SEPARATİZM

(fransız séparatisme, ltatın separatus-ayri, tək sözündən) ayrılmağa çalışma. Dövlət əhalisinin (əksər halda) milli azlıqlarının və ya müəyyən ərazidə yaşayan sakinlərinin ümumi dövlətdən ayrılmağa və müstəqil dövlət (və ya hər hansı bir muxtariyyət) qurmağa yönəlmiş fəaliyyəti. S.-in iki praktik növü bəllidir; vivil S.-yəni zorakılığa əl atmadan qanunun imkan verdiyi bütün üsul və vasitələrdən istifadə etməklə (misal: Məhkəmələrə müraciət etmə; iclaslar, toplanışlar, piket və mitinqlər keçirmə, imza toplama və s.) öz (S.) məqsədlərini həyata keçirmə və; aqressiv S.-yəni zorakılıq vasitələri ilə (o cümlədən; terror, sabotaj, diversiya, hərbi qiyam və, nəhayət (vətəndaş) müharibəsi üsul və vasitələri ilə) öz (S.) məqsədlərini həyata keçirmə. S.-in motivasiyası qismində; ümumi dövlət şəraitində vətəndaşların (milli azlıqların) yaşaması üçün dözülməz şəraitin, o cümlədən, diskriminasiyanın (ayrı-seçkiliyin) olması; əvvəllər müstəqil (və ya muxtar) siyasi subyektin sakinlərinin həmin müstəqilliyi (muxtariyyatı) itirilməsi ilə yanaşı müəyyən hüquqların, imtiyazların, şəraitin itirilməsi; millişovinizm ideyalarının və bununla yanaşı başqa millətə münasibətdə nifrət hisslərinin oyanması; müstəqillik (və ya muxtariyyat) qazanmaq ilə paralel surətdə problemlərin həll olunmasına S.-çı sakinlər tərəfindən inanılması və s. çıxış edir. Əksər hallarda S.-ə xarici qüvvələr tərəfindən siyasi, maliyyə və, hətta hərbi yardım göstərilməsi müşayət olunur. Lakin, beynəlxalq hüququn, insanların milli mənsubiyyəti arasında rəsmi surətdə fərq işarəsini qoyan, insanları (xalqları) bir - birinə düşmən edən mürtəce “öz müqəddaratını həlletmə prinsipi “- S. oduna xüsusi “rövnəq” vreir. S.-ə müxtəlif mövqedən-müxtəlif yanaşma tərzi vardır; əgər S. bir tərəf üçün-milli azadlıq hərəkatıdırsa; əks tərəf üçün isə S.-dövlətə (dövlətçiliyə) xəyanətdir.
SENZURA
SESESSİYA
OBASTAN VİKİ
Separatizm
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.

Digər lüğətlərdə