SEI

Carnegie-Mellon University's Software Engineering Institute Karneqi-Mellon Universiteti Proqram Təminatı Mühəndisliyi İnstitutu
Security policy model
Sensitive information
OBASTAN VİKİ
Maschio Dove Sei
Maschio Dove Sei – Sabrina Salernonun ilk italyan dilində hazırladığı albomudur.
Maschio Dove Sei (albom)
Maschio Dove Sei – Sabrina Salernonun ilk italyan dilində hazırladığı albomudur.
Achillea seidlii
Achillea seidlii (lat. Achillea seidlii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Aechmea roberto-seidelii
Aechmea roberto-seidelii (lat. Aechmea roberto-seidelii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Ahtem Seidablayev
Akhtem Seidablayev (d. 11 dekabr 1972, Yanqıyol Özbəkistan SSR) — Krım tatarı əsilli aktyor, senarist və rejissor. 2013-cü ildə Haytarma və 2017-ci ildə Another's Prayer daxil olmaqla bir çox yüksək səviyyəli filmlərin rejissorudur. Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsinə qarşı çıxmışdır. Bunu rejissoru olduğu filmlərdə də göstərmişdir. Bir neçə tanınmış Krım tatarlarının taleyinə dair filmləri Ukrayna və Avropada təriflənsə də, Rusiya xəbər bülletenləri tərəfindən tənqid edilmişdir. == Həyatı == 1972-ci ildə Özbəkitsan SSR-nin Yanqıyol şəhərində anadan olmnuşdur. Stalin dövründə Krım tatarlarının kütləvi sürgün cəzalarına məruz qaldıqları bu dövrdə, valideynləri Sürgün dövründə Özbəkistana sürgün edilmişdir. İlk təhsilini Özbəkistan alan Səaidablayev 1989-cu ildə SSRİ yenidənqurma dövrünə kimi ailəsi ilə birlikdə sürgündə qalmışdır. 29 may 2018-ci ildə Rusiyanın idarəsi altında olan Krımda, həbs olunan rejissor Oleh Sentsovu dəstəklədiyini açıqladı.
Akhtem Seidablayev
Akhtem Seidablayev (d. 11 dekabr 1972, Yanqıyol Özbəkistan SSR) — Krım tatarı əsilli aktyor, senarist və rejissor. 2013-cü ildə Haytarma və 2017-ci ildə Another's Prayer daxil olmaqla bir çox yüksək səviyyəli filmlərin rejissorudur. Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsinə qarşı çıxmışdır. Bunu rejissoru olduğu filmlərdə də göstərmişdir. Bir neçə tanınmış Krım tatarlarının taleyinə dair filmləri Ukrayna və Avropada təriflənsə də, Rusiya xəbər bülletenləri tərəfindən tənqid edilmişdir. == Həyatı == 1972-ci ildə Özbəkitsan SSR-nin Yanqıyol şəhərində anadan olmnuşdur. Stalin dövründə Krım tatarlarının kütləvi sürgün cəzalarına məruz qaldıqları bu dövrdə, valideynləri Sürgün dövründə Özbəkistana sürgün edilmişdir. İlk təhsilini Özbəkistan alan Səaidablayev 1989-cu ildə SSRİ yenidənqurma dövrünə kimi ailəsi ilə birlikdə sürgündə qalmışdır. 29 may 2018-ci ildə Rusiyanın idarəsi altında olan Krımda, həbs olunan rejissor Oleh Sentsovu dəstəklədiyini açıqladı.
