Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çəmənlik
Çəmənlik — çox rütubətli şəraitdə çoxillik otlar bitən yaşıllıq zonası. Çəmənliklərin xarakterik xüsusiyyəti sıx otlaqların mövcudluğudur.
Çəmənlik adaçayı
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Çəmənlik bənövşəsi
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bənövşə cinsinə aid bitki növü.Viola arvensis Murr. — Çöl bənövşəsi (Ətirli bənövşə, ingilis bənövşəsi) Viola tricolor L. — Üçrəng bənövşə (Üççiçəkli bənövşə, alabəzək bənövşə, alabəzək gözlər, ivan-damarya) == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Çəmənlik canavarı
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Çəmənlik haçaquyruğu
Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü. == Görünüşü == Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir. Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir. == Yayılması == Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar. == Çoxalması == Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar.
Çəmənlik çəkçəkisi
Çəmənlik çəkçəkisi (lat. Saxicola rubetra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Çəmənlik ürəkotu
Çəmənlik ürəkotu (lat. Cardamine pratensis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Yarımövləri == Cardamine pratensis subsp. atlantica (Emb. & Maire) Greuter & Burdet Cardamine pratensis subsp. granulosa (All.) Arcang. Cardamine pratensis subsp. matthioli (Moretti) Nyman Cardamine pratensis subsp. paludosa (Knaf) Celak. Cardamine pratensis subsp.
Çəmənlik üçyarpaq yoncası
Çəmənlik üçyarpaq yoncası (lat. Trifolium pratense) və ya Yonca gülü — yonca cinsinə aid bitki növü. Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir . == Yarpaq == Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. == Çiçək == Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. == Meyvə == Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur.
Çəmənlik və Otlaqların Yaxşılaşdırılması (1969)
Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969)
Alp çəmənlikləri
Subalp və alp çəmənlikləri yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar “istirahət” edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. == Antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır == Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır (Y.Ə.Qəribov , 1999): zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir (M.Ə.Süleymanov, 2005). Məlum olduğu kimi respublikamızın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altındadır.
Subalp və alp çəmənlikləri

Çəmənlikdə piknik
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.
Çəmənlikdə səhər yeməyi

Çəmənlikdə səhər yeməyi (tablo)

