliyyətini, güclü təşkilatçılığı və tərəfdarlarının şəxsi maraq dairələrini yüksək səviyyədə qoruya bilsinlər. İctimai mühitdə yeni dinlərin yayılması o halda özünü göstərir ki, mənəvi dəyərlərdə qeyri-müəyyənlik, cəmiyyətdə parçalanma, ənənəvi dinlərdə isə zəifləmə müşahidə edilsin. Bu məqalədə yeni dinlərdən biri, XIX əsrin sonlarında yayılaraq nüfuzlu dini-mistik cərəyana çevirilən teosofiya və ya teosof cəmiyyəti haqqında məlumat veriləcəkdir. В"TeosofiyaВ" sözü В"ilahi müdriklikВ" mənasına gəlir.
Təhsil Cəmiyyəti
"Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı il 15 avqust tarixindən rəsmi fəaliyyətə başlamış və 1993-cü ildə 10 noyabr tarixində təkrar dövlət qeydiyyatından keçmişdir. == Cəmiyyətin yaranma tarixçəsi == Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı ilin avqustundan rəsmi fəaliyyət göstərir. Məqsəd xalqın zamanla ayaqlaşması naminə maarifləndirmə işini sürətləndirməkdədir. 1980-ci ilin ikinci yarısında SSRİ-də gedən yenidənqurma dövründə respublikanın görkəmli ziyalılarını narahat edən məsələlərdən biri də təhsil sistemində yaranmış neqativ hallar idi. Ona görə də ziyalıların təşəbbüs qrupu istedadlı gənclərə qayğı göstərilməsi məqsədilə belə bir qurumun yaradılması ilə əlaqədar Mərkəzi Komitənin ideoloji Şöbəsinə müraciət etdi. Ideoloji şöbə ictimaiyyətin fikrini öyrənmək məqsədilə Azərbaycan Lenin Kommunist Sosioloji Tədqiqat Şöbəsinə bu işlə məşğul olmaq tapşırıldı. Şöbənin rəhbəri Əhməd Qəşəmoğlunun başçılığı ilə dəfələrlə "Bilik" Cəmiyyətində, ayrı-ayrı təhsil ocaqlarında, Təhsil Nazirliyində, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (ETPEİ) geniş ictimaiyyətin iştirakı ilə müzakirə olunub rəylər alındıqdan sonra 1989-cu ilin 28 oktyabrında ETPEİ-in akt zalında "Təhsil" Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda ibadət İdarə Heyəti seçildi. İdarə Heyətinə respublikanın aşağıdakı ziyalıları seçildi. 1990-cı il fevralın 28-də "Azərbaycan Müəllimi" qəzetində Cəmiyyətin Nizamnaməsi çap olunaraq xalqın müzakirəsinə verildi, həmin Nizamnamə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Neft Akademiyasının və "Şuşa" qəzetlərində də nəşr olundu.
Veqan cəmiyyəti
Veqan cəmiyyəti (ing. The Vegan Society) — İngiltərədə istehlak və ümumiyyətlə həyat etik mədəniyyətini təbliğ edən qeydiyyatdan keçmiş xeyriyyə cəmiyyəti. 1 noyabr 1944-cü ildə Böyük Britaniyanın Birminhem şəhərində Donald Uotson (1910-2005) və 24 dostu tərəfindən qurulmuşdur. Cəmiyyət Birləşmiş Krallıqda ilk olan cəmiyyətdir. Cəmiyyət Vegan termini (vegeterian sözlərindən) istifadə etmişdir. Cəmiyyətin təsis ildönümü, 1 noyabr, "Beynəlxalq Veqan Günü" olaraq qeyd olunur (1994-cü ildən). 1988 və 2005-ci illərdə Veqan cəmiyyəti üzvlərinin sayı təxminən 4000 . idi. == Fəaliyyəti == Veb sayt, flayer, kitab, video və s. vasitəsilə məlumatların yayılması.