Jessica Seinfeld
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Messieurs les noyés de la Seine
Messieurs les noyés de la Seine (azərb. Senaya qərq olan insanlar‎) — Belçikanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Fud Leklerk fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Mir Hidayət Seidov
Mir Hidayət bəy Seyidov (2 aprel 1887, Yelizavetpol – 23 fevral 1919, Ordubad, Naxçıvan qəzası) — azərbaycanlı siyasi xadim, müsavatçı, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədr müavini. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub. Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Gəncədə anadan olub. 1906-cı ildə Gəncə gimnaziyasını bitirəndən sonra Kazan Universitetinə daxil olaraq burada hüquq təhsili almağa başlayıb., lakin 1907-ci ildə eserlərin döyüş dəstəsinə üzv olmaqda ittiham edilərək həbs edilib və universitetdən qovulub. Üç dəfə əfv üçün müraciət etdikdən sonra azad olunub. Daha sonra Azərbaycana geri qayıdıb. 1914-cü ildə ruslar Ərzurumu işğal etdikdən sonra Mir Hidayət bəy Seyidov Azərbaycanda xalqı təşkilatlandıraraq illərlə Ərzurumun müdafiəsinə kömək göndərib. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur. Sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində Müsəlman Fraksiyasının üzvü olur. 1918-ci ilin mayın 27-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında sədr müavini olub.
Mont Seint-Viktuar
Mon-Sen-Viktor (fr. Mont Sainte-Victoire) — fransız rəssamı Pol Sezanın əsərlərindən biri. Əsər Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində saxlanılır.
Re:Zero kara Hajimeru Isekai Seikatsu
Re:Zero -Starting Life in Another World- (azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq-‎), Yaponiyada tanınan adı ilə Re:Zero kara Hajimeru Isekai Seikatsu (Re:ゼロから始める異世界生活, azərb. Re: Fərqli dünyada sıfırdan həyat‎), bəzən Re: Life in a different world from zero və ya qısaca Re:Zero — Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyası. Yaponiyada yaşayan adi oğlan və hikikomori olan Subaru Natsukinin səhvən alternativ dünyaya düşməsindən, bu dünyada Emiliya adlı gümüş saçlı qız ilə tanış olmasından və "Ölümdən qayıdış" adlı gücə malik olduğunu aşkarlamasından bəhs edir. "Re:Zero" ilk öncə Shōsetsuka ni Narō veb-roman saytında yayımlanırdı, lakin daha sonra ranobe şəklinə salınmışdır. Media Factory 24 yanvar 2014-cü ildən bu yana ranobe seriyasının 38 cildini MF Bunko J imprinti ilə buraxmışdır. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
Seigler
David Stanley Seigler (ing. David Stanley Seigler, 1940) — ABŞ botaniki. 2003. Phytochemistry of Acacia sensu lato. Ed. Pergamon. 873 pp. 1998. Plant secondary metabolism. Ed.
Seikan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir. Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Seiko
"Seiko"nun ilk divar saatı 1892-ci ildə, qol saatı isə 1913-cü ildə yaranıb. Firmanın yaradıcısı Kintaro Hottari olub. Ən böyük arzusu saat firması yaratmaq olan Kintaro 18 yaşında ilk mağazasını açıb. 1895-ci ildə firma cib saatlarını kəşf edib. Firma tərəfindən yaradılan batareyasız saatlar 1988-ci ildə meydana gəlib. Əsas məqsədlərinin yüksək keyfiyyət dərəcəsinə görə seçilmək olan "Seiko" dünyanın 4 məşhur saat firmasından biri kimi tanınır. "Seiko" "Sportura" markasını istehsal edərək, dünyada ən güclü idman saatları kolleksiyalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirib. Möhkəmliyi və etibarlı işin təmin edilməsi məqsədilə bu saatların hamısı, yüksək təzyiq altında su keçirməmək qabiliyyətinə malikdir.
