TƏSƏLLİVERİCİ
TƏSƏRRÜFAT
OBASTAN VİKİ
Dünya təsərrüfatı
Gürcüstanda kənd təsərrüfatı
Gürcüstanda kənd təsərrüfatı — Gürcüstan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. Ümumilikdə ölkə ərazisinin 16 % kənd təsərrüfatı üçün yararlıdır Gürcüstanda kənd təsərrüfatı məhsullarınln böyük qismi bağ sahələrində kənd tipli fermalarda istehsal edilir. Aqrar təsərrüfatların böyük əksəriyyətində işlər əl ilə görülür. İstehsalda kənd təsərrüfatının payı olduqca aşağıdır. Buna ramən ölkə əhalisinin 50 % kəndlərdə yaşayır. Bu istehsal cəmi ÜDM 12 % təşkil edir. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,51 mld dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 2,42 mld lari olmuşdur. Bitkiçilik məhsullarının həcmi 998 mln ları, heyvandarlıq məhsullarının istehsal həcmi 1,35 mld lari, kənd təsərrüfatı xidmətləri isə 65 mln lari təşkil etmişdir. == Tarixi == === SSRİ tərkibində === Sovetləşmə dönəmində Gürçüstan kənd təsərrüfatı kollektivləşdirilmişdir.
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Dövlət Agentliyi aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanıdır. Dövlət Agentliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin normativ hüquqi aktlarını, qərar və əmrlərini rəhbər tutur. Dövlət Agentliyi müstəqil balansa, qanunvericiliyə uyğun olaraq,sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Dövlət Agentliyinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət Agentliyi Bakı şəhərində yerləşir. '''Dövlət Agentliyinin əsas vəzifələri:''' Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, meliorasiya, su təsərrüfatı və aqrar bölmənin digər sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün kreditlər cəlb etmək; Beynəlxalq təşkilatlarla və maliyyə qurumları ilə bağlanmış sazişlər çərçivəsində layihələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; Aqrar bölməyə cəlb edilən kreditlərin təyinatı üzrə istifadəsini öz səlahiyyətləri daxilində təmin etmək; Kənd ərazilərinin inkişafına yönəldilmiş dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;8.5. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Dövlət Agentliyinin fəaliyyətinin təşkili Dövlət Agentliyinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən baş direktor rəhbərlik edir. Baş direktor Dövlət Agentliyinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
Kənd Təsərrüfatı Nazirliyi (ABŞ)
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (ing. United States Department of Agriculture, qısaca - USDA) — ABŞ hökumətinin icraedici departamenti. Əsası 1889-cu ildə qoyulub. Büdcəsi 94 milyard dollar (2006), əməkdaşlarının sayı 106 min nəfərdir (2007).
Kənd Təsərrüfatı Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir. == Əsas vəzifələri == Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək; aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq; aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək; aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək; aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, məsləhət və digər xidmətlərin göstərilməsinə kömək etmək; kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək; kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.
