Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Kərim
Kərim — kişi adı və təxəllüs. Bu adı olan tanınmış şəxslərKərim Atayev — Texnika elmləri namizədi. Kərim Baqiri — İran futbolçusu Kərim Dünyamalıyev — yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı Kərim Ənsarifərd — futbolçu.Kərim KərimovKərim Kərimov (alim) — akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Kərim Kərimov (geofizik) —Kərim bəy Novruzov — polkovnik Kərim Novruzov — Azərbaycanlı meyxanaçı Kərim Abdullayev —Bu təxəllüsü olan tanınmış şəxslərƏli Kərim — şair, tərcüməçi Vaqif Kərim — Azərbaycan şair-publisisti.DigərKərim (Uçalı) Əl-Kərim — Allahın adlarından biri.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Bizim era
Bizim era, b. e. — Yulian və Qriqorian təqvimi ilə 1-ci ildən indiki dövrə qədər olan zaman. 1-ci ildə qurtaran dövr bizim eraya qədər olan dövr adlanır. == Ədəbiyyat == Аноприенко А.Я. Археомоделирование: Модели и инструменты докомпьютерной эпохи. Донецк, УНИТЕХ, 2007, s. 202.
Bizim yol
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2000-ci ildə Bahəddin Həziyevin əli ilə yaradılıb, və 2003-cü ildən çap olunur. Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Tomas Biçem
Tomas Biçem (29.4.1879, Liverpul yaxınlığında Sent-Helens – 8.3.1961, London) — ingilis dirijoru, impresario. == Həyatı == İri əczaçılıq fabrikinin sahibi və musiqi həvəskarı C. Biçemin oğludur. Sistemli musiqi təhsili almamış, kompozisiyanı Ç. Vud və M. Moşkovskidən öyrənmişdir. Dirijor kimi debütü Şekspir memorial teatrında (Klapem, 1905) olmuşdur. 1909-cu ildə öz simfonik orkestrini yaratmışdır. Londondakı “Kovent-Qarden” teatrının dirijoru (1910-cu ildən, 1932– 39-cu illərdə baş dirijor və bədii rəhbər; sonuncu çıxışı 1951-ci ildə olmuşdur). Böyük Britaniyada Dyagilevin rus baletinin (1911, 1913), çıxışlarını, M.P. Musorqski, N.A. Rimski-Korsakov və A.P. Borodinin operalarının London premyeralarını təşkil etmişdir. == Fəaliyyəti == London filarmonik (1932-ci ildən) və Kralfilarmonik (1946–60) orkestrlərinin yaradıcısı, rəhbəri və dirijoru olmuşdur. Ən böyük xarici orkestrlərlə qastrolda olmuşdur (o cümlədən Nyu-York, Boston, Berlin filarmonik orkestrləri ilə), məşhur opera teatrlarında (o cümlədən “Metropoliten-opera”, 1942–44) işləmişdir.Biçemin son çıxışı 1960-cı ildə olmuşdur. Repertuarı klassik və romantik operalardan ibarət idi (V.A. Mot sartın “Hamı belə edir” operasını səhnə üçün bərpa etmişdir), Barokko bəstəkarlarından G.F. Hendelə üstünlük verirdi, 20-ci əsr musiqisini özünün seçimi ilə ifa edirdi: R. Ştrausun “Salomeya” və “Elektra” (1910), “Qızıl gül kavaleri” və “Ariadna Naksosda” operalarının London premyeralarına (1913) dirijorluq etmiş, ömrüboyu dostu F. Diliusun musiqisini (onun ən gözəl ifaçısı sayılır) təbliğ etmişdir.
Böyük Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsi Sadıqlı kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Böyük Kəsik kənd Soveti yaradılmışdır.
Fatih Kərim
Fatih Kərim (tatar. Фатих Кәрим; 27 dekabr 1908 (9 yanvar 1909) – 19 fevral 1945) — Tatarıstan Sovet şairi. == Tarixi == 27 dekabr 1908-ci ildə (9 yanvar 1909) Aitovo kəndində (indiki Başqırdıstan Respublikasının Bijbulyakski rayonu) anadan olub. İlk təhsilini burada aldı, 1922-ci ildə Belebey Pedaqoji Texnikumuna daxil oldu. Sonra Kazan torpaq idarəçiliyi texnikumunda oxudu, respublika qəzet və jurnalları ilə əməkdaşlıq etdi, Tatizdatdakı uşaq və gənclər ədəbiyyatı redaksiyasında çalışdı. Kazanda, Kərim 1931-1941-ci illərdə Çernışevski (indiki Kremlin küçəsi) küçədəki 21-ci evdə yaşayırdı. Böyük Vətən müharibəsi üzvü. 17 yanvar 1945-ci ildə kiçik leytenant Fatih Valeyeviç Kərimov 3-cü Belorusiya Cəbhəsi 5-ci ordusunun 65-ci tüfəng korpusunun 144-cü tüfəng diviziyasının 226-cı ayrı-ayrı sapal taborunun sapyor tağımının komandiri təyin edildi. 1945-ci il fevralın 19-da Köniqsberq kənarında — Pobeda kəndində (indi - Kalininqrad bölgəsi) döyüş tapşırığını yerinə yetirərək öldü. Kalininqrad vilayətinin Baqrationovskdakı kütləvi məzarlığında dəfn edilmişdir.
