Süyümbikə minarəsi
Süyümbikə minarəsi (rus. Башня Сююмбике, tatar. Сөембикә манарасы, Sөyembikə manarası) — Kazan Kremlinin ərazisində yerləşən qüllə. İtaliyada yerləşən məşhur Piza qülləsi kimi Süyümbikə minarəsi də "Yıxılan qüllə"lərdəndir. Hal-hazırda Süyümbikə minarəsi şimal-şərq istiqamətinə əyilib. Onun ucunun şaquli xəttindən məsafəsi təxminən 2 m təşkil edir.
Süyümbikə minarəsi salınma tarixi indiyənə kimi naməlum olaraq qalır. Bəzi alimlər minarəni XVII—XVIII əsrlərə aid olduğunu söyləsələrdə, digərləri onun XVI əsrin ikinci yarısında inşa olunduğunu bildirirlər. Bəzi alimlər isə (məsələn, Nikolay Zaqoskin) Süyümbikə minarəsi Kazan xanlığı dövründə, yəni 1552-ci ilə qədər, ucaldılmasının tərafdarıdılar.
Minarənin inşaası barədə heç bir tarixi sənəd dövrümüzə qədər gəlin çıxmayıb.