Kənd Təsərrüfatı Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi — Qazaxıstan Respublikası hökuməti daxilində nazirlik. Nazirliyin fəaliyyəti Qazaxıstan Respublikası Hökumətinin 6 aprel 2005-ci il tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə" ilə tənzimlənir. Nazirlik, tənzimlənən sahədə, yəni kənd təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq və su təsərrüfatı sahələrində dövlət aqrar və regional siyasətlərinin, strateji planlarının, dövlət və digər proqram və layihələrinin formalaşdırılması və həyata keçirilməsi kimi əsas kənd təsərrüfat formaları ilə məşğul olur. Flora və faunanın, xüsusi qorunan təbiət ərazilərinin idarə edilməsi, çoxalması və istifadəsinin qorunması və kənd inkişafı, kənd təsərrüfatı, toxumçuluq və taxıl bazarının tənzimlənməsi, bitkiçilikdə məcburi sığortaya dövlət dəstəyi, bitkilərin qorunması və sığınacağı, baytarlıq, qida sənaye istehsalı. Rəqabətli kənd təsərrüfatı əmtəə istehsalının yaradılması, qida təhlükəsizliyi və səfərbərlik hazırlığının təməllərinin formalaşdırılması. Meşə, ovçuluq, balıqçılıq və su təsərrüfatı istisna olmaqla, tənzimlənən sahədə dövlət nəzarətinin, nəzarətinin və idarəetməsinin təmin edilməsi, xüsusi qorunan təbiət əraziləri və kəndlərin inkişafı məsələləri, aqrosənaye kompleksinə məlumat və məsləhət dəstəyi. == Əsas vəzifələri == 1) tənzimlənən sferada dövlətin aqrar və regional siyasətinin, strateji planlarının, dövlət və digər proqram və layihələrinin formalaşdırılması və həyata keçirilməsi, yəni aqrosənaye kompleksi, kənd təsərrüfatı, balıq və su idarəsi, bitki və heyvanat aləminin, xüsusi qorunan təbiət ərazilərinin çoxaldılması və istifadəsi və kənd inkişafı, kənd təsərrüfatı, toxumçuluq və taxıl bazarının tənzimlənməsi, bitkiçilik, bitki mühafizəsi və karantinində məcburi sığortaya dövlət dəstəyi, baytarlıq, emal sənayesi içkilər (alkoqollu içkilər və etil spirti xaric), dəri (aşılama və bitirmə), pambıq lifi və yun emalı, kənd təsərrüfatı maşınları (genişmiqyaslı istisna olmaqla), aqrar-sənaye kompleksinin texniki təchizatı, heyvandarlıq, torpaq daxil olmaqla qida istehsalı meliorasiya, suvarma və drenaj, əkinçilik elmi; 2) Qazaxıstan Respublikasının qida təhlükəsizliyini və səfərbərlik hazırlığını təmin edən rəqabət qabiliyyətli kənd təsərrüfatı əmtəə istehsalının yaradılması üçün əsasların yaradılması; 3) meşə təsərrüfatı, ovçuluq, balıqçılıq və su təsərrüfatı, xüsusi mühafizə olunan təbiət əraziləri və kənd ərazilərinin inkişafı məsələləri istisna olmaqla, tənzimlənən sahədə dövlət nəzarətinin, nəzarətinin və idarəetməsinin təmin edilməsi; 4) aqrosənaye kompleksinin məlumat və məsləhət dəstəyi.
Kənd Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Kənd Təsərrüfatı İqtisadçılarının Beynəlxalq Assosiasiyası
Kənd Təsərrüfatı İqtisadçılarının Beynəlxalq Assosiasiyası (ing. İAAE) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat == Yaradılması == Assosiasiya 1929-cu ildə Böyük Britaniyanın Totnes şəhərində təsis olunmuşdur. == Məqsədi == Kənd təsərrüfatı iqtisadiyyatı elminin inkişafına köməklik göstərmək və iqtisadi təşkilatlarınnəticələrinin tətbiqi, Assosiasiya üzvləri arasında informasiya mübadiləsinin təşkili, müxtəlif beynəlxalq konfransların və digər tədbirlərin keçirilməsi.
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. == Fəaliyyəti == Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili === Məlumat bazaları === Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası === Doktorantura təhsili === Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Kənd təsərrüfatı
Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesi.
