STOL
STRATEJİ
OBASTAN VİKİ
Stolüstü tennis
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli geri vurmasıyla oynanan bir oyundur. Bu idmanın salon tennisi adıyla bilinən ən köhnə şəkli 1880-ci illərdə Hindistan və Cənubi Afrika dakı İngilis ordu zabitləri tərəfindən oynanardı. Siqar qutularının qapaqlarını raketka, yuvarlaşdırılmış şərab şüşəsi probkalarını da top olaraq istifadə edərdilər. Tor kimi də kitabları istifadə edirdilər. 1890-cı illərdə İngiltərədə bu oyunun digər versiyaları inkişaf etdirildi. Bunlar "whiff whaff" və "gossima" kimi dəyişik adlara sahib idilər və Parker Brothers firması masaya qurula bilən portativ tor, üstü torlu kiçik bir top və miniatür raketkalardan ibarət olan salon tennisi avadanlığı satmağa başladı. 1900-cü ildə Amerikanı ziyarət edən İngilis Jeyms Qib (James Gibb), dönərkən yanında bəzi içi boş selüloid toplardan gətirdi və yoldaşlarıyla salon tennisini bu topları istifadə edərək oynamağa başladı. Qib, topun raketkaya və masaya çarpdığı zaman çıxardığı səsi təmsil edən "ping pong" adını işlətməyə başladı. Lakin 1901-ci ildə İngilis idman avadanlığı istehsalçısı olan Jon Jakves (John Jacques) "Ping Pong" adını öz adına qeydiyyat etdirdi və bu adın Amerika haqqlarını Parker Brothers firmasına satdı. Onlar da yeni avadanlığlarını bu adla çıxardılar.
Stolüstü oyun
Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s.. Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir. Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır. Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu. Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə.
Azərbaycanda stolüstü tennis
Azərbaycanda Stolüstü Tennis — Azərbaycanda stolüstü tennis idman növünə maraq 1939–1940-cı illərdən yaranmışdır. Böyük Vətən müharibəsindən (1941–1945-ci illər) sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılır və bu idman növü get-gedə inkişaf etməyə başlayır. 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. Bakı şəhərinin ilk çempionları V. Lazorkin və R. Yaşagina olmuşlar. O dövrün ən güclü tennisçiləri arasında M. Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O. Spiridonovun, A. Knijnikin və başqalarının adlarını çəkmək olar. Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N. Novikov, R. Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y. Oparin, İ. Mazin kimi məşqçilər yetişmişdir. Onlar M. Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V. Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf etmişlər. Azərbaycan idmançıları bir çox respublika və beynəlxalq yarışlarda iştirak etməyə başladılar. SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Azərbaycan Stolüstü Tennis Federasiyası
Azərbaycan Stolüstü Tennis Federasiyası — == Haqqında == 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçilmişdıir. 2006–2010-cu ullər ərzində federasiya tərəfindən Bakı və respublikanın bölgələrində fəaliyyət göstərən idman məktəblərinə və təşkilatlarına 200-ə qədər "TİBHAR" şirkətinin tennis stolları, raketlər, toplar, idman forması və digər zəruri ləvazimat təmənnasız olaraq paylanılmışdır Azərbaycan Stolüstü Tennis Federasiyası bir çox xarici federasiyalarla, o cümlədən Rusiya Stolüstü Tennis Federasiyası ilə sıx və işgüzar münasibətlər qurmuşdur. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür. Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlamışdır. 2013-cü ildə Azərbaycanın İqtisadiyyat Naziri Şahin Mustafayev federasiyanın Prezidenti seçilmişdir. == Federasiyanın Prezidentləri == (2004–2013) — İsmət Dursun oğlu Abasov (2013–2017) — Şahin Abdulla oğlu Mustafayev == Həmçinin bax == Bakı Tennis Akademiyası Azərbaycan idman federasiyalarının siyahısı == İstinadlar == == Xarici keçidlər == "Nazir Şahin Mustafayevin Çin "sevdası" – FOTO". Yeni Çağ Media (az.). 2017-05-03.
Robert Frank (stolüstü tennisçi)
Robert Frank (22 yanvar 1990) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Robert Frank Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.

Digər lüğətlərdə