Tandı Uranhay
Tandı Uranhay (tuvaca: Таңды Урянхай, monqolca:Tagna Urianhai, rusca: Урянхайский край, ingiliscə: Tannu Uriankhai) – Tuvanın 1914–1921-ci illər aralığında Rusiya imperiyasının himayəsinə qədər adlandırılmış bölgə adı. Tandı Uranhay 1912-ci ilə qədər Tsin sülaləsinin tabeliyində olmuşdur.
1912–1913-cü illərdə Çində inqilabdan sonra Tuva bəyləri — Ambın-noyan Kombu-Dorju Şamzı-lama, Gun noyan Buyan Badırqı və digərləri — çarlıq hkumətinə Çin dövlətinə qarşı Rusiya imperiyasının himayəsinə girmə istəyində olduqlarını bildirdilər.
1914-cü ilin aprel ayının 4-də II Nikolay S.D. Sazonova yazdığı cavab məktubunda Tandı Uranhayın 5 bölgəsinin Rusiyaya birləşməsinə razılıq verdiyini bildirdi. O ildən etibarın "Rusiya-Tuva birlikdə" şüari yayılmışdır və 2014-cü ildə bunun 100 illiyi qeyd olunmuşdur.
Daha sonra hakimiyyətin istəyi ilə Tandı Uranhay 7 bölgəyə ayrılmışdır: Beezi, Daa, Maadı, Oyunnar, Salçaktar, Tojular və Çoodular.
XX əsrin əvvəllərində Tandı Uranhay bölgəsi Çarlıq Rusiyası işğalına girmişdir. Lakin sonunda Tuva türkləri Tuva Ulus Respublikası adı ilə müstəqil dövlət qura bilmişdirlər. Lakin SSRİ dövlət başçısını öz tərəflərinə çəkməklə, 1944-cü ildə Tuvanı özlərinə birləşdirmişdirlər.
Uranhaylar özlərini yerinə görə Tufa, Tofa, Tuba, Tuha olaraq adlandırmaqdadırlar.