termin
termin-ifadə
OBASTAN VİKİ
Anlayış
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. == Anlayışların meydana gəlməsi == Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Termin
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri). Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir. Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Alpaqut (termin)
== Tarixcə == "Alpaqut" (Alpagut, Alpağut, Alpaq, Alpat və s.) kəlməsinin tarixdəki ilk Türk Dövləti olan Hunlardan bu tərəfə istifadə edildiyi təsbit olunmuşdur. Uyğurlarda "Döyüşçü" mənasında istifadə olunurdu. Hunlarda isə Ordu Komandiri, indiki Hərbi General mənasında işlədilirdi. Sonunda; "Alpaqut" kəlməsi əsgərliklə bağlı olmuş, "cəsur", "igid" və "döyüşçü" mənasını verir. Daha sonrakı illərdə bu kəlməyə Türk tayfalarının adlarıı olaraq Anadoluda Alpaqut Türkləri kimi rastlanmışdır. "Alpaqut Türkmənlərinin" əsl yerləşdiyi məkan Azərbaycanın Şirvan bölgəsidir. Lakin, zaman keçdikcə, özəlliklə Osmanlı Dövləti Azərbaycanı itirəndən sonra Alpaqut Türkmənlərinin bəzi qrupları köç edərək Anadoluya, hətta Balkanlara qədər yerləşmişdilər. Yerləşdikləri bir çox yerlərə isə öz adlarını verməyə başlamışdılar. Elazığ, Çorum, Bolu, Kastamonu, Bursa, Ankara, Kütahya, Çanqırı, Çanaqqala, Bilecik ve Kırklarelide "Alpaqut" adıyla olan bir çox məkanlar vardır. Bugün kənd və qəsəbə adları xaricində bəzi ailələrin soyadları olaraq da rastlanmağı təsadüfi deyildir.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Höccət (termin)
Höccət — Ərəb dilində "dəlil, bürhan" mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə "höccət" deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir: Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir. İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. "Hafiz" mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir.Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Müvəssəq (termin)
Müvəssəq — Şiə hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Oyunçu (termin)
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Reyd (termin)
Reyd ya Lövbərsalma (ing. Roadstead, fr. Rade) — dənizçilik termini olub, gəmilərin limanda və ya dəniz buxtasında gözləmə mövqeyi tutaraq lövbər saldığı dayanacaq akvatoriyasına deyiliir.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) /yun.siphon-kiçik boru, nasos/- geomorfolo­gi­yada, yeraltı karst çaylarının kanalı­nın şaquli səthdə dirsəkvari əyil­məsi.
Siqə (termin)
Siqə — Ərəb dilində mənası "güvənilən"dir. Hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəmiyyət kəsb edir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Səbt (termin)
Səbt — Ərəb dilində "sabit" və "sağlam" mənalarını verən kəlmədir. Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir. "Səbtun" şəklində tək işlədildikdə tədilin üçüncü mərtəbəsinə, "səbtun-səbtun" şəklində təkrarən işlədildikdə tədilin ikinci mərtəbəsinə dəlalət edir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Səduq (termin)
Səduq — Ərəb dilində "doğrudanışan" deməkdir. Hədis elmində doğrudanışan ravilərə deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Takson (termin)
Takson – (rus. таксон, ing. taxon) /yun.taxis-də­rəcə, sıra, nomos-qanun/- dərə­cəsini və ya sistemdə yerini gös­tərən təsnifat vahidinin adı. Coğrafi təsnifatda və rayonlaşmada geniş istifadə edilir. Məs: fiz. coğ.rayon, vilayət, torpaq tipi, bitki forma­siyası və s.
Tağ (termin)
Tağ – (rus. свод, ing. arch) en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
İn (termin)
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir.1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. cons. == === nom. ===
Şott (termin)
Şott (rus. шотт, ing. shott) /Ər./- şimal-qərbi Afrikada, Böyük Səhranın şimal-qərbində yumşaq duz qatı olan çökəklik. Şott gur yağışlar zamanı şor gölə çevrilir. Əlcəzairdə Melkir Şott dibi dəniz səviyyəsindən aşağıda yerləşir.
Aliya (termin)
Aliyah (İvrit dilində: עֲלִיָּה) yəhudilərin diasporadan İsrail torpağına immiqrasiyasını bildirən termindir. Bundan əlavə, “yuxarı qalxmaq” (Qüdsə getmək) və “İsrail torpağından keçərək Aliyah etmək” kimi təyin olunan vəziyyət sionizmin əsas prinsiplərindən biridir. Aliyahın əksi Yeridadır (İbranicə: ירידה), mənası “enmə” deməkdir. İsrailin Qayıdış Qanunu dünyadakı yəhudilərə, onların övladlarına və nəvələrinə avtomatik yaşayış və İsrail vətəndaşlığı hüququ verir. Yəhudi xalqının tarixinin əksər hissəsində “Aliyah” özünü əsrlər boyu milli arzu kimi ifadə edib və diasporda yaşayan yəhudi xalqının həsrəti olmuşdur. O, ümumiyyətlə, XIX əsrin sonlarında sionist hərəkatının inkişafına qədər yerinə yetirilməmişdir. Yəhudilərin Fələstinə genişmiqyaslı köçü 1882-ci ildə başlanmışdır. 1948-ci ildə İsrail Dövlətinin qurulmasından bəri 3 milyondan çox yəhudi İsrailə köçmüşdür. 2014-cü ilə olan məlumata görə, İsrail və Fələstin ərazilərində birlikdə dünya yəhudi əhalisinin 42,9%-i yaşayır.
Müdafiə (ümumi anlayış)
Bu sözün aşağıdakı mənaları vardır : Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə - nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Nöqtə (ümumi anlayış)
Nöq́tə:
Nöqtə (ümumi anlayış )
Nöq́tə:
İqtisadiyyat (ümumi anlayış)
İqtisadiyyat sözünün aşağıdakı mənaları var: İqtisadiyyat — insanların tələbatlarını ödəmək üçün məhdud imkanların istifadə edilməsini və təsərrüfat fəaliyyətində müxtəlif tərəflərdə yaranan münasibətləri öyrənən elm.İqtisadiyyat (təsərrüfat) — tələbatlarını ödəmək üçün insanların istifadə etdiyi istehsal vasitələri nin məcmusu.İqtisadiyyat (təsərrüfat fəaliyyəti) — təsərrüfat fəaliyyətinin hər hansı sahəsinin təşkili,strukturu və vəziyyəti.Dünya iqtisadiyyatı — dünya iqtisadiyyatının təşkili, strukturu və vəziyyəti.İqtisadiyyat (istehsal üsulları) — cəmiyyətdə istehsal vasitələrinin müəyyən mərhələdə istehsal münasibətlərinin məcmusu,cəmiyyətdə hakim istehsal üsulları.İqtisadiyyat (qəzet) — Azərbaycanda həftəlik qəzet.
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. == Həmçinin bax == Tektonika == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. == Həmçinin bax == Kolloidlər Diffuziya Elektrolit Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
заваля́щий не бога́че низкоурожа́йный однокро́вный превраща́емость ре́пище ропта́ть тягоме́р хариджа́ны гора́зд ежеви́чный корневи́щный обглода́ть обновлённо при всей честно́й компании счастли́вец зепать alternative hydrolant road-roller вмазка омёт проработать старина тралер