tantuni
tap-tup 2021
OBASTAN VİKİ
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tap (Goranboy)
Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.
Tap Qaraqoyunlu
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu. == Tarixi == Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur. 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib. Rövnəq Abdullayev bütün cəbhəyanı ərazilərdə Azərbaycan bayrağının yüksəldiləcəyini və bu istiqamətdə işlərin getdiyini bildirib.
Tap Qaraqoyunlu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. == Yaş == 15 6-10 == Oyunçuların sayı == 1 == Oyun qaydası == Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.
Antoni Tapiyes
Antoni Tapiyes (ing. Antoni Tàpies; 13 dekabr 1923[…], Barselona – 6 fevral 2012[…], Barselona) — İspaniyalı rəssam və heykəltaraş. XX əsr İspaniya rəssamlığında mücərrəd və avanqard janrın önəmli təmsilçilərindən biri. == Həyatı == Antoni Tapiyes 1923-cü il dekabr ayının 13-də Barselonada anadan olub. Barselona Universitetinin Hüquq fakültəsində təhsil alıb, amma üç ildən sonra rəssamlığa olan həvəsi universiteti tərk etməsinə səbəb olub.1950-ci ildə ilk fərdi sərgisini açıb.Bundan sonra Parisə köçən A. Tapiyes burada mücərrəd janrda əsərlər yaratmağa başlayıb. 1990-cı ildə Barselonada Antoni Tapiyes fondunu yaradıb ki, burada 2000-ə qədər rəssamın əsəri yerləşdirilib. Fondda həmçinin gənc rəssamların yetişdirilməsi və moderinizm janrının təbliği istiqamətində fəaliyyət göstərib.Antoni Tapiyes 6 fevral 2012-ci ildə 88 yaşında vəfat edib. O, 2007-ci ildən xəstə olub.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Axtaran tapar (film, 1969)
Azərbaycan elmi tammetrajlı sənədli filmi rejissor Cavanşir Məmmədov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Məzmun == Kinolentdə respublikamızda elmin inkişafından, alimlərimizin beynəlxalq əlaqələrindən, elmin müxtəlif sahələrindəki nailiyyətlərindən danışılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Cavanşir Məmmədov Operator: Əlihüseyn Hüseynov Rəssam: Aleksandr Petuxov Bəstəkar: Tofiq Quliyev == İstinadlar == == Mənbə == Oqtay Salamzadə. "Daim sevinirsən". "Kommunist" qəzeti, 9 iyun 1970-ci il; səh. 4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Axtaran tapar (film, 1980)
Axtaran tapar qısametrajlı bədii-sənədli süjei rejissor Ceyhun Mirzəyev tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Rolları Şamil Süleymanov, Ələsgər Məmmədoğlu, Ömür Nağıyev, Kamil Məhərrəmov və Rafiq Əzimov ifa edirlər. == Məzmun == Filmdə defisit malların əlaltı alveri tənqid edilir.
Axtardım, amma, tapmadım (film, 1967)
"Axtardım, amma, tapmadım" filmi — Pulluttupadatxu Baskaranın malayalam dilində 1967-ci ildə çəkdiyi Hindistan filmidir. == Film haqqında == Filmin mahnılarının sözlərini yazan həm də filmin rejissorudur. Film Milli Film Festivalında Ən yaxşı Malayalam filmi nominasiyasında mükafat qazanmışdır. == Rollarda == Madhavan Nair — Antoni K.R.Vicaya — Suzamma Sukumari — Savitri Kaviyur Punamma — Enninin anası Adur Bxasi — Korappaçayan Tikkurissi Sukumaran Nair — Ummaçan Kottayam Santxa — Çeriyamma P.J.Antoni — Unnunniçayan T.S.Mutayayiya — Txarakan Bahadur — Veydyar G.K.Pilley — Tummaçan Nellikode Baskaran — Kuncu Krişnan Nambiar Meri Jozef "Mina" — Annamma Caya Quxanatxan — Kartxi Vicaya Nirmala — Enni Satyan "Malayalam" — Tomas Mavelikkara Ponnamma Aranmula Ponnamma == Mahnılar == Filmin mahnılarının bəstəkarı Məhəmməd Sabir Baburacdır.
Azad Tapdıqov
Azad Azər oğlu Tapdıqov (1 fevral 1997, Ağcabədi rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Tapdıqov 1 fevral 1997-ci ildə Ağcabədi rayonunun Yuxarı Avşar kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azad Tapdıqov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Tapdıqov səfərbər olunmuşdur və hərbi toplantılara çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Azad Tapdıqov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Tapdıqov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Avşar kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazisində tapılmış heykəllər
== İstinadlar ==
Aşıq Əli Tapdıqoğlu
Aşıq Əli Tapdıqoğlu (Əli Tapdıq oğlu Quliyev; 29 iyun 1988, Şamaxı) — Azərbaycan aşığı == Həyatı == Ustadı Aşıq Xanmusadan 5 il dərs almışdır. 2000–2001-ci illərdə İraqda keçirilən Babilistan beynəlxalq festivallarına qatılmış, həmin festivalda "Azərbaycan" mahnısını ifa etmişdir. 2005-ci ildə "Lider" TV-də respublika aşıqlarının "Ozan" müsabiqəsinə dəvət edilmiş, 6 ay davam edən həmin müsabiqədə sazda çaldığı aşıq havaları və eləcə də ifa etdiyim mahnı və muğamlarla məşhurlaşmışdır. Həmin müsabiqədə Şirvan aşıq məktəbini layiqincə təmsil edərək qalib yerlərdən birini tutmuşdur. 2005-ci ildə Türkiyədə beynəlxalq festivala dəvət almış və qalib kimi Azərbaycana qayıtmışdır. 2009-cu ildə Fransada keçirilən beynəlxalq festivalın təmsilçisinə çevrilərək aşıq sənətini layiqincə təmsil edə bilmişdir. 2011-ci ildə Belarusiyanın Babulski şəhərində keçirilən festivalda da iştirak edib. "Lider" TV-də yayımlanan "Maşın" realiti-şousunun iştirakçılarından biri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Qələndər Xaçınçaylı, Aşıq Əli: "Azərbaycanda haqq aşığı yoxdur" (Aşıq Əli Tapdıqoğlu ilə müsahibə), "Həftə içi" qəzeti. - 2013.
