Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
May-Tay
May-tay rom, kürasao, orşad siropu və təzə sıxılmış laym şirəsindən hazırlanan kokteyldir. Tiki mədəniyyətinin xarakterik kokteyllərindən biridir. Mütəmadi içki kimi təsnif edilir və Beynəlxalq Barmenlər Assosiasiyasının (İBA) “Müasir klassiklər” kateqoriyasında rəsmi kokteyllərindən biridir. Viktor J. Bergeron 1944-cü ildə Oklend, Kaliforniya, ABŞ-da yerləşən "Trader Vic's" restoranında May-tay icad etdiyini iddia etdi. "Treyder Vic"-in sələfi "Donn Beach", bunun əvəzinə ilk dəfə 1933-cü ildə yaratdığını iddia etdi, baxmayaraq ki, uzun müddətdir ki, həmkarı Beach əslində May-tayın onun QB Cooler kokteylinə əsaslandığını iddia etdiyini söylədi. Don the Beachcomber-in resepti Vic-dən daha mürəkkəbdir və bəziləri onun dadının tamamilə fərqli olduğuna inanır. Digərləri hesab edir ki, inqrediyentlərdəki fərqə baxmayaraq, QB Cooler dadı olduqca oxşardır. May-tay 1953-cü ildə Bergeron Matson Company otelləri Royal Hawaiian Hotel və Moana Hotel üçün kokteyl menyusu yaratdıqda Havayda təqdim edildi. Kokteyl hitə çevrildi və 1959-cu ildə "ən yaxşı turist cəlbedici" adlandırıldı. Sonrakı illərdə, ananas, portağal şirəsi və tünd rom Havayda istehsal olunan "May-tayda geniş istifadə olunmağa başladı.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay boksu
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Tay dili
Tay dili ( ภาษาไทย /pʰa:sa:tʰɑj/, pxasa-txay) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil. Tailandın rəsmi dili. Danışanların sayı 46 milyona yaxındır. Laos dilinə və şans dilinə çox yaxındır. Tay dilində durğu işarələri yoxdur, cümələlər arasında sadəcə olaraq boşluq buraxılır. Learning Thai the Easy Way Русский ресурс, полностью посвящённый тайскому языку. Статьи, уроки. Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine Упрощённый тайско-русский словарь Тайские словари в электронном формате.
Tay mətbəxi
Tailand mətbəxi və ya Tay mətbəxi — Tailand Krallığının mətbəxi. Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər. Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər. Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib.
Tay əlifbası
Tay əlifbası (tay: อักษรไทย, Rom: àksŏn thai) 44 samitdən ibarət heca yazısıdır. 18 sait və 6 qoşa səsli hərf vardır. Hərflərdən 8-i yalnız Pali və Sanskrit mənşəli sözləri yazmaq üçün istifadə olunur. Bəzi samitlər üçün birdən çox variant mövcuddur. Əslində bunlar müxtəlif səslər üçündür, lakin illər keçdikcə aralarındakı fərqlər də yox olmuşdur. Tay dilində müxtəlif tonlarda tələffüz olunan sözlər müxtəlif mənalara malikdirlər və 5 tondan ibarətdir. Sözlər arasında boşluqdan istifadə edilmir, bunun əvəzində cümlənin sonuna qoyulur.
Tay Vest
Taymon S. Vest (5 oktyabr 1980, Uilminqton[d], Delaver) — ABŞ film rejissoru. O, qorxu janrında çəkdiyi filmlərə görə məşhurdur. Tay Delaver ştatının Vilminqton şəhərində anadan olub. Onun adı olan Taymon babasının soyadı olmuşdur. Tay 2001-ci ildə "Teen People" jurnalının payız mövsümü nəşrində yer alıb. Tay Vest School of Visual Arts-da təhsil almışdır. Tay Vest avstraliyalı dicey Alison Wonderland ilə nişanlanıb. 13 iyun 2023-cü ildə onların Maks adlı bir oğlan uşağı dünyaya gəlib.
