taziyanə
tealgiya
OBASTAN VİKİ
.ki
.ki — Kiribatinin internet kodu.
Te-Pinnakls
Te-Pinnakls (ing. The Pinnacles) — Qərbi Avstraliya ərazisində yerləşən kiçik səhra. Səhranın adını «itiuclu qayalar səhrası» kimi açıqlamaq olar. Səhranın daxili qumlar içərisində hündürlüyü 1-5 metr olan iti uclu qalalıqlarla zəngindir. Ən yaxın yaşayış məntəqəsi 20 dəqiqəliq məsafədə yerləşən Servantes (Cervantes) şəhəridir.
Te-Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. == Tarixi == İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Te (İzer)
Te (fr. Theys) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38504. Kommunanın 2012-ci il üçün əhalisi 1991 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Cura te ipsum
Cura te ipsum (özün özünü müalicə et; ing. Physician, heal thyself) ifadəsi Latın dilində olsa da ona ilk olaraq Luka İncilində rast gəlinir. Luka (yevangelist) özü də yəhudilər tərəfindən həkim olaraq tanınırdı. Tarixçilərin açıqlamalarına görə, ifadə hələ İsanın peyğəmbər kimi qəbul edilmədiyi dövrdə Nazaret əhalisi tərəfindən onu tənqid etmək məqsədilə işlədilirdi. == İfadənin yaranması == Luka 4:23. Və o dedi: İfadənin latın versiyası olan Cura te ipsum Stridonlu İyeronim tərəfindən hazırlanmış İncilin latın tərcüməsi olan Vulqatadan sonra məşhurlaşmışdı və daha geniş olan Medice, cura te ipsumun qısaltması idi. Bəzi fərziyyələrə görə bu məsəl peyğəmbər xaça çəkilən zaman hələ də ona inanmayan, lağ edən insanların təhqirlərinin əks sədasıdır.Oxşar ifadələrə həm qədim yəhudi ədəbiyyat nümunələrində həm də Yaradılış kitabında rast gəlmək mümkündür. Qədim yunan dramaturqu Esxilin Zəncirlənmiş Prometey əsərində ifadənin oxşar forması mövcuddur. Xor Prometeyə səslənir: Xəstələnmiş pis bir həkim kimi / Ümidsizsən və tapa bilmirsən / Ki hansı dərmanlarla sən özünü sağalda bilərsən.
Tao Te Çinq
== Tao Te Çinq (Dao De Tszin) == Tao Te Çinq, Qədim Çin fəlsəfəsi olan Taoizmə aid kitabdır. === Tao Te Çinqin tarixi === Tao Te Çinq ənənəyə görə eramızdan əvvəl 600-cü illərdə yazılmışdır. Kitabın müəllifi taoist mütəfəkkir [[Lao Tszı]] (və ya Lao Zı, mənası "Qoca Usta") hesab olunur. Rəvayətə görə Lao Tszı sarayda arxiv baxıcısı imiş. Lakin kitabin müəllifliyi və yazılış tarixi tam təyin edilməmiş hesab olunur. Tao Te Çinqin mətninin daha əvvəlki dövrlərə aid olduğu, eramızdan əvvəl 6-cı əsrdə onun sadəcə olaraq qələmə alındığı hesab edilir. Tao Te Çinq özündən sonra gələn fəlsəfi və dini cərəyanlara, o cümlədən Neo Konfusianizmə və Çin Buddizminə dərin təsir göstərmişdir. Tao Te Çinq 250 dəfədən çox müxtəlif dillərə tərcümə edilmişdir. === Kitabın adının tərcüməsi === Tao Te Çinq adı müxtəlif formalarda tərcümə oluna bilər. Tao (Dao) – sözü əsasən "yol" kimi tərcümə olunsa da, "cığır", "kök", "metod" mənalarını da verir.
Kastavey-Ki
Kastavey-Ki (ing. Castaway Cay) — Baham adalarında özəl ada. Adanın keçmiş adı Qorda-Ki olmuşdur. Ada şimaldan cənuba 3.7 kilometr (2.3 mil) uzanır, maksimum eni 2.3 kilometr (1.4 mil), sahəsi təqribən 4 km2 qədərdir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 8 metr (26 ft) hündürlükdədir. Okean gəmiləri üçün liman olan dünyada yeganə özəl adadır. Adada təyinatı üzrə istifadə olunmayan, ancaq "böyüklər üçün" limandan çimərliyə gedən yol kimi xidmət hava limanı var. Velosiped və piyada yolları şəbəkəsi salınmışdır, turistlər dörd dayanacaqdan ibarət avtobus xətti ilə ada ətrafında hərəkət edə bilər. == Tarixi == Ada haqqında ilk qeydlər XVIII əsrin əvvəllərinə təsadüf edir. Ada o dövrün dəniz ticarət yollarının şimalında yerləşir.
