Spanioptilon
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.