TİFTİKLİ
TİK
OBASTAN VİKİ
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Tiğiyə (Nəmin)
Tiğiyə (fars. تيغيه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (44 ailə).
Yuxarı Tiğnit (Çaldıran)
Yuxarı Tiğnit (fars. تغنيت عليا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).

Digər lüğətlərdə