Fiskal kəsir
Kəsik (Xudabəndə)
Kəsik (fars. كسيك‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (111 ailə).
Kəsik konis
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır.Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Kərim Tinçurin
Kərim Qali oğlu Tincurin (tat. Kərim Tincurin; 15 sentyabr 1887—1938) - tatar yazıçısı, aktyoru və dramaturqudur. O, Tatarıstan teatrının və dramaturgiyasının əsas peşəkar banilərindən biri sayılır. == Tərcümeyi-hal == Kərim 15 sentyabr 1887-ci ildə Penzen əyalətinin Tarakanovka kəndində kəndli ailəsində anadan olmuşdur. 1900-cu ildə Kazana köçən Kərim burada mədrəsədə təhsil alır. Ancaq 1906-cı ildə bu təhsildən imtina edir. 1910 - cu ildə "Səyyar" qrupuna qoşulur və beləliklə həyatını teatra bağlayır. Vətəndaş müharibəsi zamanı o orduya qoşulur və Qırmızı Orduda iştirak edir. 1920-ci ildə Samara teatrının baş rejissoru olur. 1921-ci ild\ Orenburq tatar proletar qrupuna rəhbərlik edir (İndiki Q.Kariyeva adına teatr).
Kərim Vəkilov
Kərim Lütfəli ağa oglu Vəkilov 1901-ci ildə anadan olub. Atası və anası vəfat etdikdən sonra baçısı ilə birlikdə əmiləri Yusif ağanın himayəsinə keçirlər. Yusif ağa müflis vəziyyətinə düşdükdən sonra məcbur olub yeniyetmə qardaşı oğlunu Qoridə Firidun bəyə qapı qulluqçusu verir (Kə­rim Vəkilov öz tərcumeyi-halında belə göstərir). 1918-ci ilə qədər Kərim Vəkilov Firidun bəyin evində yaşamışdır. 1918-ci ildə Qori Seminariyası Qazaxa köçürüldükdə Firidun bəy Kərimi məktəbə qəbul etdirir. 1919-1920-ci illərdə Milli Orduda xidmət edən Kərim Vəkilov AXC süqutundan sonra yenidən seminariyaya qayıdıb təhsilini davam edir. 1921-ci ilədək Kərim Vəkilov Qazax Seminariyasında oxuyur. Həmin il Hərbiyyə və Bəhriyyə komissarı Əliheydər Qarayev Qazax Seminariyasından bir qrup yoxsul gənçi Bakiya hərbi məktəbə gətirəndə Kərim Vəkilov da onların arasında idi. 1923-cü ildə Kərim Vəkilov Bakida Hərbi-Texniki Məktəbi bitirir. 1923-1925-ci illərdə Azdiviziyanın 2-ci istehkamçılar polkunda xidmət edir; 1925-1927-ci illərdə 3-cü istehkamçılar polkunda xidmət edir; 1927-1929-cu illər­də isə Azdiviziyanın 2-ci ərazi polkunda xidmət edir.
Kərim Vəliyev
Kərim Tofiq oğlu Vəliyev (9 fevral 1961, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi. Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə sabiq müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi (2014–2021). == Həyatı == Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Ailəlidir, iki övladı var. == Hərbi xidməti == 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Kərim Vərahram
Kərim xan Vərahram (6 dekabr, 1907 - 12 iyun, 2003) — İran generalı, səfir. == Həyatı == Kərim xan Vərahram 6 dekabr 1907-ci ildə Xoy vilayətinin Bədəlabad kəndində anadan olmuşdu. Kərim xan Vərahram Azərbaycan ordusunda zabit, Qərbi Azərbaycan ostanının valisi olmuşdu. Kərim xan Vərahram İran Milli Məclisinin üzvü idi. Kərim xan Vərahram 12 iyun, 2003-cü ildə Fransanın Paris şəhərində vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Kərim Yaycılı
Kərim Yaycılı — azərbaycan mühacir şairi. == Həyatı == Kərim Yaycılı Naxçıvanın Yaycı kəndində anadan olmuşdur. Erməni zülmündən xilas olmaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) ailəsiylə birlikdə Gəncəyə gəlir, bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra isə Türkiyəyə qaça bilir. Burada hərbi təhsil alır və bir müddət orduda xidmət edir. Sonralar Dövlət Konservatoriyasında və Dövlət teatrlarında çalışmışdır. İlk şeirləri 1934-cü ildən etibarən Məmməd Əmin Rəsulzadənin Berlində nəşr etdirdiyi "Qurtuluş" jurnalında dərc olunur. Daha sonralar şeir və hekayələri Ankarada nəşr edilən "Azərbaycan" jurnalında çıxır. Azərbaycan Milli Mərkəzinin və Müsavat partiyası Ankara təşkilatının üzvü idi. "Türk birliyi" adlı jurnal nəşr edirdi. Şeirlərinin böyük bir qismi "Azərbaycan, Qafqaz, Anadolu" adlı kitabda toplanıb.
