Tarixşünaslıq
Tarixşünaslıq— tarix elminin tarixini öyrənən elm.
== Haqqında ==
"Tarixşünaslıq" termini müasir tarix elmində müxtəlif cür şərh olunur. Onu müəyyən edilmiş problemlər haqqında yazılmış ədəbiyyat siyahısı, tarixi təfəkkürün inkişaf mərhələlərini əks etdirən məktəb və istiqamətlərin, konsepsiyaların təhlili, tarixin inkişaf mərhələlərini öyrənən elm və s. kimi izah edirlər.
Tarixşünaslığın əsas məqsədi obyektiv reallığın hadisə, təzahür və proseslərinin öyrənilməsinə yönəlmiş münasibətləri, tarixi dərketmə təfəkkürünün təkamül mərhələlərini, obyektiv reallığın tədqiqi səviyyəsi və öyrənilməsi zəruri olan aspektlərinin müəyyənləşdirilməsidir.
Tarixi tədqiqatın tarixşünaslıq baxımından təhlilinin iki aspekti mövcuddur: 1) tarixçi özündən əvvəl həyata keçirilmiş tədqiqat işlərini təhlil edir, onların çatışmayan, mənfi cəhətlərini müəyyənləşdirir; 2) tarixşünaslıq təhlili tarixçiyə əvvəlki tədqiqatçıların istitfadə etmədiyi və ya edə bilmədikləri mənbələrin tədqiqata cəlb olunmasına, yəni tədqiqatın mənbə bazasının genişləndirilməsi və zənginləşdirilməsinə şərait yaradır.