Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qışlaq-i Qaradərə-i Köhül Qışlaq Fərəsət (Biləsuvar)
Qışlaq-i Qaradərə-i Köhül Qışlaq Fərəsət (fars. قشلاق قره دره كهل قشلاق فرصت‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə).
Fəlakət
Fəlakət — Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şəraitdir. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər, böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir.
Fərəqət
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir. Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir. Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir. Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..." Farağat,diqqət !!!
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Fərsəx
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Ekoloji fəlakət
Ekoloji fəlakət (ing.
Fəlakət filmi
Fəlakət filmi, mövzusu qarşıdan gələn və ya davam edən təbii fəlakət və ya kataklizm olan film janrıdır. Belə fəlakətlərə daşqınlar, zəlzələlər, sunamilər və ya toqquşmalar kimi təbii fəlakətlər; gəmi və ya təyyarə qəzaları və ya dünya miqyasında xəstəlik epidemiyaları kimi fəlakətlər daxildir. Döyüş filmlərinin alt janrı olan bu filmlərin süjet xətti çox vaxt müəyyən bir personaj və ya onların ailəsinin, ya da müxtəlif insanların fəlakətin baş verdiyi ana qədərki dövrünü, fəlakətin baş verdiyi anı və bəzən də fəlakətdən sonrakı nəticələr zamanı həyatda sağ qalma taktikalarını təsvir edən hadisələri göstərir.
Fəraməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur. F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.
Fəraməz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.
Fəraməz Əkbərian
Fəraməz Əkbərian-Kalacahi (1949, Təbriz – 12 mart 2019, London) — Azərbaycan əsilli Britaniya nüvə alimi. İngiltərədə məskunlaşan Azərbaycan diasporunun inkişafında böyük rol oynamışdır. Fəraməz Əkbərian İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur. Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda Facebook hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.
Kəramət Hüseynov
Kəramət Hüseynov (30 avqust 1998, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. Kəramət Hüseynov 1998-ci il avqustun 30-da anadan olub. 2007-ci ildən cüdo ilə məşğul olur. İdmana gəlməsinə dayısı (anasının qardaşı), olimpiya çempionu Elnur Məmmədli ilham olub. Atilla İdman Klunun üzvüdür. Şəxsi məşqçisi Emin Fətullayevdir. Kəramət Hüseynov 2014-cü ilin aprelində Portuqaliyada baş tutan yeniyetmələr arasında European Cup beynəlxalq turnirinin qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2015-ci ildə Antalya şəhərində European Cup beynəlxalq turnirinin qalibi olan Kəramət Hüseynov iyulda Gürcüstanda Avropa Gənclər Olimpiya Festivalını gümüş medalla başa vurdu. 2016-cı il ərzində Kəramət Hüseynov Avstriya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu.
Təbii fəlakət
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar. Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Fəlakət diplomatiyası
Fəlakət diplomatiyası — quraqlıq diplomatiyası, zəlzələ diplomatiyası, tibbi diplomatiya, tsunami diplomatiyası, peyvənd diplomatiyası və vulkan diplomatiyası kimi anlayışları birləşdirən inkişaf edən anlayış. O, humanitar aksiyaların həm effektiv strategiyaları, həm də siyasi nəticələri ilə bağlıdır. Dünyanın ən böyük suyun duzsuzlaşdırıcı ölkələrdən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan ölkələrdən olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su alır, əvəzinə isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır. O zaman, İordaniya öz tarixində ən ağır quraqlıqlarıdanan birini yaşayırdı. Türkiyə və Yunanıstan arasındaki Kardak böhranıdan üç il sonra, 1999-cu ildə hər iki ölkədə baş verən zəlzələlər münasibətlərinin yaxşılaşdırmağı ilə nəticələnib. Öncə avqustun 17-də İstanbulun yanında yerləşən İzmit şəhərində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasediciləri, axtırış itləri, həkimləri, mobil xastəxanaları və humanitar yardımı göndərib. Bundan bir ay sonra, Yunanısatan paytaxt şəhəri Afina şəhərində də zəlzələ baş verib və bu dəfə Türkiyə Yunanıstana öz yardımını göndərmiş. 2020-ci ildə Egey dənizində baş vermiş zəlzələ və tsunami ən çox Türkiyənin İzmir şəhərinə təsir edib. Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək baş sağlığını bildirib və Türkiyəyə xilasedici komandaları gönərmiş. Araşdırmacı və jurnalist Güney Yılmazın fikrincə, 1999-cu ilin zəlzələləridən sonra Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan yaxınlaşma başqa siyasi amillərlə bağlı idi.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Bəraət gecəsi
Bəraət gecəsi - Şaban ayının 15-ci gecəsidir. Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur. Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu haqda bir hədisdə belə buyrulur: “Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki, Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və “Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən ki, ruzisini verim. Yoxdurmu şəfa istəyən ki, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim". Bu hədisin sənədi rəvayət zəncirindəki ravilərdən biri hədis alimləri tərəfindən zəif qəbul edilir.
