silkli 2021
sillabem
OBASTAN VİKİ
Sill
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Bulbophyllum sillenianum
Bulbophyllum sillenianum (lat. Bulbophyllum sillenianum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Frans Emil Sillanpaa
Frans Emil Sillanaa (fin Frans Eemil Sillanpää ; 16 sentyabr 1888[…] – 3 iyun 1964[…], Helsinki, Finlandiya) — fin yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1939). == Həyatı == Fin romançısı Frans Emil Sillanpaa ölkənin cənub-qərbində, kəndli ailəsində doğulmuşdu. Fermer atası əski ənənəyə uyğun şəkildə yaşadığı yerin adını özünə soyad götürmüşdü. Sillanpaa soyadı belə yaranmışdı. Ailələri nə qədər kasıb olsa da, Fransın Tamperedə oxuması üçün pul tapa bilmişdilər. O da öz növbəsində valideynlərinin ümidlərini doğrultmuş, hətta təhsilini Helsinki universitetində davam etdirməyə təqaüd qazanmışdı. Universitetdə biologiyanı öyrənir, gələcəkdə həkim olmaq istəyirdi. Helsinkidə yaşaması Fransa şəhərin ədəbi boheması ilə tanışlıq imkanı yaratmışdı. Kifayət qədər geniş mütaliəsi vardı. İbsen və Strindberq yaradıcılığını dərindən bilirdi.
Frans Sillanpaa
Frans Emil Sillanaa (fin Frans Eemil Sillanpää ; 16 sentyabr 1888[…] – 3 iyun 1964[…], Helsinki, Finlandiya) — fin yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1939). == Həyatı == Fin romançısı Frans Emil Sillanpaa ölkənin cənub-qərbində, kəndli ailəsində doğulmuşdu. Fermer atası əski ənənəyə uyğun şəkildə yaşadığı yerin adını özünə soyad götürmüşdü. Sillanpaa soyadı belə yaranmışdı. Ailələri nə qədər kasıb olsa da, Fransın Tamperedə oxuması üçün pul tapa bilmişdilər. O da öz növbəsində valideynlərinin ümidlərini doğrultmuş, hətta təhsilini Helsinki universitetində davam etdirməyə təqaüd qazanmışdı. Universitetdə biologiyanı öyrənir, gələcəkdə həkim olmaq istəyirdi. Helsinkidə yaşaması Fransa şəhərin ədəbi boheması ilə tanışlıq imkanı yaratmışdı. Kifayət qədər geniş mütaliəsi vardı. İbsen və Strindberq yaradıcılığını dərindən bilirdi.
Mussa Silla
Mussa Silla (25 noyabr 1999) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Silla Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 10 fevral 2017-ci ildə klub ilə 2020-ci ilin iyun ayına kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Silla peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Adama Diakabini əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur. O, peşəkar karyerasında ilk qolunu 6 may 2018-ci ildə Kann klubuna qarşı oyunda vurmuşdur. O, oyunda dublla yadda qalmış və komandası Liqa 1 görüşündə rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. Silla Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. Onun qardaşı Yakuba Silla Mali millisinin üzvüdür.
Sillamyae
Sillаmyae (est. Sillamäe) — Estoniyada şəhər. İda-Virumaa vilayətinin ən böyük şəhəri. Əhali sayı 14 min nəfərdi. Sillamyae Estoniyanın şimal-şərqində, Fin körfəzinin sahilində, Rusiya-Estoniya sərhəddinin yaxınlığında yerləşir. Sillamyaedən Tallinə gədər məsafə — 186 km, Narvaya — 25 km, Sankt-Peterburqa — 170 km bərabərdir.
Sillem adası
Sillem adası (ing. Sillem Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada hazırda yaşayış yoxdur (2012). Sillem adası Baffin Torpağından şimalda yerləşən ada və adacıqlar arasında, sahəsinə görə ikincidir (Baylot adasından sonra). Skott buxtasının daxilində yerləşən adanın şərq sahillərini Qibbs fiordu, qərb sahillərini isə Klark fiordu yuyur. Adanın şimal qutaracağından 6,4 km km şimalda Skott adası yerləşir. Sahilləri qərbdən və şərqdən sürətlə yüksəlir, 600-700 metr yüksəkliyə qalxır. Yüksəkliklər sahil xəttindən yalnız beş yüz metr aralıdan başlayır. Adanın daxili hissəsi isə dağlıq ərazilərdən ibarətdir. Burada maksimal hündürlük dəniz səviyyəsindən 1,660 metrə çatır.
Sillogizm
Sillogizm — üç sözdən ibarət məntiqi fikir : iki giriş (aydınlaşdıran) söz və bir nəticə söz. Sadə qəti sillogizm — deduktiv əqli nəticənin ən çox işlədilən növüdür Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır. Sadə qəti sillogizmlər üç hissədən ibarət olur: böyük müqəddimə, kiçik müqəddimə və nəticə. Nümunə: Hər cür cinayət qanun pozuntusudur (böyük müqəddimə) Oğurluq işi cinayətdir (kiçik müqəddimə) Oğurluq işi qanun pozuntusudur (nəticə) Sillogizmdə düzgün nəticə almaq üçün sillogizm aksiomuna fikir vermək lazımdır. Yəni, iki həqiqi hökm bir biri ilə düzgün əlaqələndirildikdə nəticə də düzgün alınmalıdır.Hər bir sillogizm düzgün informasiya vermək üçün qaydalara tabe olmalıdır. Terminlərin qaydaları: Hər bir sillogizmdə 3 termin olmalıdır, az və ya çox olarsa nəticə almaq mümkün deyil. Orta termin heç olmasa müqəddimlərin birində ehtiva olunmalıdır. Orta terminlər eyni mənalarda işlənməlidir. Müqəddimələrin qaydaları: İki inkari hökmdən nəticə almaq olmaz. Ən az biri iqrari olmalıdır.
Silloqomaniya
Silloqomaniya — yığıcılıq sindromu, yığıcılıq pozuntusu, kompulsiv yığıcılıq kimi tanınan psixi pozuntu. Bu pozuntu insanı digərlərinin dəyərli hesab etmədiyi və ya az əhəmiyyət verdiyi əşyalardan belə qurtulmağa qoymur. Bu psixoloji xəstəlik köhnə əşyalarla vidalaşa bilməməkdən qaynaqlanır. Kasıblıqdan tutmuş, tənbəlliyə, qənaətcilliyə qədər xeyli səbəbləri sadalanır. Əsas səbəb kimi köhnə əşyaların öz sahiblərinə verdiyi yaşanmışlıq duyğusunun hüznüdür, psixoloji sakitliyidir. İnsanlar bu psixoloji sakitliyi, rahatlığı itirməmək üçün köhnə əşyalarından imtina edə bilmir, hətta bəzən evi rəsmən zibilliyə çevirirlər. Fərd öz köhnə pencəyində özünü daha rahat, xoşbəxt hiss edir. Nə yazıq ki, fərdin silloqomaniyası kəllə-çarxa çıxanda ev köhnə əşyaların zibilliyinə çevirilir. Bu sindromdan əziyyət çəkən şəxslərin qarşısına çıxan lazımlı və ya lazımsız nə varsa götürüb evinə aparmaq halıdır. Bu şəxslər daha çox zibilliklərə atılmış əşyaları götürməklə məşğuldurlar.
Piper silletianum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.

Digər lüğətlərdə