TƏBİƏTİN VƏZİYYƏTİ

(onun insan tərəfindən pozulma dərəcəsinə görə): təbii vəziyyət insanın bilavasitə təsərrüfat fəaliyyətilə pozulmamışdır (yerli təbiət qlobal antropogen dəyişmənin zəif vasitəli təsirini sınaqdan keçirir); tarazlıq vəziyyəti-bərpa proseslərinin sürəti antropogen pozulmanın sürətindən çoxdur və ya ona bərabərdir; krizis vəziyyət-antropogen pozuntuların sürəti təbiətin özünübərpa tempindən yüksəkdir, lakin təbii sistemlərin kökündən dəyişməsi hələ baş vermir; kritik vəziyyət-bərpa olunan sistem antropogen təzyiq altında əvvəlcə mövcud olan ekoloji sistemdən az məhsuldardır (qismən səhralaşma müşahidə olunur); katastrofik vəziyyət-yaranan az məhsuldar ekosistemdə bərpa olunma prosesi olduqca zəif gedir (güclü səhralaşma müşahidə olunur); kollapsa-itirilən omoloji məhsuldarlıq bərpa olunmur.
TƏBİƏTİN MÜHAFİZƏSİ
TƏBİİ ÇİRKLƏNMƏ
OBASTAN VİKİ
Təbiətin mühafizəsi
Təbiətin mühafizəsi – Ətraf təbii mühitin mühafizəsi-təbii ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan Respublikasında təbiətin mühafizəsi müvafiq dövlət orqanları, qoruqları, meşəçilik idarələri, ovçuluq təsərrüfatları və b. müəssisələr tərəfindən həyata keçirilir. Təbiətin mühafizəsi torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə və otlaqların mühafizəsi, nadir tapılan və nəsli kəsilməkdə olan faydalı bitki və heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral mənbələrin mühafizəsi, həmçinin təbiətin mühafizəsi ideyası və qorunmasına yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır, torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır. Təbiətin mühafizəsi eyni zamanda təbii ehtiyatların saxlanması və bərpasının ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir.
Təbiətin qorunması
Təbiətin qorunması – ölkənin təbii ehtiyatların qorunmasını, yaxşılaşdırmasını və rasional istifadəsini təmin edən, eləcə də ətraf mühitə mənfi antropogen təsirinin azaldılmasına yönələn hər bir təsərüfat fəaliyyətidir Sənaye müəssisələri və əmək kollektivləri təbiətiqoruyucu tədbirlərin keçirilməsində, eləcə də təbiətdən rasional istifadə etməkdə maraqlı deyillər. Çünki bu, əlavə xərclərin artmasına, yeni avadanlıqların tətbiq edilməsinə yol açır. Onların başlıca məqsədi istehsalın və gəlirlərin artırılmasıdır Təbiətin qorunmasına yönəlmiş tədbirlər çoxdur, ancaq onları əsasən 3 qrupa bölmək olar: Birməqsədlilər. Onların məqsədi çevrəmizin sənaye kirlənməsinin azaldılması, ya da tamam ortalıqdan qaldırılmasıdır. Bu kimi tətbirlərin təbiətiqoruyucu effekti müəssisələrdə standartauyğun təbiəti qoruyan texnikanın quraşdırılması; yeni təmizləmə üsullarının kəşfi və işə salınması; kirlənmə dərəcəsini azaldan texnologiyalarda bəlli yeniliklərin tətbiq edilməsidir. Ehtiyatlara qənaət edənlər. Bunların məqsədi enerji, yanacaq və xammal ehtiyatlarını qənaətlə istifadə edilməsindədir. Bu da istehsalatda enerji və xammalın işlənmə miqdarının azaldılması, onların nəql edilməsi və saxlanması zamanı itkilərin azaldılması yolu ilə edilir. Çoxməqsədlilər. Bunların da məqsədi təbiətiqoruma tətbirləri ilə birlikdə sənaye məhsullarının keyfiyyətlərinin artırılması; təbii ehtiyatlarının, fəhlə gücündən, texnoloji avadanlıqdan və maddi istehsalın başqa elementlərdən istifadənin yaxşılaşdırılmasıdır.
