Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talan
Poqrom (rus sözüdür (погром), kökü "громить" - dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) - kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Termin kimi ilk əvvələr əsasən Rus İmperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar poqrom andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (“Сумгаитский погром”) adlandırılmışdır.
Talan adası
Talan adası — Oxot dənizinin şimal hissəsində yerləşən ada. Ada Tauy körfəzinin qərb kənarında, Maqadandan təxminən 100 km məsafədə yerləşən qayalı ərazidir. O Naqaev buxtasının sahilindən üfüqdə aydın axşamlarda görünür. Rusiyaya aiddir. Sahəsi təxminən 2,5 km²-dir. Onun zirvəsini qayalı silsilələr və bataqlıq çəmənlikləri olan yumşaq bir yayla tutur. Talanın üç tərəfində (cənub, qərb və şərq) hündürlüyü 150 m-ə çatan sıldırımlı qayalıqlar var. Sahilin çox hissəsi kiçik körfəzlərlə kəsilmiş və qayalarla haşiyələnmişdir. Şimal-qərb hissəsində daşlı sahil zonasının yarımdairəsi ilə əhatə olunmuş şirin su gölləri olan alçaq çəmənlik terrası vardır. Orta illik hava temperaturu -2,3 ° C; yanvarın temperaturu -15,8 ° C, avqust ayının temperaturu + 10,6 ° C olur.
Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi. == Baş vermiş hadisələr == Yorq Babeorvski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu.İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub.XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir. Əsassız həbslər, insanların təqibi və şəhərlərin talanması daha sonra ölkə ərazisində onlarla üsyanın baş verməsinə səbəb oldu. Bundan başqa varlıların əmlakını müsadirə etmək adı ilə evləri talayan qızıl ordulular çox vaxt bahalı restoranlarda içki məclisləri təşkil edir və sərxoş olduqdan sonra da şəhər əhalisinə problem yaradırdılar.
Salur Qazanın evi talandığı boy (film, 2001)
Salur Qazanın evi talandığı boy — film "Dədə Qorqud Oğuznamələri" filmlər silsiləsinin ikincisidir. "Dədə Qorqud Dastanı"nın 12 boyunun çəkilməsi nəzərdə tutulan filmlər silsiləsinin yalnız iki boyu çəkilərək yarımçıq qalmışdır.
Xankəndi talanları
Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi. 1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir. == Tarixi == Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı.Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. Fevralın 20-də Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. == Tarixi == Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. == Coğrafiyası == Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Talay
Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Yalan
Yalan — bilə-bilə (yaxud bilməyərəkdən) ifadə olunmuş məlum həqiqətə uyğun olmayan iddia. == Quran və hədislərdə yalan barədə == İslamda yalan böyük günahlardan hesab olunur.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslərAlan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı.Yaşayış məntəqələriAlan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Adıyaman (Talin)
Adıyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. == Toponimikası == Adyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) kənd adı . Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır.
Adıyaman (Talın)

Alagöz (Talin)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Alagöz (Talın)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Aşağı Talin
Aşağı Talın, Kiçik Talın, Türk Talını — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Aşağı Talın kəndi rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin digər adı «Türk Tatar Talını» olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə yalnız azərbaycanlılar məskunlaşmış və 1873-cü ildə burada 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən və türk dilində «daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur.
Aşağı Talın

Balan (En)
Balan (fr. Balan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monlyuzel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01027. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2348 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1875 nəfər (15-64 yaş arasında) əmək qabiliyyətli insanlar arasında 1640 nəfər iqtisadi fəal, 235 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 87.5%, 1999-cu ildə 74.1%). 1640 fəal sakindən 1590 nəfər (1162 kişi və 428 qadın), 50 nəfər işsiz (17 kişi və 33 qadın) işlədi. 235 hərəkətsiz 85 nəfər arasında şagird və ya tələbə, 93 nəfər təqaüdçü, 57 digər səbəblərə görə hərəkətsizdir.
Balan (Kəleybər)
Balan (fars. بالان آبش‌احمد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 413 nəfər yaşayır (90 ailə).
Balan (Sərdəşt)
Balan (fars. بالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (29 ailə).