Kənd təsərrüfatı aviasiyası
Kənd təsərrüfatı aviasiyası — mülki aviasiya sahəsi. Kənd təsərrüfatı aviasiyasından bitkilərin mühafizəsi, alaq otları ilə mübarizə, torpağa mineral gübrə verilməsi, təyyarə ilə ot əkini və s.-də istifadə edilir. == Xüsusiyyətləri == Bitkilərin becərilməsində aviasiya vasitələrindən istifadənin üstünlüklərinə vaxta qənaət olunması, əmək sərfinin aşağı salınması, zəhərli kimyəvi maddələr və gübrə sərfinin azalması, çətin keçilən sahələri becərməyin mümkünlüyü, bitkilərin mexaniki zədələnməməsi, torpağın bərkiməsi ehtimalının aradan qalxması və s. aiddir. Kənd təsərrüfatı aviasiyasından istifadənin catışmayan cəhəti onun meteoroloji şəraitdən asılılığıdır. == Tarixi == SSRİ-də bu məqsədlə An-2, An-2M, Yak-12 təyyarələrindən və Mİ-1, Mİ-2, Ka-26 və Ka-15 vertolyotlarından istifadə olunurdu. Maye pestisidləri çiləmək, mineral gübrələri səpmək və s. üçün bunlarda xüsusi aparatlar quraşdırılırdı. Bitki zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizədə sahələr 5–10 metr yüksəklikdən, alaq otları ilə mübarizədə (yazda aqroqaydalarla müəyyən olunmuş müddətdə) 5–6 metr yüksəklikdən dərmanlanırdı. Tozvari gübrələr 10–20 metr, dənəvər gübrələr isə 30–50 metr yuksəklikdən səpilirdi.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Kənd təsərrüfatı elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Kənd təsərrüfatı iqtisadiyyatı
Kənd təsərrüfatı iqtisadiyyatı — qida və lif istehsalını və paylanmasını optimallaşdırmaq üçün iqtisadi nəzəriyyənin tətbiqi ilə əlaqəli tətbiq olunan bir iqtisadiyyat sahəsidir. Kənd təsərrüfatı iqtisadiyyatı, xüsusilə torpaq istifadəsi ilə məşğul olan və yaxşı torpaq ekosistemini qoruyarkən məhsullarını maksimum dərəcədə artırmağa yönəlmiş iqtisadiyyatın bir qolu olaraq başladı. XX əsrdə intizam genişləndi və intizamın mövcud əhatə dairəsi daha genişdir. Kənd təsərrüfatı iqtisadiyyatı bu gün ənənəvi iqtisadiyyatla böyük ölçüdə üst-üstə düşən bir çox tətbiq sahəsini əhatə edir. Kənd təsərrüfatı iqtisadçıları iqtisadiyyat, ekonometriya, inkişaf iqtisadiyyatı və ətraf mühitin iqtisadiyyatı sahəsindəki araşdırmalara əhəmiyyətli töhfələr vermişlər. Kənd təsərrüfatı iqtisadiyyatı qida siyasətini, əkinçilik siyasətini və ətraf mühit siyasətini təsir edir. == Yaranması == İqtisadiyyat, qıtlıq şəraitində resursların bölüşdürülməsinin öyrənilməsi kimi müəyyən edilmişdir. Kənd təsərrüfatı iqtisadiyyatı və ya kənd təsərrüfatı istehsalçılarının verdiyi qərarları optimallaşdırmaq üçün iqtisadi metodların tətbiqi 20. əsrin əvvəllərində önə çıxdı. Kənd təsərrüfatı iqtisadiyyatı sahəsi yenidən torpaq iqtisadiyyatı üzərində işləyir.
Kənd təsərrüfatı kommunası
Kənd təsərrüfatı kommunası — SSRİ hakimiyyətinin ilk illərində meydana gələn kənd təsərrüfatı istehsalatı kooperasiyası formalarından biri. Kənd təsərrüfatı kommunasında istehsalın butun vasitələri (tikililər, xırda avadanlıq, qaramal) və məişət xidməti tamamilə i timai təsərrüfata əsaslanırdı. Bölgü əməyə görə yox, ailə üzvlərinə gərə aparılırdı. Kənd təsərrüfatı kommunası üzvlərinin şəxsi həyətyanı təsərrüfatları yox idi. Kənd təsərrüfatı kommunası başlıca olaraq kecmiş mulkədar və monastır torpaqlarında təşkil edilirdi. Dövlətdən müftə olaraq torpaqdan başqa, yaşayış və təsərrüfat tikililəri, avadanlıq və s. yardım alırdı. 1920-ci illərin sonu–1930-cu illərin əvvəlində kənd təsərrüfatı kommunası kolxozlara çevrilmişdir.
Kənd təsərrüfatı kooperasiyası
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p.
