TƏFTİŞ

(ərəb; latın anoloqu revisio) - 1) dövlət tapşırığını yerinə yetirilməsini; təsərrüfat əməliyyatlarının qanuniliyini; maliyyə və smeta intizamına riayət edilməsini, mühasibat uçotunun düzgünlüyünü və mühasibat qeydiyyatının düzgün rəsmiləşdirilməsini; anbar təsərrüfatının maddi uçotunun düzgünlüyünü yoxlamaq; dövlət mülkiyyətinin qorunmasına nəzarət etmək; (və əgər vardırsa) nöqsan və qüsurları üzə çıxarmaq məqsədləri ilə, müvafiq səlahiyyətli orqan tərəfindən (xüsusi müvəkkil edilmiş şəxslər tərəfindən) idarə, müəssisə, təşkilatların və onların vəzifəli şəxslərinin fəaliyyətinin müəyyən dövri (və ya vaxtsız) - mütəmadi şəkildə yoxlanılma; 2) təkmilləşdirmək və ya müasir dövrün tələblərinə uyğunlaşdırmaq bəhanəsi ilə əsas müddəaları, təlimləri, nəzəriyyələri təkrarən nəzərdən keçirmə və onlara prinsipcə yeni dəyişiklərin, əlavələrin edilməsi; 3) (tarixi) rus anoloqu “рeвизионизм”-inqilabi marksizmin siyasi, fəlsəfi, iqtisadi əsaslarını təftiş edən anti - marksist siyasi cərəyan; hərəkat288 daxili müxalifət; 4) (tarixi) rus anoloqu “рeвизия” - XVIII əsrdə və XIX əsrin birinci yarısında Rusiyada can vergisi qoymaq üçün aparılan siyahı.
TERROR(İZM)
TƏKBAŞÇILIQ
OBASTAN VİKİ
Dərin Paket Təftişi
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması)
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.

Digər lüğətlərdə