SEL

[ər.] сущ. 1. сел (гужлу марфадин, живедин ятар); / пер. ара датӀана гьерекат ийизвай инсанрин кӀватӀал, авахьзавай вилин накъвар, экъич жезвай ивияр ва мс.; 2. хуьс. сел (магнитдин, экуьнин, газдин ва мс.).
SEKUNDANT
SEL-SU
OBASTAN VİKİ
La-Sel (Alye)
La-Sel (fr. La Celle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03047. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 413 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 273 nəfər (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 63.6%). Aktiv olan 197 nəfərdən 174 nəfəri (101 kişi və 73 qadın), 23 nəfəri işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 33 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sel
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
İranda sel (2019)
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Yamba Tenmey Sel Muzeyi
Yamba Tenmey Sel Muzeyi (やんば天明泥流ミュージアム, Yanba Tenmey Deyryu Myuciamu) – Yaponiyanın Qunma prefekturasının Naqanohara qəsəbəsində yerləşən muzey. Muzey 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1994–2019-cu illərdə Qunma Prefektura Arxeoloji Tədqiqat Mərkəzi və qəsəbənin təhsil şurası tərəfindən Yamba su bəndinin tikintisi zamanı ərazidə arxeoloji qazıntı işləri aparılmışdır. Əsasən Aqatsuma çayı boyunca aparılmış qazıntılar nəticəsində Comon dövrünə aid qalıqlar, eləcə də, 1783-cü ildə baş vermiş Tenmey püskürməsi nəticəsində torpağın altında qalmış kəndlərin xarabalıqlar tapılmışdır. Muzey aparılmış qazıntı işlərinin nəticələrini nümayiş etdirmək məqsədilə 3 aprel 2021-ci ildə açılmışdır. Muzeyin yaradılması üçün 1,86 milyar yen vəsait xərclənmişdir. == Ekspozisiya == Muzey 5 avqust 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə və hadisə zamanı burada yaşayan əhalinin gündəlik həyatına həsr olunmuşdur. Asama dağının püskürməsi nəticəsində baş verən bu insident yaxınlıqda yaşayan 1523 nəfərin nəfərin ölümünə və 2065 evin zərər görməsinə səbəb olmuşdur. Muzeydə bu hadisə nəticəsində torpaq altından çıxarılmış xarabalıqlar və əşyalar mühafizə olunur. Tonomiya, Nişinomiya və İşikavahara xarabalıqları qazıntılar zamanı kəşf edilmiş ən əhəmiyyətli xarabalıqlardır.
Eupatorium selloi
Feijoa sellowiana
Girdəyarpaq selastrus
Celastrus orbiculatus (lat. Celastrus orbiculatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin celastrus cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Yaponiya və Çində bitir. == Botaniki təsviri == 12 m-ə qədər hündürlükdə, möhkəm oduncaqlı, yarpağıtökülən, dayağa sarılan lianadır. Gövdəsi çoxbudaqlı, sıx çətirli qabığı dayaz şırımlı, ziyiləbənzər xallıdır. Zoğları əvvəl yaşıl, sonralar qırmızımtıl tünd-qəhvəyi rəng alır. Yarpaqları ellipsvarı və ya yumurtavarıdır, ucdan sivriləşir, kənarları küt mişardişli, yaşıl, üstü parlaq, alt hissəsi göyümtül, payızda isə saralır və narıncı rəngdə olur. Çiçəkləri xırda, yaşılımtıldır, yarpaq qoltuğunda qalxanvarı qrupda yerləşir. Yayda iyun-iyul aylarında çiçəkləyir, xırda yaşıl çiçəkləri qoltuq qalxanlarda yerləşir, sentyabrda çox dekorativ, xırda (6 mm-ə qədər) sarı, çəhrayı-qırmızı toxumları olan qutucuq meyvələri əmələ gəlir. Toxumu setyabrda yetişir.
Gymnolaena seleri
Gümüşü seloziya
Gümüşü seloziya (lat. Celosia argentea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin seloziya cinsinə aid bitki növü.