Kərim Yusifov
Kərim Yusifov (tam adı: Kərim Həsrət oğlu Yusifov; 1 avqust 1995, Fəxralı, Goranboy rayonu – 27 sentyabr 2020, Tərtər rayonu ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsinin başladığı ilk anlarda şəhid olaraq müharibənin ilk şəhidlərindən biri oldu. == Həyatı == Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq 26.09.2020 tarixində saat 13–00 –da geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim xan
Kərim xan Kəngərli — Naxçıvan xanı. == Hakimiyyəti == Kəlbəli xanın ölümündən sonra Naxçıvan xanlığının idarəsini xanın böyük oğlu Nəzərəli xan öz əlinə aldı. Lakin tezliklə Kəlbəli xanın qardaşı oğlu Kərim xan Kəngərli hakimiyyəti öz əlinə keçirdi. Lakin o da hakimiyyətdə iki ildən artıq qala bilmədi. 1822-ci ildə Hüseyn Mirzə Naxçıvan xanlığının hakimi oldu. Bir il sonra isə, 1823-cü ildə Kərim xan yenidən hakimiyyətə qayıtdı. Kərim xan Kəngərlinin hakimiyyətdə olduğu dövr (1823–1827) ikinci Rusiya—İran müharibəsinin başlandığı dövrə təsadüf edir. Lakin Kərim xan yenə də hakimiyyətdə çox qala bilmədi. Şahzadə Abbas Mirzə onu Məhəmməd Bağırla əvəz etdi. O, şahzadənin etimadını doğrultmadığı üçün ikinci Rusiya—İran müharibəsi ərəfəsində sabiq Kərim xanla əvəz edildi.Kərim xanın Naxçıvan xanlığındakı hakimiyyəti fasilələrlə 1827-ci ilə qədər davam etmişdir.
Kərim Şükürov
Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın Elmi Şurasının sədri, A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru. == Həyatı == Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib. 1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib.
Kərim Əhmədəliyev
Kərim Əhmədəliyev (tam adı: Kərim Rövşən oğlu Əhmədəliyev; 12 iyun 1998; Sumqayıt, Azərbaycan — 4 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində (ATU) "Menecment" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kərim Əhmədəliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əhmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərim Əliverdizadə
Əliverdizadə Kərim Səlim oğlu (1 aprel 1911, Qaradağlı, Şuşa qəzası – 16 mart 1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə 1911-ci ilin aprelin 1-də Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Qaradağlı kəndində dünyaya gəlib. K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla bitirdikdən sonra qısa müddət təhsil kombinatının müdiri işləmişdir. 1934-cü ildə “Azneft” İB-nin göndərişi ilə keçmiş M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir. K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə başlamışdır. O, 1940-cı ilin noyabrından Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutunda (AzİNMAŞ) böyük mühəndis-konstruktor, baş mühəndis, elmi işlər üzrə direktor müavini, 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir. O, 1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il) həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir. K.S. Əliverdizadəni mütəxəssislər neft quyularının ştanqlı nasos qurğusu ilə istismarı avadanlıqlarının, o cümlədən mancanaq dəzgahlarının tip-ölçü sıralarını yaradanlardan biri kimi tanıyırlar. K.S. Əliverdizadə ömrünün 60 ilini həm neft və qaz sənayesinin mexanikası, maşın və avadanlıqlarının inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində mühəndis kadrların və alimlərin hazırlanması işinə sərf etmişdir.
Kərim Əliyev
Kərim Əliyev (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi. Kərim Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Kərim Ənsarifərd
Kərim Ənsarifərd (3 aprel 1990, Ərdəbil) — futbolçu. == Həyatı == Kərim Ənsarifərid 3 aprel 1990-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib. İran milli futbol komandasının Azərbaycan əsilli futbolçusudur. İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçudur.
Kəsin (Vərziqan)
Kəsin (fars. كاسين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,917 nəfər yaşayır (430 ailə).
