Telefoniya

telefon rabitəsinin yaradılması prinsiplərini öyrənən və onu həyata keçirmək üçün vasitələr işləyib hazırlayan elm və texnika sahəsi.
Teleavtomatik sistem
Telefonoqram
OBASTAN VİKİ
Telefoniya
Telefoniya — uzaq nöqtələr arasında səs, faks və ya məlumatların elektron ötürülməsi üçün telekommunikasiya xidmətlərinin işlənib hazırlanması, tətbiqi və yerləşdirilməsini nəzərdə tutan texnologiya sahəsi. Telefoniyanın tarixi telefonun ixtirası və inkişafı ilə sıx bağlıdır. Telefoniya ümumiyyətlə, telefonların və telefon sistemlərinin qurulması və ya istismarı və naqillərdən istifadə edərək və ya etməyərək nöqtələr arasında danışığın və ya digər səslərin ötürülməsində telefon avadanlıqlarının istifadə edildiyi telekommunikasiya sisteminə deyilir. Termin, həmçinin ənənəvi olaraq telefon avadanlığı tərəfindən yerinə yetirilən funksiyaları yerinə yetirən kompüter avadanlığı, proqram təminatı və kompüter şəbəkəsi sistemlərinə istinad etmək üçün tez-tez istifadə olunur. Bu kontekstdə texnologiyaya xüsusi olaraq internet telefoniyası və ya VoIP deyilir. İlk telefonlar birbaşa cüt-cüt birləşdirilirdi. Hər bir istifadəçinin əlaqə saxlamaq üçün hər bir yerə naqilli ayrıca telefonu var idi. İstifadəçilər bir neçə insanla ünsiyyət qurmaq istədikdə bu əlverişsiz və idarəolunmaz hala gəlirdi. Avtomatik telefon stansiyasının ixtirası yerli ərazidə xidmətdə olan hər hansı digər telefonla telefon əlaqəsi yaratmaq üçün həll yolu təqdim etdi. Hər bir telefon əvvəlcə bir naqil, daha sonra isə bir məftil cütü, yerli dövrə ilə stansiyaya qoşuldu.
IP telefoniya
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
IP-telefoniya
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. == Tarixi == IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
Mobil telefoniya
Mobil telefoniya — stasionar telefonlara yox, mobil telefonlara telefon xidmətlərinin göstərilməsi. Telefonun xüsusi olaraq yalnız səsli xidmətə və ya əlaqəyə işarə etməsi nəzərdə tutulur. Buna baxmayaraq, bəzən xətt bulanıqlaşa bilər. Müasir mobil telefonlar baza stansiyalarının yerüstü mobil şəbəkəsinə qoşulur, peyk telefonları isə orbitdəki süni peyklərə qoşulur. Hər iki şəbəkə dünyada istənilən telefonun yığılmasına imkan vermək üçün ictimai telefon şəbəkəsinə (PSTN) qoşulur. 2010-cu ildə dünyada beş milyard mobil abunəçi olduğu təxmin edilmişdir. Daxili qeydlərə görə, "American Telephone & Telegraph" 1915-ci ildə simsiz telefonun inkişafını müzakirə etmişdir, lakin texnologiyanın tətbiqinin ABŞ-də simli xidmət üzərindəki inhisarını poza biləcəyindən çəkinmişdir. İctimai mobil telefon sistemləri ilk dəfə İkinci Dünya müharibəsindən sonrakı illərdə təqdim edilmişdir. Bunun üçün münaqişədən əvvəl və münaqişə zamanı inkişaf etdirilən texnologiyadan istifadə edilmişdir. İlk sistem 1946-cı ildə ABŞ-mn Missuri ştatının Sent-Luis şəhərində açılmış, digər ölkələrdə isə sonrakı onilliklərdə tətbiq edilmişdir.
Multimedia telefoniyası
3GPP/NGN IP Multimedia Subsystem (IMS) multimedia telephony service (MMTel) — səs, gerçək zamanlı video, mətn, fayl ötürülməsi və şəkillərin, audio və video kliplərin paylaşılması kimi media imkanlarından istifadə edərək birləşmiş, sabit və mobil gerçək zaman rejimində multimedia rabitəsini təklif edən IMS-ə əsaslanan qlobal standart. MMTel ilə istifadəçilər sessiya zamanı media "add and drop" etmək imkanına malikdirlər. MMTel qeydiyyatdan keçmiş ICSI (IMS Communication Service Identifier) etiketlərindən biridir. MMTel standartı 3GPP və ETSI/TISPAN standartlaşdırma orqanları arasında ortaq layihədir. MMTel standartı bu gün həm sabit genişzolaqlı, həm sabit darzolaqlı, həm də mobil giriş növləri üzrə telefoniya xidmətinin xüsusiyyətləri ilə gerçək zaman rejimində multimedia rabitəsini təmin edən telefoniya xidmətini müəyyən edən yeganə qlobal standartdır. MMTel həmçinin standartlaşdırılmış NNI (Network-to-network interface) təqdim edir. Bu operatorlara öz şəbəkələrini birləşdirməyə imkan verir ki, bu da öz növbəsində MMTel-də müəyyən edilmiş media imkanlarının və əlavə xidmətlərin tam dəstindən istifadə edərək müxtəlif operatorlara məxsus istifadəçilərə bir-biri ilə əlaqə saxlamağa imkan verir.

Digər lüğətlərdə