SUSƏNBƏR
SUZANA
OBASTAN VİKİ
Suzan Basso
Suzan Marqaret Basso (15 may 1954, Skenektadi[d], Nyu-York ştatı – 5 fevral 2014, Hantsvill[d], Texas) — 1998-ci ilin avqustunda həyat siğortası pulu üçün öldürülən əqli qüsurlu Lui “Buddi” Mussonun işğəncə və qətlində mühakimə olunan 6 müttəhimdən biri olan amerikalı qadın. O, 1999-cu ilin oktyabrında ölüm hökmünə məhkum edildi. Basso 5 fevral 2014-cü ildə ölümcül inyeksiya ilə edam edildi. Edamından əvvəl Basso dövlətin ölüm sırasında olan qadın məhkumlarının hamısının həbs olunduğu yer olan Texas ştatının Qeytsvill şəhərindəki Mountain View şöbəsində saxlanıldı. Cinayət baş verən zaman Basso Texas ştatının Hasinto şəhərindəki Hyuston şəhərətrafı qəsəbəsində yaşayırdı. Buddi Musso əvvəllər evli idi və 1980-ci ildə xərçəngdən ölən həyat yoldaşı ilə bir oğlu var idi. 1997-ci ildə Musso Nyu-York şəhəri yaxınlığındakı Nyu-Cersi ştatında, Kliffsayd Parkda bir evdə yaşayırdı və “Shop-Rite” mağazasında çalışırdı. Musso 58 yaşında olarkən 43 yaşlı Suzan Basso ilə evinin yaxınlığındakı bir kilsənin bazarında tanış oldu. Onlar uzaq məsafəli münasibətə başladılar və o, Basso ilə Texas ştatına köçməyi planlaşdırdı. O, 14 iyun 1998-ci ildə Hyuston bölgəsinə köçdü.
Suzan Kahramaner
Suzan Kahramaner (21 may 1913 - 22 fevral 2006) - Türkiyənin ilk qadın riyaziyyatçılarından biridir. İstanbul Universitetinin məzunu olduqdan sonra doktoranturaya daxil olmuş və prof.Kerim Erimdanışman onun elmi rəhbəri olmuşdur. Avropanın bir çox universitetlərində müxtəlif tədqiqatlar aparmış və 1968-ci ildə professor adına layiq görülmüşdür. 2006-cı ildə vəfat etmişdir. Suzan Kahramaner Müzeyyen xanım və cərrah Rıfkı Osman Bəyin qızıdır. O 1913-cü ildə İstanbulun Üsküdar bölgəsində anadan olmuşdur. Orta məktəbi 19119-1924-cü illərdə Moda Nümunəsi İnas məktəbinə gedir. Bundan sonra o Notr-Dama Siona sənədlərini göndərir və 1934-cü ildə Fransada bakalavr dərəcəsi alır. Sonradan İstanbul Universitetinə daxil olur. Burada fizika və riyaziyyat üzrə təhsil alır.
Suzan Kollins
Suzan Kollins (ing. Suzanne Collins; d.10 avqust 1962, ABŞ, Konnektikut ş., Hartford) — Amerikalı televiziya senaristi və roman yazıçısıdır. "The New York Times" ın ən çox satılan "Yeraltı Salnamələr və Aclıq Oyunları" trilogiyasının müəllifi kimi tanınır. Onun ən tanınan əsəri "Aclıq Oyunları"dır. Bu kitab "Aclıq Oyunları" (2008), "Atəşi tutmaq" (2009) və "Rişxənd quşu" (2010) seriyalarından ibarətdir. Suzan Kollins 10 avqust 1962-ci ildə Konnektikut ştatının Hartford şəhərində, 1932-ci il təvəllüdlü Ceyn Bredi Kollins və 1931-ci il təvəllüdlü leytenan Maykl Con Kolllinsin ailəsində anadan olmuşdu. Atası Vyetnam müharibəsində Hərbi Hava Qüvvələrində xidmət etmiş, bir sıra mükafatlara layiq görülmüş zabit olmuşdur.. Bir əssgərin qızı olduğu üçün ailəsi ilə birlikdə daim bir yerdən başqa yerə köçmək məcburiyyətində qaldı. Uşaqlığını Amerikanın şərqində keçirən Suzan Alabama universitetinin "Təsviri Sənət" fakültəsini oxuyaraq burada teatr sənəti üzrə mütəxəssisə çevrildi. Daha sonra 1985-ci ildə İndiana Universiteti teatr və ünsiyyət ixtisasları üzrə oxuyaraq məzun oldu.