Besim Bokşi
Besim Bokşi (serb. Бесим Бокси, Besim Bokši; 12 noyabr 1930 – 16 avqust 2014) — Albaniya şairi, dilçi və filoloq. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti olmuşdur. == Karyerası == Besim 16 avqust 1930-cu ildə Yakova şəhərində anadan olmuşdur. O, hələ uşaq ikən valideynləri Albaniyaya köçdülər. İlk təhsilini Vlyora şəhərinin yaxınlığındakı Dukat kəndində almışdır. Bir neçə il sonra təhsilini Tiranada davam etdirdi.1945-ci ildə Djakovitsaya qayıtmış və 1959-cu ilə qədər universitetdə təhsil almışdır, sonra Belqradda aspirantura dərəcsini bitirdi. 1961-1963-cü illərdə Yakova məktəblərinin birində alban dilindən dərs deməyə başladı. 1967-1973-cü illərdə Ali Pedaqoji Məktəbdə morfologiya fənnindən dərs demiş, eyni zamanda 1967-1971-ci illərdə bu məktəbin direktoru olmuşdur. O, həmçinin 8 ay Albanologiya Universitetində də işləmişdir.
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Cisim
Cisim — canlı və cansız təbiətə aid olan bütün əşyaların ümumi adı. Təbiətdə olan daş, qaya, ağac, göl, insan və heyvan bədəni, su damcısı, daş, qələm və s. müxtəlif cisimlərdir. Lakin bu cisimlərin bəzilərini insan düzəldir. Bəzi cisimlər isə heç kəs tərəfindən düzəldilmir. Bunlar təbiət cisimləridir. Təbiətdə maddə dörd: bərk, maye, qaz və plazma halında olur. Daş, dəmir, buz və s. maddənin bərk halıdır. Qaz halına misal havanı, təbii qazı, oksigeni və s.
Sicim
Sicim — qalın tovlanmış iplərdən hörülmüş kobud ipdir. Azərbaycanda belə iplə ata və yaxud arabaya ot yükləyərkən yükü bağlayırlar. Sicim yeddi və ya doqquz tağ iplikdən toxunur. Əsasən keçi tükündən (qəzilindən) toxunsada bəzən qoyun yunundan (qaba yundan) da istifadə edilərək toxunurdu . Toxunub hazırlanmış sicimin bir ucuna doğanaq tikilirdi. Uzunluğu on-iyirmi metr, bəzən daha çox olardı.
Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, Ərdəbil və ya Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası. == Adı == Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır. == Həyatı == Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir. === Ağqoyunlular tərəfindən təzyiqlər === Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. == Həyatı == Gövhərşad bəyim məşhur Özbək əmiri Qiyasəddin Tarxan Kişlıkın qızıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
Neptunxarici cisim
Transneptun obyektlər — Transneptun obyektlər (TNO) - Günəş sistemində Neptunun orbitinin xaricində yerləşən hər hansı bir kiçik göy cismidir. Bura OORT buludundakı cisimlər, eləcə də Pluton və digər cisimlər daxildir. OORT buludu Günəşdən 50-100 min a.v. uzaqlığında yerləşən kürə şəklində komet bulududur. Elmə məlum ilk Transneptun obyekt olan Pluton 1930-cu ildə aşkar edilib. Kəşf edildiyi gündən 2006-cı ilədək Günəş sisteminin doqquzuncu planeti hesab edilmişdir. Pluton Günəşdən ən uzaqda olan (orbitin böyük yarım oxu 39.5 a.v. –dir) böyük planet hesab edilirdi. Orbiti olduqca sıxılmış olduğuna görə bəzən o Günəşə Neptundan yaxın yerləşir. Ekliptika ilə əmələ gətirdiyi meyl bucağına və kütləsinin kiçikliyinə görə Planet statusu "əlindən alınmışdır".
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. == Həyatının erkən dövrü == Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi.Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi. Bu zaman 1595-ci il idi.