Hayle Selassi
Hayle Selassi (Amharca ቀዳማዊ ኃይለ ሥላሴ, Üçləmənin gücü), əsl adı Tafari Makonnen (ተፈሪ መኮነን), (d. 23 iyul 1892 — ö. 27 avqust 1975) — Efiopiyanın son imperatoru (1930–1974). Yamaykada H. I. M. (His Imperial Majesty) olaraq tanınır. Ləqəbi Nequse Neqest (Krallar kralı) idi və özünü Süleymanın 225-ci xələfi olaraq tanıdırdı. Ölkəsinin modernləşməsinə öndərlik edərək II Dünya müharibəsi sonrası Afrika siyasi həyatında əhəmiyyətli bir mövqe əldə etməsini təmin etmiş və Əddis-Əbəbəyı Afrika Birliyi Təşkilatının (OAU) əsas mərkəzi vəziyyətinə gətirmişdir. 1974-cü ildə SSRİ-nin dəstəyi baş verən hərbi çevrilişlə taxtdan salınmışdır. == Həyatı == Tafari Makonnen adıyla şərqdəki bir əyalət olan Harerdə oranın qubernatorunun oğlu olaraq dünyaya gəlib. Xristian-Pravoslav aristokratiyanın ayaqlanmasıyla ölən əski kral II Menelikin və orta qüvvələrin dəstəkçisi olaraq tanınan dəstəkçisi V İyasu Liul Liy, 2 noyabr 1930-cu ildə aşaraq I. Hayle Selassi adıyla iqtidara gəlmişdir. Yamaykada ortaya çıxan Pan-Afrikali fikirli Rastafari inancında bir peyğəmbər olaraq qəbul edilir.
Heroes (Mons Selmerlöv mahnısı)
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. == Həyatı == Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.
Inga sellowiana
Inga sellowiana (lat. Inga sellowiana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kamilo Xose Sela
Kamilo Xose Sela (isp. Camilo José Cela; 11 may 1916[…], İria Flavia[d], Qalisiya – 17 yanvar 2002[…], Madrid) — ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1989), İspaniya Kral Elmlər Akademiyasının üzvü (1957), Migel de Servantes mükafatı laureatı (1995). == Həyatı == Yazıçı və dramaturq Kamil Xose Selo XX əsrdə ispan ədəbiyyatı və ədəbi dilin inkişafında böyük rolu olan sənətkarlardan biridir. O, İspaniyanın La Korunya əyalətindəki kiçik Padron şəhərində doğulmuşdu. Atası qalisiyalı ispan, anası isə ingilis idi. Ali təhsilini Madrid universitetinin hüquq fakültəsində alsa da, bu sahədə heç vaxt çalışmamışdı. Erkən yaşlarından ədəbiyyatla maraqlanan Kamilo Xose sənət müəllimləri sırasında, ilk növbədə ispan yazıçıları Migel de Unamuno və Pio Baroxunun adını çəkir. İspan ədəbiyyatının klassiki Servantes, habelə böyük rus yazıçıları Lev Tolstoy və Dostoyevski həyatının müxtəlif çağlarında onun şəxsiyyət və yaradıcılıqlarına dönə-dönə müraciət etdiyi sənətkarlar olmuşdular. İspanlar üçün seçim anı sayılan 1937-ci ildə Kamilo Xose diktator Frankonun tərəfində respublikaçılara qarşı döyüşlərdə iştirak etmişdi. Yaralandığı üçün ordudan tərxis olunmuş, bir sıra inzibati işlərdə çalışmışdı.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi — Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir. Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir. Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır. Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər. Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər. Ona görə də , orqanizmdə hazır şəkildə, antigenlə qarşılaşmaqdan asılı olmayaraq , milyonlarla müxtəlif reseptorlar mövcuddurlar. Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir. Adi, normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan, onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər. Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.
La-Selv (Averon)
La-Selv (fr. La Selve, oks. La Selva) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12267. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 27 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 665 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 388 nəfər (15-64 yaş) arasında 279 nəfər iqtisadi cəhətdən, 109 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.9%, 1999-cu ildə 70.7%).