Braziliya tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Dağ tapiri
Dağ tapiri (lat. Tapirus pinchaque)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Ev tapşırığı (pedaqogika)
Eynşteyn tapmacası
Eynşteyn tapmacası – çox adam tərəfindən bilinən məşhur bir məntiqi tapmacadır. Əfsanəyə görə həmin tapmaca Albert Eynşteyn tərəfindən uşaqkən yaradılmışdır. Lakin başqa fərziyyəyə görə, tapmaca məşhur riyaziyyat müəllimi və ədəbiyyatçı Luis Kerroll tərəfindən hazırlanmışdır. Amma onu da demək lazımdır ki, tapmacada danışılan siqaret, məsələn, "Kools" adlı siqaret nə Luis Kerrollun vaxtında, nə də Albert Eynşteynin uşaqlığında yaranmamışdır. Ona görə də, bunun kim tərəfindən hazırlanması haqqında tapılan dəqiq dəlil yoxdur.Tapmaca çox vaxt "Eynşteyn tapmacası" və ya "Zebra tapmacası" olaraq adlandırılır. İlk dəfə olaraq tapmaca 25 mart 1963-cü ildə "Life International" jurnalında dərc olunmuşdur. Bu jurnalın səhifələrində dünyanın fərqli yerlərindən tapmaca həll edən yüzlərlə adamın adları və tapmaca həllini ehtiva edən sayı nümayiş olunmuşdur.Bir çoxları deyir ki, bu tapmacanı həll etmək çox çətin işdir. Dünyada yaşayan insanların 2/100 faizi tapmacanı həll edə bilər. Yəni, faizə daxil olan insanlar tapmacanı beyinlərində həll edərək tapa bilərlər. Məhz həmin insanlar 2/100 faizə daxildirlər.
Felipe Tapiya
Felipe Tapiya (25 aprel 1995) — Çilili üzgüçü. Felipe Tapiya Çilini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Felipe Tapiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 16:02.44 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Jurinea tapetodes
Jurinea tapetodes (lat. Jurinea tapetodes) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Mərkəzi Amerika tapiri
Mərkəzi Amerika tapiri (lat. Tapirus bairdii)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Nazim Tapdıqoğlu
Nazim Tapdıqoğlu (tam adı:Nazim Tapdıq oğlu Vəlişov; d. 26 yanvar, 1963) — tarixçi, toponimist, “Qızıl Qələm” mükafatı laureatı, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi. == Həyatı == Nazim Tapdıqoğlu 1963-cü ildə Füzuli şəhərində doğulub. 1970-1980-ci illərdə 1 saylı Füzuli şəhər orta məktəbində oxumuşdur. 1981-1983-cü illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakultəsini, Bakı Dövlət Universitetinin Tarix fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Politologiya və Sosiologiya elmləri üzrə tam kurs keçmişdir. Nazim Tapdıqoğlu həm də pedaqoji fəaliyyətlə məşğul olur. Dövri mətbuatda 1977-ci ildən etibarən şeir, məqalə, oçerk, və publisistik yazıları ilə çıxış edir. 1993-cü ildən onomastikanın tərkib hissəsi olan toponomika ilə, xüsusilə, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin toponimlərini, onların mənalarını, mənşəyini, yayılma areallarını öyrənməklə məşğuldur.
Novruz tapmacaları
Novruz tapmacaları — tapmaca xalq ədebiyyatının ən əski janrlarındandır. Tapmacalarda Novruz bayramı atributları da öz əksini tapmışdır.
Osmanov Tapdıq Qara oğlu
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Qışlaq-i Ortadağ-i Tapdıq (Biləsuvar)
Qışlaq-i Ortadağ-i Tapdıq (fars. شلاق اورتاداغ تاپدوق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (8 ailə).
Senecio tapianus
Senecio tapianus (lat. Senecio tapianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.

Digər lüğətlərdə

бу́ндовец инфразвуково́й классици́ст оттени́ться перестреля́ть пятидеся́тник саблеобра́зно фа́ктец ха́нжество ба́йкерский дезинфици́рующий подъёмный подъя́ческий Аю-Даг жолдь acerola bejan bota camelry canvassing board Paulician roomie tripartition рассасывание уживчивость