Seismosaurus
Seysmozavr (lat. Seismosaurus) — Nəhəng ot yeyən dinozavr olaraq Saurischia dəstəsinə aid edilən cins. Seismosaurus hallorum növünün, ancaq qabırğaları, ombası və onurğa sütununun bir necə sümüyü aşkarlanmışdır. Ola bilsin ki, ən böyük dinozavrdır (Bəziləri isə Amphicoelias ən iri dinozavr olmasını bildirirlər. Bu da mübahisə predmetidir). İlk dəfə 1991-ci ildə D. Gillette tərəfindən bu növün skletlərini aşkarlanmışdır. Onlar Kimmer əsrində yayılmışlar. Onların qalıqları Hyu-Meksika ərazilərində aşkarlanmışdır. Əvvəllər onların uzunluğu 40–50 metr, çəkisi isə 140 ton hesab edilirmiş. Hazırda isə uzunluqları 36–40 m, çəkisi 30–50 ton kimi qiymətləndirilir.
Seismosaurus₳
Seysmozavr (lat. Seismosaurus) — Nəhəng ot yeyən dinozavr olaraq Saurischia dəstəsinə aid edilən cins. Seismosaurus hallorum növünün, ancaq qabırğaları, ombası və onurğa sütununun bir necə sümüyü aşkarlanmışdır. Ola bilsin ki, ən böyük dinozavrdır (Bəziləri isə Amphicoelias ən iri dinozavr olmasını bildirirlər. Bu da mübahisə predmetidir). İlk dəfə 1991-ci ildə D. Gillette tərəfindən bu növün skletlərini aşkarlanmışdır. Onlar Kimmer əsrində yayılmışlar. Onların qalıqları Hyu-Meksika ərazilərində aşkarlanmışdır. Əvvəllər onların uzunluğu 40–50 metr, çəkisi isə 140 ton hesab edilirmiş. Hazırda isə uzunluqları 36–40 m, çəkisi 30–50 ton kimi qiymətləndirilir.
Seitnebi Abduramanov
Seitnebi Abduramanov (15 fevral 1914, Bağçasaray rayonu[d] – 15 dekabr 1987, Nəməngan) — Krım tatarı əsilli Şöhrət ordeni laueratı. İkinci Dünya müharibəsi illərində Sovet komandiri kimi fəaliyyət göstərmişdir. 1946-cı ildə 1-ci dərəcəli Şöhrət ordeni ilə təltif olunmuş lakin krım tatarı etnik mənsubiyyətinə görə Özbəkistana sürgün edildiyi illərdən bəri mükafatdan xəbərsiz idi. Abduramanov 15 fevral 1914-cü ildə Krımın Böyük-Qaralez şəhərində krım tatarı əsilli kəndli ailəsində anadan olmuşdur. Yeddinci sinifi bitirdikdən sonra 1936-cı ildə hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olduqdan sonra vergi müfəttişi kimi çalışmışdır. 1939-cu ildə başlayan SSRİ-Finlandiya müharibəsinə görə yenidən ordu sıralarına çağırılmışdır. 15 dekabr 1987-ci ildə Özbəkistan SSR-nin Nəməngan şəhərində vəfat etmişdir. Abduramanov Almaniyanın Sovet İttifaqına hücumundan dərhal sonra 1941-ci ilin iyununda artilleriya qurğusunun tərkibində Cənub-qərb cəbhəsinə yerləşdirildi. İlk döyüşündə silah qırıldıqdan sonra bir piyada dəstəsinə qoşulmadan əvvəl üç düşmən tankını məhv edə bildi.