London pivə seli
London pivə seli (ing. London Beer Flood) — 17 oktyabr 1814-cü ildə İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda yerləşən "Meux and Company" pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır. Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər. == Tarixi == Pivə zavodu Sent-Eqidinin kasıblar yaşayan məhəlləsinin mənzillərinin arasında yerləşirdi. Burada ailələrin hamısı zirzəmi evlərdə yaşayırdılar. Faciə nəticəsində azı səkkiz kişi boğulmuş və ya aldığı yaralardan ölmüşdür.
Lui-Ferdinand Selin
Lui-Ferdinand Selin (fr. Louise-Ferdinand Céline; 27 may 1894[…], Kurbevua[d], Sena[d], Fransa – 1 iyul 1961[…], Mödon[d], O-de-Sen, Fransa) — fransız yazıçısı və həkim. "Voyage au bout de la nuit" və "Mort à crédit" əsərləri ilə dünya şöhrəti qazanmışdır. == Bioqrafiya == == Əsərləri == La vie et l’oeuvre de Philippe Ignace Semmelweis 1818–65 (1924) Voyage au bout de la nuit (1932) L’Église (1933) Mort à crédit (1936) Mea culpa (1936) Bagatelles pour un massacre (1937) Les beaux draps (1941) L’École des cadavres (1942) Guignol’s band (1944) Foudres et flèches (1948) Scandale aux abysses (1950) Casse-pipe (1952) Normance.
Lycopodium selago
Huperzia selago (lat. Huperzia selago) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin huperzia cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir. == Botaniki xarakteristikası == Çoxillik sporlu həmişəyaşıl ot bitkisidir. Zəif inkişaf edən kök sistemi vardır. Gövdəsi yabaşəkilli budaqlanan, düzqalxan, hündürlüyü 5-30 sm, yarpaqlarının eninə ölçüsü 0,6-0,8 sm-dir. Yarpaqları kiçik, çəpinə, xətti-neştərşəkilli, itiuclu, bütövkənarlı və ya zəif, kiçik dişli, dəricikli, parıldayan olub, uzunluğu 2,5-10mm, eni isə 0,7-1,5 mm-dir.
Maqnit seli
Maqnit seli – maqnit induksiya vektorunun modulu, səthin sahəsi və maqnit induksiya vektoru ilə səthin normalı arasındakı bucağın kosinusu hasilinə bərabərdir. Φ=BS.cosα. Əgər naqil çərçivə sabit ω bucaq sürəti ilə maqnit sahəsində fırlansa ondan keçən maqnit seli t-zamanından asılı olaraq Φ=BScosωt kimi dəyişər. Naqil çərçivənin uclarında yaranan elektrik hərəkət qüvvəsi E. H. Q. ε=ωBSsinωt qanunu ilə dəyişər. Əgər sarğıların sayı N olarsa yaranan induksiya E. H. Q. N dəfə böyük olar. Ölkəmizdə istifadə edilən dəyişən cərəyan qurğuları əsasən 50Hs dəyişən cərəyan üçün nəzərdə tutulmuşdur. Dəyişən cərəyan şəbəkəsindəki gərginlik transformatorların köməyi ilə asanlıqla lazım olan gərginliyə çevrilə bilər. Φ B = ∬ S B ⋅ d S {\displaystyle \Phi _{B}=\iint \limits _{S}\mathbf {B} \cdot {\rm {d}}\mathbf {S} } Elektromaqnit induksiya qanunu: Qapalı keçirici konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi əks işarə ilə götürülmüş maqnit selinin dəyişmə sürətinə bərabərdir: ε=-ΔΦ/Δt və ε=-dΦ/dt. Maqnit sahəsi artdıqda, yəni ΔΦ/Δt>0 olduqda, e. h.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Meteor seli
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
Metyu Seliqman
Metyu Seliqman (14 iyul 1955 – 17 aprel 2020, London) — Böyük Britaniya gitaraçısı. 14 iyul 1955-ci ildə doğulub. Metyu Seliqman Böyük Britaniyada Devid Boui və Şineyd Okonnor ilə birlikdə çıxış edibdir. Seliqman 1980 və 1990-cı illərdə tanınmış ifaçılarla birlikdə eyni səhnəni bölüşüb. 1985-ci ilin iyul ayında məşhur pop və rok musiqiçilərini bir yerə toplayan “Live Aid” xeyriyyə konsertində Boui ilə birlikdə gitara ifa edib. 17 aprel 2020-ci ildə koronavirus xəstəliyindən Londonda vəfat edib.