Ki-Uest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Kokucisu-ki
Kokucisu-ki (旭日旗) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur. 1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur..Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir. == Xarici görünüşü == Ağ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. .
Ram-Ki
Ram-Ki (ing. Rum Cay — Baham adalarında ada və rayon. 1996-cı ilə qədər ada San Salvador və Ram-Ki rayonunun bir hissəsi idi. == Coğrafiya == San Salvador adasından 32 kilometr (20 mil) cənub-şərqdə yerləşən Ram-Ki adasının səthi əsasən düzdür, hündürlüyü təxminən 37 metr (121 ft) yüksəkliyə qədər olan yumşaq maili təpələrlə örtülmüşdür. Əsas yaşayış yeri kokos bağlarının ortasında yerləşən Port-Nelson kəndidir. == İnzibati bölgü == Ram-Ki Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Port-Nelson kəndidir. Rayonun sahəsi 78 km2, əhalisi 99 nəfərdir. == İqtisadiyyat == XIX əsrin ikinci yarısında Ram-Ki adasının əhalisi beş min nəfərə çatmışdır. Adanın iqtisadiyyatında mühüm yer ananasın becərilməsi, duz hasilatı və sisal istehsalı tuturdu, lakin rəqabət və 1926-cı il qasırğası kimi təbii fəlakətlər öz təsirini göstərmişdir.
Sil-Ki
Sil-Ki (ing. Seal Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir. == Coğrafiya == Ada Abako adalarının şimalında, Volkers-Kidən 3.3 kilometr (2.1 mil) şərqdə yerləşir. Qrupun ən şərqində yerləşən və ən yüksək (dəniz səviyyəsindən 3 metr (9.8 ft) hündürlükdə) adasıdır. Uzunsov formaya malikdir. Adanın uzunluğu 700 metr (2,300 ft), eni isə 85 metr (279 ft) kimidir. == Turizm == Volkers-Ki kimi, Sil-Ki adası da dayaz sahil suları ilə tanınır. Burada çoxlu balıqlar, xüsusən də əllə bəslənə bilən köpəkbalıqları var. Bundan əlavə, burada dalğıclıq da inkişaf etdirilir.
Volkers-Ki
Volkers-Ki (ing. Walker’s Cay) — Baham adalarında ada, Abako adalarının bir hissəsidir. == Coğrafiya == Adanın sahəsi 15 km2, uzunluğu 1,3 km, eni 88 ilə 485 m arasında, dəniz səviyyəsindən hündürlüyü 1 metrdir. Volkers-Ki Baham adalarının ən şimalında yerləşən adadır. == İnzibati bölgü == İnzibati cəhətdən Qrand-Ki rayonuna aiddir. Adada Volkers-Ki-Taun şəhəri yerləşir. == Turizm == Ada idman balıq ovu və dalğıclıq üçün məşhurdur. 2002-ci ildə Volkers-Ki sahillərindəki dəniz ərazisi milli park elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Bahamas-Walker's Cay".
Çen Ki
Çen Ki (15 aprel 1984) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çen Ki Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub.
Kİ Klaksvik
Klaksvíkar Ítróttarfelag ("Klaksvik İdman Klubu"), ümumi olaraq KÍ və ya KÍ Klaksvik kimi qısaldılmış formada adlandırılan, Klaksvik şəhərində yerləşən Farer adalarının peşəkar futbol klubudur. Klub 1904-cü ildə yaradılıb. Klub 20 dəfə Farer Adaları Premyer Liqasının və 6 dəfə də Farer Adaları Kubokunun qalibi olmaqla Farer adalarının ən uğurlu futbol klublarından biridir. Bundan əlavə KÍ Klaksvik UEFA-nın təşkil etdiyi Avropa yarışlarının qrup mərhələsində daha dəqiq desək UEFA Avropa Konfrans Liqasının hazırkı turnirində(2023-2024) oynayan ilk Farer adaları futbol klubudur. Klub formalarını mavi-ağ rənglərdə geyinir və matçlarını Við Djúpumýrar stadionunda keçirir.