Seitumer Emin
Seitumer Emin (krımca:Seitümer Ğafar oğlu Emin, 15 may 1921, Bağçasaray rayonu[d] – 21 mart 2004, Novorossiysk, Krasnodar diyarı) — Krım tatarı əsilli yazıçı, şair və İkinci Dünya müharibəsində iştirak etmiş partizan. İkinci Dünya müharibəsindən əvvəl şeir yazmağa başlayan nəsil ilə 1960-cı illərdə şeir yazmağa başlayan nəsil arasında əlaqə yarada bilən şairlərdən biri olmuşdur. Şeirləri "Bəyaz Çiçəklər" (1968) və "Atəşli Günler" (1969); Rus dilindəki şeirləri "Alov dalğaları" (1977), "Yol" (1980), "Sesler" (1983) və "Menim Sesim" (1987) şeir kitablarında çap olunmuşdur. Əsərlərində vətənə sevgi, xeyirxahlıq, ədalət, xalqın gələcəyi və nəsillərin davamlılığı kimi mövzularda düşüncələrini ortaya qoymuşdur. 15 may 1921-ci ildə Bağçasaray rayonun Albat kəndində krım tatarı əsilli bir ailədə anadan olmuşdur. Yeddi yaşında atasını itirdiyi üçün uşaq yaşlarında işləməyə məcbur qalmışdır. Biyuk-Özənbaşda orta məktəbi bitirdikdən sonra "Udarnik" qəzetində, daha sonra "Krasnıy Krım" da işləməyə başlamışdır. 21 mart 2004-cü ildə Novorossiysk şəhərində vəfat etmişdir. 2014-cü ildə doğma kəndi Albatda xatirəsinə abidə qoyulmuşdur. Sevdiyi Krımı itirmək haqqında şeirləri bu gün də populyar olaraq qalır.
Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru.
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.
Əlirza Seidov
Əlirza Seidov (15 yanvar 1932 – 1978) — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. "Samur melodiyaları" (1959), "Parlaq ulduzum" (1964), "Gümüş tellər" (1973), "On ikinci kitab" (1975), "Qızıl vadi" (1979) və s. şeirlər toplusunu yazmışdır. Əlirza Uzairoviç Səidov 1932-ci il yanvarın 15 -də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Axtı rayonunun Qdınk kəndində anadan olmuşdur. 1959-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Əlirza Uzairoviç Saidov "Znamya Sosializm" qəzetinin ədəbi işçisi, "Dağıstan qadını" jurnalının məsul katibi və respublika "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1970-ci ildən şeir məsləhətçisi və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin katibidir. 1959-cu ildə Əlirza Səidovun şeirləri ilk dəfə "Znamya Sosializm" qəzetinin səhifələrində çap olunur. Elə həmin il "Molodaya Qvardiya" nəşriyyatı rus dilinə tərcümə edilmiş "Səninlə, Samur", Dağıstan kitab nəşriyyatı isə "Samur melodiyaları" şeirlər toplusunu ləzgi dilində ilk şeirlər toplusunu nəşr ediri. Səidovun şeirləri tez-tez mərkəzi və respublika mətbuatının səhifələrində dərc edilir.
Seimone Augustus
Seimone Delisia Augustus (30 aprel 1984, Baton-Ruj)- ildə anadan olub. Amerikalı keçmiş peşəkar basketbolçudur və Qadın Milli Basketbol Assosiasiyasının (QMBA) Angeles Qığılcımları komandasının köməkçi məşqçisidir. O, ilk olaraq 2006-cı il layihəsində Minnesota tərəfindən hazırlanmışdı. O, 2020-ci ildə son mövsümü üçün bütün karyerasını Minnesota ilə keçirdi. Augustus QMBA-da ən tanınan simalardan biridir. QMBA ilə yanaşı, o, ABŞ milli komandasında və xaricdə "Dinamo Kursk" üçün oynadı. 2020-ci ildə o, oyunçu kimi təqaüdə çıxdı və 2021 mövsümü üçün Qığılcımın köməkçi məşqçisi oldu. Augustus Luiziana ştatının Baton şəhərində anadan olub; Seymor və Kim Augustusun qızıdır. Augustus, Luiziana ştatının Baton şəhərindəki Kapitol Liseyində oynadı. O, 2002-ci ildə iştirak etdiyi oyunda on dörd xal topladı və mükafat qazandı.
Ocotea seibertii
Damburneya cufodontisii (lat. Damburneya cufodontisii) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin damburneya cinsinə aid bitki növü.
Quercus seibertii
Quercus insignis (lat. Quercus insignis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Seidenfia
Crepidium (lat. Crepidium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Seidenforchis
Crepidium (lat. Crepidium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.