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Tay Milli Parkı
Tai Milli Parkı — Kot-d'İvuarda yerləşən milli park. 1982-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmuşdur. Tai Milli Parkı Qərbi Afrikadakı başlıca tropik meşələrinə sahibdir və sahəsi 3300 km²dir. Florası və faunasının çox geniş olması, xüsusilə Cücə su begemotlarının təhlükədə olması baxımından Dünya irsi elan edilmişdir. Park 150 endemik flora növünə malikdir. Bölgənin iki çayarasında təcrid olmuş olması da onun xüsusi xarakterinə əhəmiyyət qazandırmaqdadır. Tai Milli Parkındak; üç məməli növü IUCN (ing. International Union for Conservation of Nature: Beynəlxalq Təbiəti Qoruma Dərnəyi) tərəfindən təhlükədəki növləri əhatə edən qırmızı siyahıya alınmışdır: Cücə su begemotları, Şimpanzelər, Jentink'S Duiker (Cephalophus jentinki: başı və boynu parlaq qara, bədəni boz rəngdə böyük keçi növü) Tai Milli Parkı 1926-cı ildə yaradılmış və 1972-ci ilin 28 avqustunda Milli Park statusunu almışdır. 1978-ci ildə UNESCO-nun Biosfer ehtiyatı, 1982-ci ildə isə Ümumdünya irsi siyahısına alınmışdır.
Tay çi çuan
Tay çi çuan(T'ai chi ch'uan / Taijiquan, 太極拳) Çin döyüş sənətinin daxili stillərindəndir ki müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.
Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası
Azərbaycan Kikboksinq Federasiyası (qısa adı:AKF) — 1993-cü ildə yaradılmış idman federasiyası. Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaranmışdır. İlk yarananda federasiyanın adı Azərbaycan Kikboksinq Federasiyası idi. Bir il sonra isə adı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası olaraq dəyişdirilmişdir. 1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur. 2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir. 2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar. 2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur. 12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muaytay Tayboks Federasiyası.
Azərbaycan tayfaları
Azərbaycan tayfaları — azərbaycanlı, azərbaycanlılaşmış və ya azərbaycanlıların etnogenezində rol oynamış qruplardan ibarətdir. Bu tayfaların bir hissəsi azərbaycanlıların etnoqrafik qrupu hesab edilir, dilləri isə Azərbaycan dilinin dialektlərindən sayılır. Azərbaycanlıların etnogenezində yerli xalqlar və İran tayfalarından başqa eramızın I minilliyindən etibarən hunlar, türkdilli xəzərlər, bulqarlar, II minilliyindən başlayaraq isə oğuz və peçeneq tayfaları iştirak etmişdir. Bir türk xalqı olaraq azərbaycanlıların özəyi əsas oğuz türk tayfaları olan bayat, yıva, əfşar, bəydili, həmçinin qacarlar, xələclər, qıpçaqlar və s. idi. Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir. İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış qaraqoyunlu və ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur. Azərbaycanlılarda təsərrüfat, mədəniyyət və həyat tərzi baxımından fərqlənən etnoqrafik qruplar inkişaf etmişdir.
Azərbaycan tayfalarının siyahısı
Azərbaycan tayfaları — azərbaycanlı, azərbaycanlılaşmış və ya azərbaycanlıların etnogenezində rol oynamış qruplardan ibarətdir. Bu tayfaların bir hissəsi azərbaycanlıların etnoqrafik qrupu hesab edilir, dilləri isə Azərbaycan dilinin dialektlərindən sayılır. Azərbaycanlıların etnogenezində yerli xalqlar və İran tayfalarından başqa eramızın I minilliyindən etibarən hunlar, türkdilli xəzərlər, bulqarlar, II minilliyindən başlayaraq isə oğuz və peçeneq tayfaları iştirak etmişdir. Bir türk xalqı olaraq azərbaycanlıların özəyi əsas oğuz türk tayfaları olan bayat, yıva, əfşar, bəydili, həmçinin qacarlar, xələclər, qıpçaqlar və s. idi. Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir. İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış qaraqoyunlu və ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur. Azərbaycanlılarda təsərrüfat, mədəniyyət və həyat tərzi baxımından fərqlənən etnoqrafik qruplar inkişaf etmişdir.
Azərbaycan tayuğu (cins)
Azərbaycanda eneolit dövrünün əkinçi-maldar tayfaları
Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi.