Aloe suzannae
Aloe suzannae (lat. Aloe suzannae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Ağ suzanbağı
Ağ suzanbağı (lat. Nymphaea alba) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. == Qısa morfoloji təsviri == Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.
Mavi suzanbağı
Nymphaea caerulea (lat. Nymphaea caerulea) — suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü.
Meksika suzanbağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Suzana Lazoviç
Suzana Lazoviç (28 yanvar 1992, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Suzanbağı
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
Suzanbağı (fəsilə)
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Suzanbağıkimilər
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Suzanbağıları (rəsm)
Suzanbağıları (fr. Les Nymphéas) — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-yə yaxın yağlı boya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək bağçasının, xüsusilə Monenin Parisdəki evinin bağçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsmləridir. Mone bundan əvvəl Parisdəki Sen-Lazar vağzalı stansiyasının gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmlərindən ibarət olan "Sen-Lazar vağzalı" seriyasını və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman yığınları" seriyasını hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri çəkməklə məşğul olarkən gözlərində yaranan kataraktadan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi və başqa formalı) və ölçülərdə (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində çəkilib. noyabr 1890: Mone Jivernidəki evini satın alması və bağçasını dəyişdirərək yenidən qurması. may 1895: Monenin "Suzanbağıları" tabloları seriyasını hazırlamağa başlaması. noyabr 1901: Monenin Jivernidə bağçada yetişdirilən ekzotik bitkilərin su ehtiyacını qarşılamaq üçün yaxınlıqdakı Epte suyunun axarını dəyişdirərək bağçadan axmasını təmin etməsi.
Suzanbağıçiçəklilər
Suzanbağıçiçəklilər (lat. Nymphaeales) — bitkilər aləminə aid bitki sırası.
Suzanna Bianco
Suzanna Bianco (15 mart 1973; San-Xose, ABŞ) — Birləşmiş Ştatları təmsil edən bədii üzgüçü. Suzanna Bianco Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Suzanna Bianco Olimpiadanın qalibi olub.
Suzanna Bombardye cinayəti
Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980) — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir. Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı. Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.
Suzanna Klark
Suzanna Klark (1 noyabr 1959, Nottinqem, Nottinqemşir[d]) — Britaniyalı roman yazıçı. Suzanna Klark 2005-ci ildə yazdığı "Conatan Starnc və Mister Norrel" romanına görə qazandığı Ən yaxşı roman üzrə Hüqo mükafatı ilə və jurnallar üçün yazdığı hekayələri ilə tanınır. Suzanna Klark "Conatan Stranc və Mister Norrel" romanını 1993-cü ildə yazmağa başlamışdır. 2003-cü ildə "Bloomsbury" tərəfindən müəlliflik hüquqları alınmış və 2004-cü ildə kitab "çox satılanlar" siyahısına düşmüşdü. Suzanna Klark iki il sonra hekayələrini "The Ladies of Grace Adieu and Other Stories" adlı kitabı ilə yayınlandı yayımlandı.