Müharibə vəziyyəti
Müharibə vəziyyəti — iki dövlətin, bir qrup dövlətin və ya bir dövlət daxilindəki siyasi qüvvələrin (vətəndaş müharibəsi) bir-biri ilə müharibə etdiyi dövr. Müharibə vəziyyəti ali dövlət hakimiyyəti orqanı tərəfindən elan edildiyi andan və ya hərbi əməliyyatların faktiki başlandığı andan yaranır. Müharibə vəziyyəti dövlətin, ölkənin (ərazi, region) və cəmiyyətin fors-major halının, yəni müharibənin baş verməsi ilə bağlı xüsusi həyat şəraitidir. Hər bir dövlət öz vətəndaşlarını xarici təhlükələrdən qorumaq üçün öz funksiyalarını yerinə yetirməyə borcludur. Öz növbəsində, bu funksiyaları yerinə yetirmək üçün bütün dövlətlərin və ölkələrin qanunları rezidentlərin mülki hüquq və azadlıqlarını məhdudlaşdırmaqla yanaşı, dövlətin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.
Təbiətin Dostları (1958)
== Məzmun == Bu filmi Azərbaycanın gözəl və zəngin təbiəti, heyvanat aləmi haqqında lirik kinohekayə adlandırmaq olar. Mənzərə filmində tamaşaçıların gözləri qarşısında başı qarlı dağlar, gül-çiçəkli çöllər, bulaqlar, çaylar-bir sözlə respublikanın zəngin axar-baxarlı guşələri gəlib keçir. Filmdə dəniz nemətlərinə, balıq məhsullarının hazırlanmasına və Qızılağac qoruğuna da müəyyən yer ayrılmışdır.
Təbiətin yeddi möcüzəsi
Təbiətin yeddi möcüzəsi layihəsi Dünyanın yeddi möcüzəsi layih'sinin möhtəşəm uğurundan sonra İnternetdə növbəti kampaniya ilə başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir. Dünyadakı 800-dən artıq palçıq vulkandan 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir. Assoşieyted Press agentliyi xəbər verir ki, "Təbiətin yeddi möcüzəsi" Beynəlxalq internet-müsabiqəsinin təşkilatçısı olan İsveçrənin "New 7 Wonders Foundation" qeyri-kommersiya təşkilatı 222 ölkədən 261 təbiət möcüzəsi seçmişdir. Həmin siyahıya Azərbaycanın palçıq vulkanları, Fudzi dağı (Yaponiya), Atakama səhrası (Çili), Böyük Baryer rifi (Avstraliya), Monblan dağı (Fransa), Vezuvi vulkanı (İtaliya), keçmiş SSRİ-nin ən yüksək dağ zirvələrindən biri olan Lenin piki (Qırğızıstan, Tacikistan), "Oxuyan barxan" adı ilə məşhur olan "Altın Emel" Milli Parkı (Qazaxıstan), İsıkgöl (Qırğızıstan), Belovejsk meşəsi (Belarus, Polşa), Dnepr çayı (Rusiya, Belarus, Ukrayna), Kurşskaya Kosa (Litva, Rusiya), Baykal gölü (Rusiya) daxil olmuşdur. Təbiətin bu möcüzələri yeddi kateqoriya üzrə seçilmişdir: landşaft, adalar, süxur törəmələri, vulkanlar, milli parklar, meşələr və dəniz törəmələri. Layihənin təşkilatçılarından biri olan Tia Viyerinq demişdir: "Biz bütün bəşəriyyəti planetimizin təbiətinin ən füsunkar guşələrini birlikdə seçməklə, təbiəti nə dərəcədə qiymətləndirdiklərini fəal surətdə göstərməyə çağırırıq". Təbiətin möcüzələrinə təxminən bir milyard adamın səs verəcəyi gözlənilir. İyulun 7-dək davam edəcək səsvermədə iştirak etmək üçün qeydiyyata düşmək lazımdır.
