Silloqomaniya
Silloqomaniya — yığıcılıq sindromu, yığıcılıq pozuntusu, kompulsiv yığıcılıq kimi tanınan psixi pozuntu.
Bu pozuntu insanı digərlərinin dəyərli hesab etmədiyi və ya az əhəmiyyət verdiyi əşyalardan belə qurtulmağa qoymur.
Bu psixoloji xəstəlik köhnə əşyalarla vidalaşa bilməməkdən qaynaqlanır. Kasıblıqdan tutmuş, tənbəlliyə, qənaətcilliyə qədər xeyli səbəbləri sadalanır. Əsas səbəb kimi köhnə əşyaların öz sahiblərinə verdiyi yaşanmışlıq duyğusunun hüznüdür, psixoloji sakitliyidir. İnsanlar bu psixoloji sakitliyi, rahatlığı itirməmək üçün köhnə əşyalarından imtina edə bilmir, hətta bəzən evi rəsmən zibilliyə çevirirlər.
Fərd öz köhnə pencəyində özünü daha rahat, xoşbəxt hiss edir. Nə yazıq ki, fərdin silloqomaniyası kəllə-çarxa çıxanda ev köhnə əşyaların zibilliyinə çevirilir.
Bu sindromdan əziyyət çəkən şəxslərin qarşısına çıxan lazımlı və ya lazımsız nə varsa götürüb evinə aparmaq halıdır. Bu şəxslər daha çox zibilliklərə atılmış əşyaları götürməklə məşğuldurlar.