Sorğağtani bəyim
Sörköktəni Bəgi (Sorxaxtani bəki və ya Sorkuktani bəki; ən geci 1192, Böyük Monqol imperiyası – 1252) — Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş hərəmi. == Həyatı == Sörköktəni Bəgi xanım Nəsturi xristian inancına sahib bir Türk kökənli bir tayfa olan Kereit öndəri Toğrul (Ong) xanın qardaşı qızıdır. O, Monqol imperiyasının ən güclü olduğu bir dönəmdə zamanının ən təsirli qadınlarından biri olmağı bacarmışdır.Çingiz xanın ən kiçik oğlu olan Toluy xan ilə 1203-cü ildə hələ 5 yaşındaykən evləndirildi. Çingiz xanın nəvələri içində Monqol imperiyası tarixində bilxassə öz oğulları olan, Möngkə xan, Kubilay xan, Arık Bökə və Elxanlılar dövlətinin qurucusu olan Hülaku xanın ön planda olan şəxsiyətlər olması münasibətiylə ona da Monqol tarixində xatiri sayılır bir yer verilmiş və imperiyanın ən önəmli qadını mövqeiyinə yüksəlməyi bacarmışdır. Sörköktəni bəgi bilxassə imperatoriçəliyi dönəmində ticari və mədəni fəaliyətlərin sorumluluğunu üstlənmişdir. Bu fəaliyətləri səbəbiylə Dünya tarixinin ən təsirli qadınları arasında yer almışdır. Sörköktəni bəgi Monqollaşmış bir Türk tayfası olan Kerayitlərin 1203-cü ildə yenə Nəsturi xıristian inanca sahib Türk kökənli ulusu olan naymanlar tərəfindən öldürülən lideri Toğrulun (Ong və ya Van xan) ən kiçik qardaşı olan Cakha Qambunun qızı olaraq 1198-ci il tarixində dünyaya gəlmişdi. Monqolların gizli tarixinə görə (Çingiz xanın 1227-ci il vəfatından sonra Uyğur əlyazmasının Monqolcaya uyğulanması ilə yazılmağa başlanan Monqol xanədanının tarixi) 1203-cü ildə Toğrul xan Temüçinə görə daha güclü bir liderdi (bu iddianı dəstəkləyən bir başqa yazını da Monqol tarixçisi Harold Lambin Kerayit öndəri Toğrul ilə Müqəddəs Roma-German imperatoru I Fredik Barbarosun arasında ki, yazışmaların İtalyan səyyah və tüccar Marko Polo tərəfindən qələmə alındığını təsbit etmiş olmasıdır.) Temüçin iki tayfanı bir-birinə yaxınlaşdırmaq üçün ən böyük oğlu Cuçinin Toğrul xanın qızlarından və ya nəvələrindən birisi ilə evləndirilməsi taləbində olmuşdur. Bununla birliktə Temüçinin bu izdivacla daha da güclənəcəğini öngörən Toğrul xan bu təklifi əvvəlcə rədd etmişdir. Ancaq nəhayətində Temüçinin dəstəyindən də məhrum olan Toğrul xan, naymanlarla girişdiyi mübarizədə tək başına hərəkət etdiyindən məğlub olur və ortadan qaldırılır.
Sultanum Bəyim
Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin varisi olan II Şah İsmayılın, 1578-ci ildən 1587-ci ilə qədər hökmranlıq edən Şah Məhəmməd Xudabəndənin və Gövhər Sultanın anasıdır. == Həyatı == Sultanım Bəyimin atası Ağqoyunlulardan olan İsa bəy Mosullu idi. Şah Təhmasibin anası Taclı Bəyim kimi Sultanım Bəyim də Mosullu tayfasına aid idi və öz ərinin qohumu idi. Azərbaycan bəylərbəyiliyinin bəylərbəyisi olan Musa Sultan Mosullu onun qardaşı idi. Təhmasiblə Şah I İsmayılın hakimiyyətinin son illərində evləndiyi düşünülür. Bu evlilikdən sonra o yeni şahın əsas arvadı oldu və iki oğul dünyaya gətirdi. Bu dövrdə Təhmasibin azyaşlı olmasına görə taxt-tac üzərində Şamlı-Ustaclı naibliyi mövcud idi. Bu naiblik müddətinin əvvəllərində, yəni ərinin hələ 18 yaşı olarkən ilk oğlanları olan Məhəmməd Xudabəndə dünyaya gəldi. 1537-ci ildə isə İsmayıl Mirzə doğuldu.Sultanım Bəyim Taclı Bəyimin 1540-cı ildə Şiraza göndərilməsindən sonra hərəmin hakimi oldu.
Taclı Bəyim
Taclı Bəyim və ya Şahbigə Sultan (1488, Ərdəbil – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyədir.[mənbə göstərin] == Həyatı == Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur, onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi.Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da yararlanmışdı. Taclı bəyim 1514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermiş Çaldıran döyüşündə iştirak etmişdir.
Xeyrünnisa Bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Xeyrənnisə bəyim
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Yaxan Bəyim
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi. Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.
Zeynəb Bəyim
Zeynəb Bəyim (az.-əbcəd زئینب بییم‎; fars. زینب بیگم‎; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir. == Erkən illəri == Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır. Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir. Atası 1576-cı ildə vəfat edəndə və yerinə II İsmayıl (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) keçəndə o, Durmuş xan Şamlının nəvəsi Əliqulu xan Şamlı ilə evlənmişdir.
Əzgiləbənzər cisim
Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. == Yerləşmə == Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.
Bəhruzə bəyim
Bəhruzə bəyim — Səfəvilər dövlətinin şahı I İsmayılın xanımı. O, kölə kimi Səfəvi hərəminə daxil olmuş və Şah İsmayılın sevimlisinə çevrilmişdir. Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim Konstantinopolda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir.