Vətəndaşlıq vəziyyəti aktı
Vətəndaşlıq vəziyyəti aktı — doğum sertifikatları, nikah lisenziyaları (və ya nikah sertifikatları) və ölüm sənədləri daxil olmaqla dövlət qurumları tərəfindən həyata keçirilən həyat hadisələrinin qeydləridir. Bəzi yurisdiksiyalarda həyati qeydlərə vətəndaş birlik və ya ailə qeydləri də daxil edilə bilər. Qeyd edək ki, yalnız həyat hadisələrinin əhəmiyyəti hökumət tərəfindən məhdudlaşdırılır; Bu məqalədəki qeydlərin idarə edilməsinin mənası həm dövlət, həm də qeyri-hökumət təşkilatları üçün tətbiq olunur. == Amerika Birləşmiş Ştatları == ABŞ-da həyati qeydlər ümumiyyətlə həm ştat həm də əyalət səviyyələrində aparılır. Birləşmiş Krallıqda və bir çox başqa ölkədə həyati qeydlər mülki qeydlərə yazılır. ABŞ-da həyati qeydlər ictimaiyyət üçün açıqdır və əksər hallarda bir dövlət qurumundakı hər kəs baxa bilər. Nüsxələri də ödənişlə tələb oluna bilər. İki növ nüsxə vardır: təsdiqlənmiş və təsdiqlənməmiş. Sertifikatlaşdırılmış nüsxələr şəxsiyyət vəsiqəsi üçün istifadə edilə bilən rəsmi nüsxələrdir, təsdiqlənməmiş nüsxələrdə isə dövlət möhürü yoxdur və əksər hallarda identifikasiya üçün istifadə edilə bilməyəcəyi qeyd olunur. Yaxın bir ailə üzvü və ya yazılı icazəsi olan birisi kimi təsdiqlənmiş bir nüsxəni kimin tələb edə biləcəyinə dair əlavə məhdudiyyətlər ola bilər.
Dnestryanının status vəziyyəti
Dnestryanının status vəziyyəti — Dnestryanı Moldova Sovet Sosialist Respublikasından birtərəfli qaydada Sovet İttifaqının tərkibində müstəqilliyini elan etdiyi 2 oktyabr 1992-ci ildən bəri mövcuddur. Moldova 1992-ci ildə Dnestryanı üzərində nəzarəti itirdi və bunun ardınca Dnestryanı müharibəsi başladı. PMR (Rus dilində Dnestryanı Moldova Respublikasının qısaldılmışı) bu regiona faktiki nəzarət edir və Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən diplomatik olaraq tanınmayıb. (İki sovet varisi BMT üzvü olmayan Abxaziya və Cənubi Osetiya tərəfindən tanınır.) Birləşmiş Millətlər Təşkilatı onu de-yure olaraq Moldovanın bir hissəsi hesab edir. 2006-cı ildə keçirilən referenduma görə, xalqın əksəriyyəti Moldovadan müstəqil bir quruluş istədiyi halda, Rusiya ilə birləşmək istəyir.
Kür çayının ekoloji vəziyyəti
Təbiətin dostları (film, 1958)
== Məzmun == Bu filmi Azərbaycanın gözəl və zəngin təbiəti, heyvanat aləmi haqqında lirik kinohekayə adlandırmaq olar. Mənzərə filmində tamaşaçıların gözləri qarşısında başı qarlı dağlar, gül-çiçəkli çöllər, bulaqlar, çaylar-bir sözlə respublikanın zəngin axar-baxarlı guşələri gəlib keçir. Filmdə dəniz nemətlərinə, balıq məhsullarının hazırlanmasına və Qızılağac qoruğuna da müəyyən yer ayrılmışdır.
Xəzər dənizinin ekoloji vəziyyəti
Xəzər dənizi (az.-əski. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای کاسپین‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Bakı şəhərinin ekoloji-geokimyəvi vəziyyəti
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Stüart Littl 3: Təbiətin çağırışı
Stüart Littl 3: Vəhşilərin Zəngi - 2005-ci ildə ekranlaşdırılan Stüart Littl filminin 3-cü hissəsidir. Əvvəlki iki filmdən fərqli olaraq, “Stuart Little 3” televiziya seriyalına oxşayan 2D və 3D elementləri özündə birləşdirən tam cizgi filmidir. == Süjet xətti == Yeni hekayədə Littl ailəsi həyəcanlı bir səyahətə çıxır. Corc və Stüart kəşfiyyatçı olurlar, lakin Stüartın bu səyahət zamanı heç vaxt şansı gətirmir. Meşədə o, hiyləgər bir skunk Riko ilə tanış olur. Ancaq Stüart təhlükə altındadır - meşədə haqqında əfsanələr danışılan naməlum yırtıcı yaşayır və sadəcə olaraq onu "Canavar" adlandırırlar. Lakin tezliklə məlum olur ki, bu yırtıcı adi bir pumadır. O, digər pişiklərin dərisini soyub qışda özünün geyinməsi üçün onları qaçırır. O, Riko tərəfindən aldadılan Littl ailəsinin pişiyi olan Qartopunu qaçırır və Stüart Qartopunu xilas etmək üçün onun arxasınca gedir. Riko da sonradan öz səhvini başa düşür onların arxasınca gedir.
Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti (kitab)
"Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti" — 1919-1920-ci illərdə Versal Sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin Parisdə nəşr etdirdiyi üç kitabdan biri. == Məzmunu == Kitabda Azərbaycanın və xüsusilə də Bakının iqtisadi və maliyyə vəziyyəti təsvir edilmişdir. Rəqəmlər və faktlar əsasında dəqiq məlumatlar bu kitab vasitəsilə Versal Sülh konfransının iştirakçılarına çatdırılır. Kitabın ayrıca bölməsində gəlir və xərclər, gömrükdən gələn mənfəətlər, fövqəladə xərclər haqqında ətraflı məlumat verilmişdir. === 1919-cu ilin büdcəsi === Azərbaycan Demokratik Respublikasının 1919-cu il üçün büdcəsi də kitaba daxil edilmişdir. Büdcədən aydın olur ki, gəlir və xərclər bərabər, yəni 665 milyon rubl olmuşdur. Bu rəqəmlərdən maraqlı bir fakt aydınlaşır: Gənc respublika ağır iqtisadi və siyasi şəraitdə yaşasa da, xalq təhsilinə xüsusi fikir verilmiş, onun inkişafı üçün 45 milyon rubl ayrılmışdır. Yalnız hərbi sahə üçün ayrılan 140 milyon rubl məbləğindəki xərc xalq təhsilinə, maarifə ayrılan xərcdən çoxdur. Kitabda verilmiş rəqəmlərdən o da aydın olur ki, xalq maarifinə ayrılmış xərc kənd təsərrüfatına ayrılan xərclərə bərabərdir.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlər Mühafizəsi Birliyi
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
ABŞ balıqların və vəhşi təbiətin mühafizəsi xidməti
ABŞ balıqların və vəhşi təbiətin mühafizəsi xidməti və ya ABŞ Meşə Xidməti (ing. United States Fish and Wildlife Service (USFWS)) — Amerika Birləşmiş Ştatları Daxili İşlər Departamentinin tərkibində fəaliyyət göstərən balıq, vəhşi təbiət və təbii yaşayış mühitlərini idarə edən bir agentlikdir. Agentliyin qərargahı Virciniya ştatının Folls-Çörç şəhərində yerləşir.
Dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar
Dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar — ABŞ Dövlət Departamentindən Konqresə dünyanın qalan ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatlar. Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu tərəfindən hazırlanmışdır. Ölkə hesabatları bir-biri ilə müqayisə edilmir. Рesabatlar 1977-ci ildən nəşr olunur. Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il hesabatına cavab olaraq bildirib ki, “müxtəlif dövlətlərdə insan hüquqlarının vəziyyətini qiymətləndirmək baxımından Amerika Birləşmiş Ştatlarının təlimatları ikili standartlarla doymuşdur, bu dövlətlər strateji planlara əməl edib-etməməsindən asılı olaraq çox kinli şəkildə yaxşı və pisə bölünür.”. Çeçenistanın rəhbəri Ramzan Kadırov 2012-ci ildə hesabatı şərh edərkən bildirmişdi ki, “Çeçenistanda hər yerdən daha çox insan hüquqlarına hörmət edilir”. Rusiya daha əvvəl onunla bağlıilə bağlı hesabatları tənqid etmişdir. Çin Xalq Respublikasının Dövlət Şurası, 2020-ci ilə qədər Amerikanın iyirmi ikinci ildirki hesabatlarına özünün ABŞ İnsan Hüquqları Hesabatı ilə cavab vermişdir. Həmçinin, 2012-ci ildəki hesabatlar Venesuela və Şimali Koreya tərəfindən rəsmi tənqidlərə məruz qalmışdır. Bundan əvvəl Slovakiya, Bolqarıstan, Misir, Kuba, Kolumbiya, Ekvador, Liberiya, Efiopiya, Şri-Lanka, Sudan, İran, Vyetnam da onlara qarşı tənqidi münasibəti qeyd etmişdir.