Bayandur (tayfa)
Bayandur — oğuz tayfalarından birinin adıdır. Oğuz tayfa birliklərinin adları Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Yazıçı oğlu Əli və Əbülqazi Xan Xivəli tərəfindən qeydə alınmışdır. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncər oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayılarla birgə dururdular, sol cinahda -bayandurlar və peçeneqlər. Mahmud Kaşğari özünün "Divani-lüğət-it türk" adlı əsərində Oğuzun 22 boydan (qəbilə-tayfa birlikləri) ibarət olduğunu göstərir. Fəzlullah Rəşidəddinin "Cami-ət təvarix" (bütün tarixlər) əsərində Oğuzların 24 boydan ibarət olduğunu göstərir. Qeyd olunan müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13-cü çəkilir. Yazıçıoğlu Əlinin "Səlcuqnamə"sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir. Bayandur xan adı Orxon-Yenisey abidələrində yüksək titul, fəxri ad hesab olunurdu. Ağqoyunlu tayfa birləşmələrində bayandurlar tayfasının hakim rol oynaması və ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşir Tarixi mənbələrdə Bayandur həm antroponim, həm də etnonim kimi işlədilməsi məlumdur.
Bayat tayfası
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Bidens taylori
Bidens taylori (lat. Bidens taylori) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bonni Tayler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Bərgüşad (tayfa)
Bərgüşad — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında olmuş, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər.
Cavanşir-Qızılbaş tayfası
Cavanşir-Qızılbaş tayfası — Nadir şahın Xorasana sürgün etdiyi Cavanşir elinin qalığı. Cavanşirlər Xоrasanın Sərəxs yörəsində məskunlaşdılar. Nadir şah Cavanşir elindən bir çоx bəyləri yanına çağırıb əhəmiyyətli vəzifələrə təyin etdi. Əmir xan Yağləvəndli-Cavanşir Kəşmirin hakimi, Fəzləli bəy Sarıcalı-Cavanşir eşikağası оldu. Оnlardan başqa bir neçə Cavanşir bəyi sarayda fərraş, külahdar, gülabdar, teştdar və sairə vəzifələri tuturdular. Ən yüksək vəzifəyə nail оlmuş Cavanşir əmiri Əmir xan Nadir şahın ölümündən sоnra Kəşmiri müstəqil idarə etməyə başladı. Bir sürə sоnra, 1773-cü ildə Əfqanıstanın (Dürranilərin) hökmdarı Teymur şah Dürraniylə düz dоlanmadığından savaşmağa məcbur оldu. Öncə qalib gəlsə də, sоnradan bəlluçların satqınlığı nəticəsində əsir düşdü. Cavanşir eli Əfqanıstanda, Kabil şəhəri civarında yerləşmişdi. Əfqanlar çоx zaman оnları qızılbaş adlandırırdılar.
Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Cinlilər tayfası
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Cinnilər tayfası
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Con Tayler
Con Tayler (ing. John Tyler, 29 mart 1790[…] – 18 yanvar 1862[…], Riçmond, Virciniya, Amerika Konfederativ Ştatları) — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti (1841–1845) və 10-cu vitse-prezidenti (4 mart-4 aprel 1841). Con Tayler seçim yolu ilə deyil, vitse-prezident kimi, özündən əvvəlki prezident Vilyam Henri Harrisonun vəfat etməsindən sonra hakimiyyətə gəlmiş ilk ABŞ prezidentidir. Viqlər partiyasının nümayəndəsi olmasına baxmayaraq, hakimiyyəti dövründə demokratların mövqeyini dəstəkləmiş və hakimiyyətinin sonunadək Konqreslə gərgin münasibətlərdə olmuşdur. Tayler 1841–1845-ci illərdə prezident olmuşdur. 1861-ci ildə ABŞ-də cənub ştatlarının şimaldan ayrılmasına çağırışla bağlı Vətəndaş müharibəsi başlamışdır. Cənublular Taylerin də iştirak etdiyi (o, həmin vaxt Nümayəndələr Palatası Konfederasiyasının üzvü olmuşdur) konfederasiya yaratmışlar. Nəticədə cənubluların digər liderləri ilə yanaşı ona şimallılar tərəfindən dövləti cinayətdə ittiham elan edilmişdir. Tayler 1862-ci ildə (müharibə üç il sonra başa çatmışdır) vəfat etmişdir. İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskunlaşmış Con Tayler 1790-cı il martın 29-da Vilyamsburqda anadan olub.