Çəmənlikdəki inəklər (rəsm əsəri)
Çəmənlikdəki inəklər 1883-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsmdir. Rəsm əvvəllər yalnız çox keyfiyyətsiz olmağı ilə tanınırdı.
Çəmənli
Çəmənli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çəmənli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Çəmənli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Çəmənli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Çəmənli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Çəmənli (Maku) — Aşağı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd.
Aşağı Çəmənli
Aşağı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Aşağı Çəmənli kəndi Çəmənli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Çəmənli kənd Soveti yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndi Ağdam rayonundakı Çəmənli kəndindən ayrılmış ailələr salmışlar. Bəzən Araz Çəmənlisi də adlanır. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Kənd əhalisinin sayı 1143 nəfərdir (2009).
Mustafa Çəmənli
Mustafayev Mustafa Şura oğlu (Mustafa Çəmənli) — nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979). == Həyatı == Mustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966-1969). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970-1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988-1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur.
Yuxarı Çəmənli
Yuxarı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd.
Çəmənli (Ağdam)
Çəmənli — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çəmənli hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənlinin əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır.Hatəmxan ağanın nəslindən sonra Hacı Tahirin köç yerinin əhalisi Çəmənlinin sakinlərindəndir. Yaşayış məntəqəsi türkdilli xələclərin çəmənli tirəsinin adını əks etdirir. Etnotoponimdir. XIX əsrin ortalarında 59 ailədən ibarət, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olmuş çəmənlilər sonralar oturaq həyat keçirərək bu ərazidə Qara Çəmənli, Aşağı Çəmənli, Yuxarı Çəmənli kəndlərinin əsasını qoymuşlar. Çar Rusiyası zamanında Çəmənli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.1823-1848 illərdə Çəmənlinin yüzbaşısı Hatəmxan ağanın oğlu Nadirqulu bəy idi. Nadirqulu bəydən sonra kiçik oğlu Kazım bəy Çəmənliyə yüzbaşı təyin edilmişdir.XX əsrin əvvəllərində Çəmənli kəndinin yüzbaşısı Alı bəy (...-1926) idi.Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Çəmənli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur. Hazırda Çəmənli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir.
Çəmənli (Bərdə)
Çəmənli (əvvəlki adı: Dilənçilər) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin Dilənçilər kəndi Zümürxaç kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsini keçmiş Çıraqlı Qərvənd kəndindən köçmüş ailələr 1860-cı ildə xəzinə torpağına məxsus Dilənçilər yeri adlı ərazidə saldığına görə əvvəllər Dilənçilər adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir.
Çəmənli (Cəlilabad)
Çəmənli, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur.Çəmənli kəndinin əhalisi türksoylu Moran tayfasından ibarətdir. Moranlar 19-cu əsrdə Şahsevən tayfa ittifaqına mənsub idi. 29 may 2015-ci ildə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Çəmənli kəndi adlandırılmışdır.
Çəmənli (Maku)
Çəmənli (fars. چمنلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhçik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 24 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Çəmənli (İsmayıllı)
Çəmənli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqəsi Çəmənli kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Əhalisi 290 nəfərdir ki onunda 143 nəfəri kişi, 147 nəfəri qadındır.
Çəmənli (Şərur)
Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == Əhalisi == Əhalisi 973 nəfərdir.(2009 - cu il) == Təhsil == Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır. == Kənd mərkəzi == 2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir.
Çəmənli bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çəmənli oymağı
Çəmənli oymağı — Qarabağın tarixi oymaqlarından biridir. == Tarixi == Qarabağ xanlığının qurucusu Pənahəli xanın rəqiblərinə qarşı apardığı mübarizədə inandığı, etibar etdiyi tayfalar, oymaqlar sırasında Kəbirli tayfasının Çəmənli oymağı da var idi.Çəmənli oymağı hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənli oymağının əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır.Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır. == Şəxsiyyətləri == Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.Hatəmxan ağa Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövründə Qarabağın hörmətli, qoçaq, ədalətli insanlarından sayılmışdır.Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində müxtəlif illərdə aparılmış əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədlərə görə, Çəmənlidə bəylərin siyahısı ayrıca aparılmış, 30 nəfərdən ibarət dörd evin olması qeyd olunmuşdur. Bu sənədə istinadən XIX əsrin əvvəllərində Çəmənli oymağının yüzbaşısı Hatəmxan ağanın oğlu Nadirqulu bəy idi.Nadirqulu bəyin Yusif bəy, Hatəmxan bəy, Kazım bəy adlı üç oğlu olmuşdur. Azərbaycan Respublikası Dövlət Tarixi arxivinə aid sənəddə Nadirqulu bəyin bu üç övladının ictimai həyatdakı mövqeləri barədə məlumat verilmişdir.Yusif bəy Nadirqulu bəy oğlu (1788–1848) Çəmənli oymağında dünyaya gəlmiş, molla yanında təhsil almışdır. Dövrünün dünyagörmüş, hörmətli, qoçaq bəylərindən sayılmış, geniş torpaq sahələri, əkin yerləri, üzüm bağları olmuşdur.Yusif bəy Seyidli oymağından Hüsnü xanımla (1791-…) ailə həyatı qurmuşdur. Onun Nəcəfqulu bəy, Məmməd bəy, Həsən bəy adlı övladları dünyaya gəlmişdir.
Aşağı Çəmənli bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıcalı (Çəmənli, Ağdam)
Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd.Kəndə bəzən Çəmənli Sarcalısı, yaxud Əmiraslanbəyli Sarcalısı da deyilir. == Toponimikası == Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. (Mənbə: Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14) Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu.
Yuxarı Çəmənli bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağbulaq-i Çəmənli (Maku)
Ağbulaq-i Çəmənli (fars. اغبلاغ چمنلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (28 ailə).
Çimərlik
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. == Çimərliyin növləri == Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Həmənli
Həmənli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndin adı mənşəcə Qazax mahalından olan həmənli nəslinin burada məskunlaşmasından yaranmışdır. Həmənlilər keçmiş Gəncə xanlarının nəslindən olub, Qaramusalı kəndində yaşayan Məmməd xana məxsus Xanlıq adlanan bu ərazidən ilxı saxlamaq üçün qışlaq kimi istifadə edirdilər. Sonralar həmənlilər bu ərazini xandan satın alaraq XIX əsrdə burada daimi məskunlaşmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 199 nəfər əhali yaşayır.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik, özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə ediləbilər. == Etimologiya == "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.