SUALTI SAHİL TİRƏSİ

sualtı sahil yamacının dalğalarla yuyulma zonasında formalaşan və əsasən qumlu çöküntülərdən təşkil olunan, sahil xəttinə paralel uzanan maili, mütəhərrik, akkumulyativ törəmələr. Adətən 10 km dərinliyə qədər sahələrdə silsilə /sıra/ təşkil edir və dalğalanmanın gücündən və istiqamətindən asılı olaraq sualtı yamacın profili boyu yerini dəyişir. подводный береговой вал submarine beach-ridge
SUALTI RELYEFİN SUBAERAL FORMALARI
SUALTI SAHİL YAMACI
OBASTAN VİKİ
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Sualtı adaları
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Sualtı arxeologiya
Sualtı arxeologiya — suyun altında aparılan arxeoloji tədqiqatları əhatə edir.Bu sahənin qəbulu sualtı ərazilərə daxil olmaq və işləməkdəki çətinliklər və arxeologiyanın sualtı ərazilərə tətbiqi ilkin olaraq gəmi qəzası zamanı xilas edcilərin inkişaf etdirdiyi bacarıq və alətlərdən irəli gəldiyi üçün nisbətən gec bir inkişaf yolu keçmişdir. Nəticədə sualtı arxeologiya əvvəlcə özünü həqiqi arxeoloji tədqiqat kimi təsdiqləmək üçün mübarizə apardı. 1980-ci illərin sonlarında universitetlər fənni tədris etməyə başlayanda və alt fənn üçün nəzəri və praktiki baza möhkəm qurulduqda bu dəyişdi. Sualtı arxeologiyanın indi dəniz arxeologiyası da daxil olmaqla bir sıra formaları var: keçmiş insan həyatının, davranışlarının və mədəniyyətlərinin və onların dənizdə, ətrafında, mənsəblərdə və çaylarda fəaliyyətlərinin elmi əsaslı öyrənilməsi. Bu, ən çox duzlu və ya şirin suda, ətrafında və ya altında tapılan və ya su ilə örtülmüş çöküntünün altında basdırılmış qalıqlardan istifadə etməklə həyata keçirilir. Son illərdə sualtı aviasiya arxeologiyası adı altında su altında qalan İkinci Dünya Müharibəsi sahələrinin və su altında qalan təyyarələrin tədqiqi də əsas fəaliyyət kimi ortaya çıxmışdır. Sualtı arxeologiyanın tədqiqat sahəsi yalnız gəmi qəzalarının tədqiqi ilə məhdudlaşmır. Port Royal və İsgəndəriyyəni dağıdan zəlzələlər və ya kontinental miqyasda daha geniş yayılmış iqlim dəyişiklikləri kimi yerli seysmik hadisələr səbəbindən dəniz səviyyəsindəki dəyişikliklər, bir vaxtlar quruda olan bəzi insan işğal sahələrinin indi su altında qalması deməkdir. Son buz dövrünün sonunda Şimal dənizi böyük düzənlik idi və antropoloji material, eləcə də mamont kimi heyvanların qalıqları bəzən trol gəmiləri tərəfindən çıxarılır. Həmçinin, bəşər cəmiyyətləri həmişə sudan istifadə etdiyinə görə, bəzən bu cəmiyyətlərin su altında qurduqları tikililərin qalıqları (məsələn, körpülərin özülləri, körpülər və limanlar) quru torpaqda izlər itirildikdə hələ də mövcud vəziyyətdə qalır.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sahil cığı
Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. Nəmişli yerlərdə və duzlu qumlarda bitir. Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sahil daşçevirəni
Sahil daşçevirəni (lat. Arenaria interpress) — arenaria (animal) cinsinə aid quş növü.
Sahil metrostansiyası
Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir. 6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı "26 Bakı komissarı" olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini də verir. 1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılıb. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunub.
Sahil parkı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sahil qaranquşu
Sahil qaranquşu (lat. Riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.