Meymun selfisi
Meymun selfisi (ing. Monkey selfie) - dişi Kəkilli əntər tərəfindən təbiət fotoqrafı Devid Sleyderin qurduğu avadanlıq istifadə edilərək çəkilmiş şəkillər seriyasıdır. Şəkillərin Wikimedia Commonsa qoyulması heyvanlar tərəfindən düzəldilən incəsənət əsərləri üzərində müəllif hüquqlarının saxlanılması barədə 2014-cü ilin ortalarındakı müzakirələrin mərkəzi oldu. Sleyderin şəkillər üzərindəki müəllif hüquqları barədə iddiası bir çox alimlər və təşkilatlar tərəfindən müzakirə edildi və müzakirələr müəllif hüquqlarının yaradıcıya məxsusu olduğuna və insan olmayan yaradıcının müəllif hüquqlarına sahib olmamasına əsaslanırdı. 2014-cü ilin dekabrında Birləşmiş Ştatlar Müəllif Hüquqları İdarəsi bəyan etdi ki, insan olmayanlar tərəfindən yaradılmış işlər Birləşmiş Ştatlar Müəllif Hüquqlarının mövzusu deyil. 2011-ci ildə təbiət fotoqrafı Devid Sleyder Kəkilli əntərin şəklini çəkmək üçün İndoneziyaya getdi. O, hazırlaşarkən dişi makaka onun kamerası ilə birlikdə qaçdı. Çəkilmiş fotoların çoxu istifadəyə yaralı deyildi, ancaq bəziləri makakanın yaxşı çəkilmiş şəkilləri idi və Sleyter onları "Meymun selfisi" adlandırdı. Sleyder şəkli Katers Xəbər Agentliyinə lisenziyalaşdırdı. Sleyder iddia etdi ki, o, kadrı "quraşdırıb" və dedi: 'Onların kamera ilə oynamaları üçün tək buraxmaq sənət bacarığı və ideya idi və hər şey mənim nəzarətimdə idi.
Mikania selloi
Mikania selloi (lat. Mikania selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mons Selmerlöv
Mons Petter Albert Semerlöv (isv. Måns Petter Albert Zelmerlöw; doğ. 13 iyun 1986) - isveçli pop musiqiçisi, teleaparıcı, müğənni və aktyor. O, Idol 2005 yarışmasına qatılaraq beşinci yeri tutmuş, “Let's Dance” yarışmasının birinci mövsümünü isə birinci yerdə bitirmişdir. “Stand by for” adlı ilk albomundan çıxardığı “Cara Mia” adlı ilk sinqlla “2007 Melodifestivalen” yarışmasına qatılan Mons bu yarışmanı üçüncü yerdə bitirmişdir. 2011-2013-cü illərdə Selmerlöv “Allsång på Skansen” adlı televiziya şousunun aparıcısı olmuşdur. 2007, 2009 və 2015-ci illərdə “Melodifestivalen” yarışmasına qatılmış Mons üçüncü dəfə yarışmanın qalibi olmuşdur. 2015-ci ildə “Heroes” mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Selmerlöv 365 xalla müsabiqənin qalibi olmuşdur və onun topladığı xal göstəricisi Avroviziya Mahnı Müsabiqəsi tarixində üçüncü ən böyük göstərici olmuşdur. Lund şəhərində doğulmuş Mons Selmerlöv Lund Universitetinin professoru Bircitta Sahlen və cərrah Sven-Olof Selmerlövün övladıdır. Lund şəhərində oxuduğu gimnaziyada musiqi təhsili almış Mons məktəb xorunda iştirak etmişdir.
2019-cu ildə İranda sel və daşqınlar
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.

Значение слова в других словарях