Fürsət xərci
Fürsət xərci, alternativ xərc (ing. opportunity cost) — mənbələrdən istifadə üçün alternativ variantlardan birini seçmək və bununla da digər imkanları kənarlaşdırmaq nəticəsində itirilmiş mənfəəti (müəyyən bir halda — mənfəət, gəlir) ifadə edən iqtisadi termin. İtirilmiş mənfəətin miqdarı atılan alternativlərdən ən dəyərlisi ilə müəyyən edilir. Fürsət dəyəri istənilən qərarın ayrılmaz hissəsidir. Bu termin Avstriyalı iqtisadçı Fridrix fon Vizer tərəfindən 1914-cü il tarixli “Sosial İqtisadiyyat Nəzəriyyəsi” monoqrafiyasında işlənmişdir. Fürsət xərcləri həm təbii şəklində (həm istehsalından, həm də istehlakından imtina edilməli olan mallarda) və alternativlərin pul ekvivalenti ilə ifadə edilə bilər. Fürsət xərcləri də saatlarla ifadə edilə bilər (alternativ istifadəsi baxımından itirilmiş vaxt). Fürsət maliyyəsi nəzəriyyəsi 1914-cü il "Sosial İqtisadiyyat Nəzəriyyəsi" monoqrafiyasında təsvir edilmişdir. Ona görə: məhsuldar məhsullar gələcəyi təmsil edir. Onların dəyəri son məhsulun dəyərindən asılıdır ; məhdud mənbələr istifadə yollarının rəqabət qabiliyyətini və alternativliyini müəyyənləşdirir; istehsal xərcləri subyektivdir və müəyyən bir malın istehsalında qurban verilməli olan alternativ imkanlardan asılıdır ; hər hansı bir şeyin həqiqi dəyəri (faydası) bu şeyin istehsalına xərclənən mənbələrlə istehsal edilə bilən digər şeylərin itirilmiş faydasıdır.
Fərqət Tuxtamışev
Fəqarət-əz-Zua
Fəqarət-əz-Zua (ərəb. فقارة الزاوية‎) — Əlcəzairin cənub-mərkəz hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. İn-Salah dairəsinə daxildir. Şəhər vilayətin şimalında, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1030 kilometr cənubda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 301 metrdir. Fəqarət-əz-Zua kommunası İn-Salah, Abalessa, İn-Amgel və İdles kommunaları, həmçinin Qardaya və İllizi vilayətlərinin əraziləri ilə həmsərhəddir. Sahəsi 61,313 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 25 °C-dir.
Aerozol katastrof (fəlakət)
Təbii fəlakət filmi
Təbii fəlakət filmi - film qəhrəmanları qəzaya düşdüb və xilas olmağa çalışırlar. Spesifik növ triller və dram.Söhbət təbii fəlakət (qasırğa, zəlzələ, vulkan püskürməsi və s) barədə məlumat, həm də texnogen qəza (təyyarənin qəzaya uğraması, məsələn) barədə gedə bilər. 1990-cı illərdən başlayaraq inkişaf edən kompüter effektlərinin nəticəsində daha canlandırıcı və baxımlı filmlər çəkilməyə başladı,bunlara " Sürət ",Armageddon (film, 1998), tarixi fəlakət filmlərindən Titanik (film, 1997) kimi filmləri misal göstərmək olar.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Tembot Keraşev
Tembot Məhəmmədoviç Keraşev (rus. Тембот Магометович Кера́шев; 16 avqust 1902 – 8 fevral 1988, Maykop, Krasnodar diyarı) — adıge-sovet yazıçısı, "Stalin" mükafatı laureatı (1948), 1928-ci ildən Sov. İKP(b) üzvü. Tembot Keraşev 16 avqust 1902-ci ildə Koşehabl kəndində (indiki Adıgeya) kəndli ailəsində anadan olmuşdur. O, özəl tatar məktəbini bitirmiş, 1913–1914-cü illərdə Ufada müəllim seminariyasında, 1918–1920-ci illərdə Abinskaya kəndində realnıy məktəbində, daha sonra Krasnodar Politexnik İnstitutunda (indiki Kuban Dövlət Texnologiya Universiteti) oxumuş, 1929-cu ildə Moskva Sənaye-İqtisad İnstitutunu (indiki Dövlət Menecment Universiteti) bitirmişdir. Bundan sonra Keraşev Adıge Muxtar Vilayətinə qayıtmış və burada regional qəzetin redaktoru, adıgey milli nəşriyyatının müdiri olaraq çalışmışdır. O, 1931-ci ildə Adıgey Elmi-Tədqiqat Yerli Tarix İnstitutunun direktoru təyin edilmiş, 1934–1936-cı illərdə Krasnodar İnstitutunda dosent vəzifəsində çalışmış, ardınca Elmi-Tədqiqat Diyarşünaslıq İnstitutuna elmi işçi kimi qayıtmışdır. Keraşev çərkəzlərin şifahi poeziyasından nümunələr toplamış, folklor əsərləri topluları tərtib etmiş və ədəbiyyat üzrə dərsliklər hazırlamışdır. O, 8 fevral 1988-ci ildə vəfat etmiş, Maykopdakı Yeni qəbiristanlıqda dəfn edilmişdir. Keraşevin oğlu Aslanbəy tanınmış jurnalistdir.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Suzie Fraser
Suzie Fraser (27 avqust 1983, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Suzie Fraser, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Suzie Fraser, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.