Suzanna Tamaro
Suzanna Tamaro — italyan yazıçısı. İtaliyanın Triest şəhərində 1957-ci ilin 12 dekabrında anadan olub. Uşaqlığında bir çox çətinliklərlə üzləşib. Suzanna 1972-ci ildə zəlzələyə şahid olur, 1979-cu ildə ölümcül xəstəliyə tutulur. Yazıçılığa 1981-ci ildə başlamışdır. Suzanna Tamaro ilk əsərləri o qədər də maraq görməmişdir. Onu tanıdan ilk əsər “Tək bir səs üçün” kitabı olmuşdur. Daha sonra yazdığı "Ürəyinin götürdüyü yerə get" romanı aylarla İtaliyada ən çox satılan kitablardan biri olmuşdur. Romanları əsasən məktub və ya gündəlik şəklindədir. Hadisələri bir nəfərin ağzından danışır.
Suzanna Təmim
Suzanna Təmim(ərəb. سوزان تميم‎, 23 sentyabr 1977 – 28 iyul 2008) — Livan müğənnisi. Suzanna Təmim 23 sentyabr 1977-ci ildə Livanın Beyrut şəhərində anadan olmuşdu. Suzanna Təmim 28 iyul 2008-ci ildə öldürülüb.
Suzanne Hiram
Suzanna Blochun portreti
Suzanna Bloçun portreti — ispan rəssamı Pablo Pikassonun 1904-cü ildə Parisdə Mavi Dövrünün sonuna doğru çəkdiyi kətan üzərində yağlı boya tablosudur. Tablonun əsas mövzusu Suzanne Bloç Vaqner şərhləri ilə tanınan bir müğənni və skripkaçı Henri Blochun bacısı idi. Bu rəsm San Paulo İncəsənət Muzeyində saxlanılır. 20-ci əsrin əvvəllərində Pikassonun tez-tez ziyarət etdiyi Paris korifeyi Suzan Bloç Vaqneriyalı müğənni və skripkaçı Henri Bloçun bacısı idi. O, 1904-cü ildə fransız şairi Maks Yakob vasitəsilə ispan rəssamı ilə tanış oldu və o Parisdə, Ravingan küçəsi 13 ünvanındakı Bateau-Lavoir studiyasında, yazın sonu və yazın əvvəli arasında Pikassonun portreti üçün əyləşirdi. Pikassonun imzası olan, yağlı boya ilə çəkilmiş rəsmdən əvvəl gouache ilə möhkəmləndirilmi. qələm və mürəkkəb eskiz ; o indi İsveçrənin Ascona şəhərindəki Neubury Coray kolleksiyasında qorunur.. Yağlarla çəkilmiş portret, Unicamp- ın sənət tarixi professoru Luiz Markes tərəfindən "tamamilə aid olduğu mavi dövr" ün nümunəsi kimi təsvir edilmişdir. . Bu mavi dövrün son mühüm əsəri adlandırılırdı. Baxmayaraq ki, Palau i Fabre " bir dövrdən digərinə keçid mərhələsini bu günə qədər müəyyənləşdirmək və müəyyən etmək çətindir- bu, hər halda, ani bir yerdəyişmə deyildir, lakin mülayim nüanslı, ara-sıra olsa da, irəliləyiş."Bənzər şəkildə Denys Çevalyer yazırdı: "Mavi dövrü çox dəqiq təyin etmək üçün hər hansı cəhd yalnız səhvlərə səbəb ola bilər" Tamamilə qaranlıq, həzin aura ilə hopdurumuş rəsmmavidən mavi-yaşıla qədər dəyişən monoxromatik çalarlarda, daha isti tonların sporadik iştirakı ilə təqdim edilir.
Suzanna Georgi
Susanne Georgi (27 iyul 1976) — Danimarkalı müğənni. Susanne Georgi 27 iyul 1976-cı ildə Danimarkada anadan olmuşdur. 2007-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində Danimarkanın verdiyi xalları açıqlamışdır. 2009-cu ildə Moskvada keçirilmiş Avroviziyada isə Andorranı təmsil etdi. Lakin finala keçə bilmədi.

Значение слова в других словарях