Kənd təsərrüfatı maşınqayırması
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kənd təsərrüfatı tarixi
Kənd təsərrüfatı — əhalinin yaşayış vasitələri (ilk növbədə qida) ilə təmin olunmasına və bir sıra sahələr üçün xammal əldə edilməsinə yönəlmiş iqtisadiyyatın bir sahəsi. Kənd təsərrüfatı dünyanın müxtəlif yerlərində müstəqil olaraq başlamış və müxtəlif qayda, qurğuları özündə cəmləşdirirdi. Köhnə və Yeni dünyanın ən azı on bir ayrı bölgəsi mədəni bitkilərin mənşə mərkəzləri kimi iştirak edirdi. Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin,əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu — emmer buğda,təkdənli buğda,adi arpa,əkin noxudu,mərcimək,kürüşnə,qoyunnoxudu və adi kətan — Levantda becərilirdi. Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır. Düyü,6200 il bundan əvvəl Çində mədəni bitkiyə,5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya,soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə. XI minillikdə, təqribən e.ə.
Kənd təsərrüfatı texnikası
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kənd təsərrüfatı vergisi
Kənd təsərrüfatı vergisi — SSRİ-də əhalidən tutulan dövlət vergilərindən biri. 1923-cü ildən tətbiq edilmişdir. Kənd təsərrüfatı vergisini kənd yerlərində həyətyanı torpaq sahəsi və xidməti pay torpağı olan vətəndaşlar ödəyirdilər. Müttəfiq respublikaların qanunvericiliyi ilə kolxozşuların təsərrüfatı üçün orta (hektarın 1/100-dən) və bundan xeyli çox vergi dərəcəsi muəyyən edilmişdir. Kənd təsərrüfatı fəhlə və qulluqcularının təsərrüfatlarından da bu dərəcə üzrə vergi tutulurdu. Fərdi təsərrüfatçılar vergini ikiqat ödəyirdilər. Kənd təsərrüfatı vergisi üzrə bəzi güzəştlər müəyyən olunmuşdur. Müəyyən şəraitdə kənd ziyalıları (müəllimlər, tibb işçiləri), kənd təsərrüfatının bəzi mütəxəssisləri, hərbi qulluqcular, əlillər və s. vergidən azad edilirdi. Kənd təsərrüfatı vergisi maliyyə orqanları tərəfindən hər il 1 iyuna olan vəziyyətə görə hesablanırdı.
Kənd təsərrüfatı ziyanvericiləri
== Kənd təsərrüfatı ziyanvericiləri == Kənd təsərrüfatı baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə, heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına təhlükə yaradır. Kənd təsərrüfatı ziyanvericiləri böyük iqtisadi itki verir. "Ziyanvericilərin" çoxu həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi, kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq buğda və Mamestra brassicae, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər (siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşə texniki, mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır. == Kənd təsərrüfatının kimyalaşdırılması == Kimyəvi gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi. Kənd təsərrüfatının kimyalaşdırılması düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli mənbəyə çevrilir.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat == Yaradılması == Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfellerin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzlərin işlərinin təmin edilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. == Strukturu == Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daxildir: Bitkilərin Beynəlxalq Genetik ehtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Aleppo, Suriya); Aqromeşəçilik üzrə beynəlxalq tədqiqatlar mərkəzi (Patanceru şəhəri, Hindistan); Beynəlxalq elmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Beynəlxalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigeriya); Beynəlxalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Beynəlxalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Meksika, Peru); Beynəlxalq elmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Beynəlxalq milli kənd təsərrüfatı tədqiqatları xidməti (Haaqa şəhəri, Niderland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buare, Fil sümüyü sahili); Canlı su ehtiyatlarının idarəolunması üzrə beynəlxalq mərkəz (Manila, Filippin); Beynəlxalq elmi-tədqiqat heyvandarlıq institutu.
Meliorasiya və Su Təsərrüfatı (Azərbaycan)
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Meşə təsərrüfatı
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Milli və Dünya Təsərrüfatı Universiteti
Milli və Dünya Təsərrüfatı Universiteti (bolq. Университет за национално и световно стопанство) — Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin iqtisadiyyat üzrə ilk ali təhsil ocağıdır. Universitetin rektoru professor Stati Stattevdir.

Значение слова в других словарях