KƏFƏNLİK

is. Kəfənə yarar, kəfən üçün işlədilən parça.
Pambığın hər qozası düşmənə; Olmalı bir kəfənlik. R.Rza.
Kimsə qara gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyiti kəfənləyib cənazəyə qoydular və üstünə kəlağayı örtdülər. İ.Şıxlı.

// Sif. mənasında.
Ana … səliqə ilə qatlayıb özü üçün saxladığı kəfənlik ağa baxdı. Ə.Əbülhəsən.

KƏFƏNLİ
KƏFƏNSİZ

Digər lüğətlərdə