Səlcuqşah bəyim
Səlcuqşah bəyim və ya Məhd-i Ulya (d.- ö. 12 noyabr 1489) - Uzun Həsənin birinci həyat yoldaşı, Sultan Xəlil və Sultan Yaqubun anası, diplomat, XV əsr Ağqoyunlu tarixinin önəmli şəxslərindən biri. == Həyatı == Səlcuqşah bəyimin doğum tarixi və yeri haqqında mənbələrdə hər hansı bir məlumata rast gəlinmir. Onun adından ilk dəfə Uzun Həsənin həyat yoldaşı kimi bəhs edilmişdir. Onların izdivacı Uzun Həsənin 15 yaşı olarkən baş vermiş, ilk xanımı olduğu üçün Uzun Həsən tərəfindən digər xanımları arasında yeri fərqli olmuşdur. Səlcuqşah bəyim Uzun Həsənin əmisi Məhəmməd Mirzənin qızıdır. Woods bu evliliyin Sultan Xəlilinin anadan olmasından bir neçə il əvvəl yəni 1440-1441-ci illərdə baş tutduğunu qeyd edir. Xoca Sadəddin "Tacüt Təvarix" adlı əsərindən Səlcuqşah bəyimdən "Uzun Həsənin ən sevdiyi xanımı" kimi bəhs etmişdir. Onların Xəlil, Yusif, Yaqub və Məsih adında 4 oğlu varidi. == Siyasi fəaliyyəti == Alman tarixçi Hinz Səlcuqşah bəyimdən bəhs edərkən onun dövlət işlərində nə qədər təsirli rolunu, Uzun Həsən divanına qatılmasını, dövlətin daxili və xarici siyasətində yaxından iştirakını xüsusi vurğulayır.
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. == Tarixi == Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Keşiş
Keşiş — Xristianlıqda evlənməmiş, manastırda yaşayan rahib və ya rahibə. == Haqqında == Rahib sözünün kökü ərəb və fars dillərinə əsaslanır. Rahiblər aralarında xristianlığın ən sıx formasını yaşamağa çalışan, bunun üçün ayrılığa gedib günlərlə ilahi düşüncə ilə məşğul olan, monastırda yaşayan və həyatlarını xristianlığa uyğun şəkildə nizamlayan insanlardırlar. Köhnə dildə monastırlara "keşişxana" deyilirdi. Bunlar Franciskan, Dominikan, cizvit rahibləri kimi təriqətlərə görə bölünürdülər. Rahiblik özünü tərki-dünya etmək deməkdir. Rahiblər düşüncə ilə dünyadan uzaq bir həyat sürdükləri monastırda yaşayırlar. İçki içmirlər, oruc tuturlar və cinsi həyatdan uzaq dururlar. Fərdi rahibliklə qrup şəklində edilən rahiblik fərqlidir. Məsələn, İslamda hamı ramazan ayında oruc tutur.
Kuşim
Kuşim – böyük ehtimalla tarixdə adı yazıya alınmış ilk şəxs. Mühasib olduğu güman olunur. "Kuşim" adına e.ə. 3400-3000-cü illərə və Şumer mədəniyyətinə aid olan Kuşim tabletlərində rast gəlinmişdir. Tabletlər adını elə Kuşimdən almışdır.Kuşimin adı 18 tabletdə çəkilir. Kuşimin şəxs adı deyil, həmçinin təşkilat adı olması ehtimalı da var.
Yəşim
Yəşim — qiymətli mineral daş. == İnsan orqanizminə əhəmiyyəti == Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Besim Ömər Akalın
Besim Ömər Akalın (türk. Besim Ömer Akalın; 1 iyul 1862 – 19 mart 1940, Ankara) — Türk tibb professoru, elm adamı, millət vəkili. == Həyat və fəaliyyəti == Atası Ömər Şevki Paşa, ilk Osmanlı "Məclis-i Mebusan"ında (Milli Məclis) Sinop şəhərinin millət vəkili idi; anası Afifə xanım isə Yaşar Paşanın qızı idi. İlk təhsilini Priştina şəhərində almışdır. Orta təhsilinə Kosova Mülki Rüştiyyəsində başlamış, Kuleli Tibbi məktəbində tamamlamışdır. Ali təhsilini Məktəb-i Tibbiyə-i Şahanədə hərbi tələbə kimi təhsil almış və bütün kurslarda birinci olaraq 1885-ci ildə bitirmişdir. Bir müddət hərbi həkim kimi Yunanıstan sərhəddində işləmişdir. Daha sonra xəstəliyə yaxalandıqdan sonra İstanbula qayıtmış və Tibb məktəbinin doğum klinikasında Mehmet Vahid bəyin yanında müəllim köməkçisi işləmişdir. Magistr təhsili üçün Parisə göndərildi və təhsilini Çarti Xəsətəxanasında Prof.Dr. Budin və Prof.Dr.
