sinonim
sir
OBASTAN VİKİ
Sintaksis
Sintaksis (yun. syntaxis) — qrammatikanın bir şöbəsidir. Sintaksis söz birləşmələri, cümlə və mətni öyrənir. == Etimologiyası == Sintaksis sözü Qədim Yunan dilində σῠ́ντᾰξῐς (súntaxis) birləşmə, tərtibat deməkdir. Sintaksis sözü dilin sintaktik quruluşu və dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında işlənir. == Tarixi == Dilçilik tarixində Sintaksisə aid ilk məlumatlara Qədim Hind dilçiliyində rast gəlmək olar. Hind qrammatikalarında sintaksisə müəyyən yer verilmişdir. Bu bölmədə hal, zaman və şəkil formalarının işlənmə qaydaları göstərilmişdir. Antik dilçiliyin ikinci qolunu təşkil edən İskəndəriyyə qrammatikası məktəbinin nümayəndələri sintaksis məsələləri ilə məşğul olmuşlar. Frakiyalı Dionisinin cümləyə verdiyi tərif 2000 ildən artıqdır ki, kiçik dəyişikliklərlə normativ qrammatikalarda yaşamaqdadır.

Digər lüğətlərdə

испижо́ниться литогра́фщик оживотвори́ть прифа́бривать траге́дия фальцо́вочный центри́ст четырнадцати... заве́тренный законода́тель пермане́нтность узкоколе́йный холосто́й пансион сколить agamete cacuminal cornelian flanker gold-worker parameter perspective tetragonal сладко сокрыть