De ki, de ki (mahnı)
De ki, De ki — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Namiq Qaraçuxurluya, musiqisi isə María Gracia Ortiz Vázquez-ə məxsusdur. Mahnının musiqisi əslən tunisli olan fransız müğənni Amina Annabinin 1978-ci idlə işıq üzü görən "Diki, diki" mahnısından götürülmüşdür.
Porque te vas (mahnı)
"Porque te vas" və ya "Por qué te vas" – məşhur ispan mahnısı. Azərbaycanca "Niyə gedirsən?" və ya "Çünki gedirsən" kimi tərcümə edilə bilir. Mahnı 1974-cü ilin əvvəllərində müğənni Janettenin və Jose Luis Peralesin tərəfindən yazılmışdır. Bu mahnı 1976-cı il Carlos Sauranın Cría Cuervos filmində istifadə olunmuşdur. == Mahnının sözləri == Mahnının ispanca sözləri: "Hoy en mi ventana brilla el sol Y un corazón se pone triste Contemplando la ciudad ¿Porque te vas? Como en cada noche desperté Pensando en ti Y en mi reloj todas las horas vi pasar ¿Porque te vas? Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas? Bajo la penumbra de un farol se dormirán Todas las cosas que quedaron por decir, se dormirán Junto a las manillas de un reloj esperarán Todas las horas que quedaron por vivir, esperarán Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas?
Ahn Seul-Ki
Ahn Seul-Ki (29 may 1992) — Cənubi Koreyalı marafonçu. Ahn Seul-Ki Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ahn Seul-Ki birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 36 dəqiqə 50 saniyəyə qət edərək 157 marafonçu sırasında 42-ci yeri tutdu.
Ayrıldıq ki, qovuşaq
"Ayrıldıq ki, qovuşaq" — 2013-cü ildə Azərbaycanda Azad Azərbaycan TV-nin "Vətənim yaradıcılıq birliyi" tərəfindən istehsal olunmuş qısametrajlı sənədli televiziya filmi.. == Məzmun == Film Azərbaycan SSR xalq yazıçısı Süleyman Rəhimov və onun iki övladı Şamo Rəhimov və Şamo Arifin həyatından bəhs edir. == Təqdimatı == Filmin təqdimat mərasimi 2013-cü ilin iyun ayında Bakı şəhərində olmuşdur. == Filmin üzərində işləyənlər == Rejissor: Emil Babayev Ssenari müəllifi: Günay Novruz Operator: Nəsimi Babayev, Şahin Mustafayev Prodüser: Rinat Qurbanoğlu == Texniki göstəriciləri == Filmin xronometrajı 44 dəqiqədir.
Ban Ki-mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ban Ki Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ki Bo-Bae
Ki Bo-Bae (d. 20 fevral 1988, Anyang, Cənubi Koreya) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb. == Karyerası == Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı.
Ki no Tsurayuki
Ki no Tsurayuki (yap. 紀貫之 ; 866 və ya 872, Heyan-kyo[d] – 30 iyun 945[…], Heyan-kyo[d]) — yapon şairi, Heyan dövrünün filoloqu, tanka janrında şeirlər yazan ədib, 36 ölməz şairdən biri. == Həyatı == Tsurayukinin həyatı və xarakteri ilə bağlı məlumatlar çox azdır. O həyatını əsasən ədəbiyyata həsr etmişdir. Tsurayuki köhnə zadəgan ailəsindən idi. O, Fucivara ailəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. 905-ci ildə Tsurayuki İmperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilir (bu birlik sonralar "Kokin vakasyu" (Köhnə və yeni yapon şeirləri toplusu) külliyatını tərtib edəcəkdi). Yalnız 930-cu ildə Ki no Tsurayuki Tosa əyalətinin hakimi təyin edilmiş (930-935) və bu dövrdə "Şinsenvakasyu" külliyyatını tərtib etmişdi. 935-ci ildə Ki no Tsurayuki 5 il müddətində nazirlərə ona yeni vəzifə verilməsi xahişi ilə müraciət etsə də, bu müraciəti ilə bağlı müsbət cavab ala bilməmişdir. Yalnız 940-cı ildə Ki no Tsurayuki mərasimlər idarəsində (cibusyo) xarici işlər və buddizm rahiblərinin işi üzrə şöbəyə (qembaryo) rəis təyin edilir, 944-cü ildə isə ona 5-ci dərəcə verilir.
Kim Hyan-Ki
Kim Hyan-Ki (d. 31 yanvar 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Hyan-Ki Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Ki-Taik
Kim Ki-Taik (3 oktyabr 1962) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Ki-Taik Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medala, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.