Dilras Banu Bəyim
Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça. Ölümündən sonra "Dövrünün Rəbiyəsi" olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir.Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır. Bundan başqa Dilras Banu Bəyimlə Övrəngzibin Zeb-un Nisə, Zinət-un Nisə, Zubdat-un Nisə adlı qızları, vəliəhd olan oğlundan başqa da Məhəmməd Əkbər adlı bir digər oğlu olmuşdur.
Keyxosrov Cahan bəyim
Keyxosrov Cahan bəyim (d. 9 iyul, 1861 - ö. 12 aprel, 1930) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901-1926). == Həyatı == Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu.
Mütləq qara cisim
Mütləq qara cisim – üzərinə düşən ixtiyarı dalğa uzunluğu şüaları tam udan cisim. Mütləq qara cisimin şüalandırdığı işığın enerjisi və spektral tərkibi yalnız onun temperaturu ilə müəyyən edilir və şüalandırıcı maddənin kimyəvi tərkibindən asılı deyil. Bu, mütləq qara cisimin işıq etalonu kimi qəbul edilməsinə səbəb olmuşdur. Təbiətdə mütləq qara cisim yoxdur. Qurum, qara məxmər, deşiyi olan qeyri-şəffaf divarlı içiboş qab və s. praktik olaraq mütləq qara cisim kimi qəbul oluna bilər. Bütün cisimlər kimi mütləq qara cisim də elektromaqnit dalğaları şüalandırır (bax Vin qanunu, Stefan-Boltsman qanunu, Plank qanunu).
Həşim Kəlbiyev
Həşim Adil oğlu Kəlbiyev — tarixçi-etnoqraf, Lənkəran Dövlət Universitetinin qurucularından biri. == Həyatı == Həşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1975-77-ci illərdə SSRİ Dövlət Daxili Qüvvələrində xidmət etmişdir. 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. == Elmi-pedaqoji fəaliyyəti == Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ildən Lənkəran Dövlət Universitetində işləməyə başlamış və universitetin tədris sisteminin ilk qurucularından biri olmuşdur. Dövrü mətbuatda, elmi jurnallarda “Lənkəran bölgəsində məskənsalma”, “Lənkəranın ənənəvi evləri”, “Lənkəran bölgəsində ilk insan izi”, “Bəlləbur Bəzzdir”, “Lənkəran-Astara bölgəsinin ənənəvi düyü yeməkləri”, “Lənkəran bölgəsində qədim dini ayinlərin qalıqlarına dair”, “Talışların ailə məişətinin bəzi xüsusiyyətlərinə dair”, “Talışların həsirçilik sənəti və əhalinin məişətində onun yeri” və s. məqalələri, “Şilavar (Şilvo) haqqında tarixi etnoqrafik oçerklər”, “Talışların maddi və mənəvi mədəniyyət dəyərləri”, “Sənətkar ömrü”, “Ərəb müəllifləri Talış haqqında”, “Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri”, “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı altı kitabın və “Ali məktəb kuratoru işinə dair vəsait” adlı metodiki tədris vəsaitinin müəllifidir. == Əsərləri == 6 monoqrafiyanın, Azərbaycan, rus və türk dillərində olmaqla 40-a qədər elmi məqalənin, iki tədris metodiki vəsaitinin müəllifidir. === Monoqrafiya və kitabları === Şilavar{Şilvo} haqqında tarixi-etnoqrafik oçerklər.
Həşim Qadoyev
Aktyor. == Həyatı == Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. == Filmoqrafiya == Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Kesis (Salmas)
Kesis (fars. كسيس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər. yaşayır (16 ailə).
Keşiş Yulian
Keşiş Yulian (lat. Iulianus Hungarus OP, mac. Julianus barát) — 1230-cu illərdə Macarların ana vətəni olan Böyük Macarıstanın (Magna Hungaria) axtarışı üçün şərqə iki dəfə səfər edən macar Dominikan keşişi. Yuliandan əvvəl, güman ki, 1231-1232-ci illərdə "hələ də inamsızlığın aldadıcı təsiri altında qalan" şərqi Macarları axtarmaq üçün dörd macar dominikanı göndərilmişdir. Yulian axtarış məqsədilə 1235-ci ildə ölkəni tərk etmişdi. Uzaq məsafə qət etdikdən sonra Keşiş Yulian İdil bulqarlarının paytaxtına çatmışdı. Burada ona deyilmişdi ki,macarlar sadəcə iki günlük səfər boyunca burada yaşamışdılar. Yulian onları tapdı və işğala məruz qalmış və Pannoniyada məskunlaşmış macarlarla Başqırdıstanda tapılan macarlar arasında bölünmədən bu yana ən az 300-400 il keçməsinə baxmayaraq, dilləri qarşılıqlı olaraq başa düşülən olduğundan onlarla ünsiyyət qura bildi.Yulian qədim ölkəni Böyük Macarıstan adlandırdı. O, burada şərqi macarlar və bulqarların düşməni olan tatarlar haqqında məsələlərdən xəbərdar oldu. Səfərdən iki il keçdikdən sonra, Yulian Böyük Macarıstana qayıdıb, onun monqol tatarları tərəfindən dağıdıldığını görür.
