TAVALIQ
TAVAN¹
OBASTAN VİKİ
Tavan (Piranşəhr)
Tavan (fars. توان‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (25 ailə).
Şüşə tavan
Şüşə tavan — görünməz bir maneəni ifadə etmək üçün istifadə olunan məcazdır Bu metafor adətən idarəetmənin yuxarı pillələrinə keçməyə imkan verməyən görünməz maneələr haqqında işlədilir. Metafor ilk dəfə yüksək nailiyyətli qadınların karyeralarındakı maneələrə istinad edərək feministlər tərəfindən tərtib edilmişdir. Amerika Birləşmiş Ştatları Federal Şüşə Tavan Komissiyası, şüşə tavanı terminini "azlıqlar və qadınların, ixtisaslarından və qazandıqlarından asılı olmayaraq yuxarı pillələrinə qalxmasının qarşınısını alan görünməz maneə" kimi qəbul edir. Devid Kotter və həmkarları, bir şüşə tavanın mövcud olduğunu müəyyən etmək üçün yerinə yetirilməli olan dörd fərqli xüsusiyyətləri müəyyənləşdiriblər. Bir şüşə tavan bərabərsizliyini yaranmasını təmir edir: "Ortalama Bir İşçinin iş xüsusiyyətlərinin aiddiyatı olmayan cinsiyyət və ya irqi fərqi." Gəlir fərqi Daha yüksək səviyyələrə qalxma şansı Karyera inkişafı Kotter və həmkarları şüşə tavanların cinslə güclü əlaqəli olduğunu aşkar edivlər. Həm ağ, müəyyən azlığa aid olan qadınlar karyeraları zamanı şüşə tavanla qarşılaşırlar. Bunun əksinə olaraq, tədqiqatçılar afroamerikalı kişilər üçün şüşə tavana dair sübüt tapmayıblar. Şüşə tavan terminini ilk istifadə edən şəxs 1978-ci ildə çıxışı zamanı Merilin Loden olmuşdur.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir. Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.
Sikstin kapellası tavanı
Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir. Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür.
Sikstin kapellasının tavanı
Sikstin kapellasının tavanı 1508-1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir. 1477-1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur. Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng “Böyük məhkəmə” freskosu, XV əsrin Sandro Botiçelli, Domeniko Girlandayo və Pyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir. Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da Vinçinin “Mona Liza” əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən “Adəmin yaradılışı” təsviridir. Həmin əsərdən Adəm və Tanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır. Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur. Roma papası II Yuli “döyüşçü papa” idi, onun hakimiyyəti dövrü geniş siyasi fəaliyyətin aparılması, İtaliya ərazisinin kilsənin rəhbərliyi ilə vahid hakimiyyət altında birləşdirilməsi ilə yadda qalmışdır. Papa simvolikaya böyük önəm verərək, hakimiyyətini əks etdirən binaların tikilməsi, qələbələrini əks etditən abidələrin ucaldılmasına dəstək verirdi. Məhz II Yulinin hakimiyyəti dövründə, 1506-cı ildə, papa hakimiyyətinin və gücünün ən mühüm simvolu olan Müqəddəs Pyotr bazilikasının yenidən inşa edilməsinə başlanmışdır.

Digər lüğətlərdə