SEZMƏK

SEZMƏK Axır Könül onu da sezmişdi ki, Kərim onun filarmoniyada çıxış etməsindən də narazıdır (X.Hasilova); HİSS ETMƏK Həsən bunu açıq hiss edirdi (M.İbrahimov); EHSAS ETMƏK (köhn.) [Əbülhəsən bey.] ..gözlərim bu qədər cinayəti görməkdən, beynim isə ehsas etməkdən və duymaqdan yorulmuşdu (M.S.Ordubadi); DUYMAQ Qazı çoxdan duymuşdu ki, bu kişi düşübdür (C.Məmmədquluzadə); OXUMAQ (məc.) ..mən də sənin gözlərində başqa şeylər oxumuşdum (Ə.Məmmədxanlı).

SEYVAN
SƏADƏT

Значение слова в других словарях