Keşiş dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Keşiş qızı
Keşiş qızı — ingilis yazıçı Corc Oruellin 1935-ci ildə yazdığı romandır. Bu, keşişin titulu qızı Dorothy Hare'nin hekayəsindən bəhs edir, onun amneziya tutması ilə həyatı alt-üst olur. Bu, Oruellin ən rəsmi eksperimental romanıdır, tamamilə dramatik formada yazılmış bir fəsildən ibarətdir, lakin o, heç vaxt bununla kifayətlənməyib və ölümündən sonra onun yenidən çap edilməməsi barədə göstərişlər verib. Bu göstərişlərə baxmayaraq, Orwell ölümündən sonra "varislərimə bir neçə funt qazandıra biləcək hər hansı kitabın" ucuz nəşrlərinin çapına razılıq verdi. == Fon == Oruell 1929-cu ilin dekabrında Parisdən qayıtdıqdan sonra növbəti beş il ərzində Southwolddakı valideynlərinin evindən istifadə etdi. Southwold şərq Suffolk sahilində kiçik bir əyalət şəhəridir. Ailə yerli icmada yaxşı qurulmuşdu və bir çox yerli insanlarla tanış oldu. Onun bacısı Avril şəhərdə çayxana işlədirdi. Sent Feliks Məktəbində idman zalı müəllimi və bir din xadiminin qızı olan Brenda Salkeld onun evlilik təklifini rədd etsə də, uzun illər onun işi ilə bağlı dost və daimi müxbir olaraq qalmalı idi.Rana Balaj Oruelldən repetitorluq edirdi, Orwell isə Southwold-da yazılar yazırdı və Londonda və onun ətrafında bir serseri kimi gizli ekspedisiyalarını davam etdirirdi. 1931-ci ilin avqust və sentyabr aylarında o, Kentdə adi bir Şərq End ənənəsi olan şerbetçiotu toplamaq üçün iki ay təsadüfi işdə keçirdi.
Kilim
Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. == Ümumi məlumat == Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı. Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır.
Cecim
Cecim (fars. جاجیم‎) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir. == Ümumi məlumat == Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir. Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər. XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər.
Məleykə Cahan Bəyim
Məleykə Cahan Bəyim (1875, Tehran – 1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur. == Həyatı == Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir. == Sürgün illəri == İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur.Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.
Bekim Seyranoviç
Bekim Seyranoviç (bosn. Bekim Sejranović; 30 aprel 1972, Brçko[d], Yuqoslaviya SFR – 21 may 2020, Banya Luka, Bosniya və Herseqovina) — Bosniya, Xorvat və Norveç yazıçısı == Bioqrafiya == 30 aprel 1972-ci ildə Yuqoslaviyaın Bosniya və Herseqovina Respublikasına daxil olan Brçko şəhərində anadan olub. 1985-ci ildə Riyekaya köçür, burada dənizçilik məktəbində oxuyur və xorvat dilini öyrənir. 1993-cü ildən Osloda (Norveç) yaşayır və işləyir, burada Oslo Universitetinin Tarix və Fəlsəfə fakültəsində Cənubi Slavyan ədəbiyyatı üzrə magistr dərəcəsi alıb. O, 21 may 2020-ci ildə Banya Lukada 49 yaşında vəfat edib. Bu xəbəri alan Bosniya və Herseqovinanın Praqadakı (Çexiya) səfirliyi həmin gün matəm əlaməti olaraq Bosniya və Herseqovinanın bayrağını endirib. == Yaradıcılığı == Seyranoviç İnqvar Ambernsen və Frode Qrittenin əsərlərini norveç dilindən tərcümə edib, Norveç novellalarından ibarət "Böyük səhra mənzərəsi" antologiyasını hazırlayıb və tərcümə edib. O, "Janko Poliç Kamovun "The Drained Hold" romanında modernizm" tədqiqatının müəllifidir. "Fasung" hekayələr kitabını, həmçinin "Heç yerə, heç yerdən" və "Ən gözəl son" romanlarını yazıb. Xorvatiya Yazıçılar Birliyinin üzvü olmuşdur.