Böyük terror
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür.
== Başlanğıc ==
Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi.
Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.