SİNQL

is. \[ing. Single "bir dənə, yeganə"\] 1. mus. Musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir əsas və bir neçə remiks parçadan ibarət olan musiqi albomu. 2. Hoteldə bir çarpayıdan ibarət otaq.
SİMULYASİYA
SİNTEPON
OBASTAN VİKİ
Sinql
Sinql (ingiliscə: single – ayrıca) – musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir və ya bir neçə parçadan ibarət olan musiqi albomudur. A və B üzlərindən ibarət olaraq 2 hissədən ibarətdir. A üzündə orijinal mahnılar, B üzündə isə bu mahnıların remiksləri yazılmışdır. "Sinql" termini ilk dəfə 1950-ci illərdən meydana gəlmişdir. Hal-hazırda sinqllar CD və DVDdə çıxarılır. Əksər hallarda sinql albomdan ayrıca buraxılan mahnı olsa da, o, çox vaxt alboma da daxil edilir. Tarixən, əsas musiqi vinil yazılar vasitəsilə satın alındıqda, sinqllar iki tərəfli buraxıldı, yəni A tərəfi və B tərəfi var idi, iki mahnı hər tərəfdə bir görünürdü[2]. ^ Marcus 2005 (1), p. 145 ^ "Pop single still hits right note". Sydney Morning Herald.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Dangerous (sinql)
Dangerous — Maykl Ceksonun albomu.
Thriller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Triller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Lady Marmalade (sinql)
Lady Marmalade (azərb. Ledi Marmelad‎) — 1974-cü ildə ABŞ qrupu "Labelle" tərəfindən ifa edilən sinqldır. Labelle 7" sinql #1 "Lady Marmalade" — 3:14 "It Took a Long Time" — 4:04 Labelle 7" sinql #2 "Lady Marmalade" — 3:14 "Space Children" — 3:04 "Lady Marmalade" sinqlının kaver versiyası Sabrina Salerno tərəfindən 1987-ci ildə ifa edilmişdir. 7" maksi "Lady Marmalade" — 3:55 "Boys, Hot Girl, Sexy Girl" (7" megamix) — 4:10 12" maksi "Lady Marmalade" (12" remix) — 5:57 "Boys, Hot Girl, Sexy Girl" (12" megamix) — 6:04 CD maksi "Lady Marmalade" (12" remix) — 6:08 "Boys, Hot Girl, Sexy Girl" (megamix) — 6:04 "Lady Marmalade" — 3:55 "Lady Marmalade" sinqlının kaver versiyası "All Saints" qrupu tərəfindən 1998-ci ildə ifa edilmişdir. All Saints CD maksi sinql "Lady Marmalade" (98 mix) — 4:02 "Lady Marmalade" (Mark’s Miami Madness mix) — 7:55 "Lady Marmalade" (Sharp South Park vocal remix) — 8:09 "Lady Marmalade" (Henry & Hayne’s La Jam mix) — 6:47 All Saints CD 1 "Under the Bridge"5.03 "Lady Marmalade" 4.04 "No More Lies" 4.08 "Lady Marmalade" (Henry & Haynes La Jam mix) — 9:23 "Under the Bridge" (promo video) 5.00 All Saints CD 2 "Lady Marmalade" (Mark!'s Miami Madness mix) — 7:56 "Lady Marmalade" (Sharp South Park vocal remix) — 8:10 "Under the Bridge" (Ignorance remix featuring Jean Paul e.s.q) — 4:55 "Get Bizzy" — 3:45 "Lady Marmalade" sinqlının Mulen Ruj! filmi üçün kaver-versiyası 2001-ci ildə yazılmışdır.
Sinqlər
Hindistanda orta əsrlərdə baş vermiş dini münaqişələrdə müslümlər(müsəlmanlar) qalib gələrək Hindistanın qərb və şimal hissələrində İslamı yaymışdılar. Lakin öz yerli dinlərinə sadiq qalan bəzi hind tayfa başçıları müsəlmanlara qarşı ordu toplamaq qərarına gəlmişdilər. Onlar həmin orduya daha cəsarətli, mərd və sədaqətli hindliləri seçmək üçün xüsüsi üsuldan istifadə etmişdilər.[mənbə göstərin] Rəvayətə görə bəzi hind başçıları bir binanın qarşısına toplanmış və üzünü camaata tutaraq demişlər:Ay camaat, biz əvvəl-axır müslümlərdən qisas almalıyıq!Bundan ötrü insan qanı lazımdır. Kim öz həyatınını millət yolunda qurban vermək istəyirsə, gəlsin bu binaya!Bir nəfər irəli çıxıb deyir:Öz millətim yolunda həyatımı quban verməyə hazıram!Onu otaqlardan birinə aparırlar. Az müddət sonra bir nəfər qanlı köynəyi qaytarıb camaata deyir:Budur onun köynəyi!İndi daha kim özünü millət yolunda qurban vermək istəyirsə gəlsin!Yenə bir neçə adam cəsarətlə irəli çıxıb öz razılığını bildirir. Bu qayda ilə bir neçə gün əməliyyatı davam etdirirlər. İlk günlərdə kifayət qədər adam yığa bilirlər. Amma bu cəsur cavanların heç birini öldürməmişdilər. Camaata göstərdikləri qanlı köynəkdəki heç qan deyilmiş. Bu qayda ilə onlar ən yaxşı döyüşçüləri seçirmişlər.