Con Taytor
Con Taytor (ing. John Titor) — 2036-cı ildən gəldiyini iddia edən şəxs. 2000-2001-ci illərdə müxtəlif internet xəbər saytlarında qeyri-müəyyən, bir çoxunun yanlışlığı sübut edilə bilən məlumatlar yollamış, yaxın gələcək haqqında proqnozlar və yaşadığı zaman haqqında məlumatlar vermişdir. Belə ki, göndərdiyi yazılar 2000-2037-ci illər arasında "baş verən" bir sıra hadisələrlə bağlıdır. İddiaları arasında diqqəti cəlb edən məlumatlardan biri 2015-ci ildə Üçüncü dünya müharibəsinin baş verəcəyini bildirməsi olmuşdur. Con Taytorun söylədikləri dünyada bir çox mübahisələrə səbəb olmuşdur. 2003-cü ildə Con Taytor Fondu "Con Taytor: Zaman səyahətçisinin nağılı" adlı kitab (ISBN 1-59196-436-9) nəşr etmişdir. Kitabda Con Taytorun iddiaları müzakirə olunur. 2004-cü ildə ABŞ-də Con Taytorun hekayəsinə əsaslanan "Zaman səyahətçisi Sıfır" adlı tamaşa səhnələşdirilmişdir. 2009-cu il istehsalı və əsasında 2011-ci ildə anime serialı da çəkilən "Steins;Gate" adlı vizual roman Con Taytor və onun hekayələrindən bəhs edir.
Conatan Taydor
Culiya Tayler
Culiya Tayler (ing. Julia Gardiner Tyler; 4 may 1820[…] və ya 17 may 1820, Lonq-Aylend, Nyu-York ştatı – 10 iyul 1889[…], Riçmond) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı. Doğum tarixi dəqiq məlum deyil (4 may və ya 29 aprel).
Cyperus rotundus var. taylorii
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Cyperus taylorii
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Dayna Tayminya
Dayna Tayminya (latış. Daina Taimiņa‎, ing. Daina Taimina ; 19 avqust 1954, Riqa) — latviya əsilli amerikan riyaziyyatçısı. Riyaziyyat elmlər doktoru. Dayna Tayminya 1954-cü ildə Riqada anadan olmuşdur. O, Riqa gimnaziyasını və Latviya Universitetini bitirib. 1990-ci ildə Belarus Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda «Behavior of Different Types of Automata and Turing Machines on Infinite Words» disertasiyasını müdafiə etmişdir. 1992-ci ildə isə Latviya Universitetində doktorluq disertasiyasaını müdafiə edir. Latviya Universitetində və Riqada Müəllim Təhsili İnstitutunda pedaqoq vəzifəsində işləmişdir. 1992-1996-cı illərdə «Zvaigzne» və «Mācību grāmata» mətbələrində elmi redaktor vəzifəsində çalışıb.
Daşpolad Tayib
Daşpolad Tayib (uyğ. تاشپولات تېيىپ, çin. ənən. 塔西甫拉提・特依拜, pinyin: tǎxīfǔlātí tèyībài; 1958, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin coğrafiyaşünası. 2010-cu ildən 2017-ci ilədək Sincan Universitetinin prezidenti vəzifəsində çalışmış olan Tayibə Çin hökumətinin keçirdiyi gizli məhkəmədə ölüm hökmü verilmişdir. Daşpolad Tayib 1958-ci ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. Tayib 1978-ci ildə coğrafiya təhsili almaq üçün Sincan Universitetinə daxil olmuş və 1983-cü ildə oradan məzun olmuşdur. O, 1988-ci ildə Yaponiyaya, Tokio Elm Universitetində magistr və doktorantura təhsili almaq üçün getmiş və burada 1992-ci ilin martında tətbiqi coğrafiya üzrə mühəndislik fəlsəfə doktoru olmuşdur. Tayib 1993-cü ildə Sincan Universitetinin Coğrafiya fakültəsində professor vəzifəsinə təyin edilmişdir. O, 1996-cı ildə Sincan Universitetinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2010-cu ildə Sincan Universitetinin prezidenti, o cümlədən universitetdə Çin Kommunist Partiyası katibinin müavini vəzifəsinə təyin edilmişdir.
Eduard Taylor
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[…], Kamberuell[d], Böyük London – 2 yanvar 1917[…]) – İngilis etnoqrafı. Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur.
Erigeron taylorii
Erigeron taylorii (lat. Erigeron taylorii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Lay
Lay (təbəqə)
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü 9 may — Qələbə Günü 28 may — Respublika günü.
Qay
Qay (Orenburq vilayəti)
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tar
Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
TAC
Tac
THY
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Tyay
𐕓 (səslənməsi /tʲʼ/, transkripsiyası Ṭ', ṭ') — Alban əlifbasının 36-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. տայ (Tay) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərf Tüyr hərfinin damaqlaşmış formasıdır. Lakin sözlərdə istifadəsi minimaldır və müasir Udi dilində qarşılığı məlum deyil.
Yay
Yay — ilin dörd fəslindən biri. Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.