Anbar gənələri
Anbar gənələri, taxıl gənələri, un gənələri (Acaroidea, yaxud Tyroglyphoidea) – akariformlar dəstəsindən gənələr fəsiləüstlüyü.
Uzunluğu 0,2–1,2 mm-dir. Yarımşəffaf, ağımtıl rəngli bədəninin örtüyü zəif skeletləşmiş, yumşaqdır. Ağız aparatı gəmirici tiplidir. Dünyada 200-dən çox, Azərbaycanda 27 növü var. Torpaqda, çürümüş üzvi qalıqlarda, heyvan yuvalarında və s. yaşayır. Saprofaqdırlar. Sürətli artma (4 gündən bir neçə həftəyədək), yüksək məhsuldarlıq (ayrı-ayrı növlər sutkada 40-adək, cəmi 700-dən çox yumurta qoyur) əlverişli şəraitdə onların külli miqdarda artmasına səbəb olur. İnkişaf tsikli yumurta, sürfə, 2–3 nimfa fazası və cinsi yetkin fərd mərhələlərindən ibarətdir.