TOP¹

сущ. туп (футбол, волейбол ва мс. къугъвадай); rezin top жиринин туп; topla oynamaq тупунал къугъун; ** top kimi (sağlam) туп хьтин (хьиз), гзаф сагълам, са тӀал-квални авачир, сапсагълам.
TONYARIMLIQ
TOP²
OBASTAN VİKİ
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Avtomatik top
Avtomatik top — sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Brilliant top
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV–XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla "atəşə tutan" komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT — cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Top (şahmat)
Top — Şahmat fiquru. Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. == Ümumi məlumat == Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kiçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.
Krop-top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Krop top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Qızıl top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Qızıl top 1956
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı ilk dəfə 1956-cı ilin 18 dekabrında Stenli Metyuz qazanmışdır.
Qızıl top 1957
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1957-ci ilin 17 dekabrında Alfredo Di Stefano qazanmışdır.
Qızıl top 1958
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1958-ci ilin 16 dekabrında Raymon Kopa qazanmışdır.
Qızıl top 1959
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1959-cu ilin 15 dekabrında Alfredo Di Stefano qazanmışdır.
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. == Tarixi == Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
Top-Komanda Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Halat toppuztikan
Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ.
Hücum topu
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Hərbi Topoqraflar burnu
Hərbi Topoqraflar burnu — Çukot Muxtar Rayonunun cənubunda yerləşən burun. Sahillərini Berinq dənizi yuyur. İnzibati Çukot Muxtar Dairəsinin Anadır rayonu ərazisinə daxildir. Anadır körfəzi, Uşakov buxtasının şimal-şərq çıxacağında yerləşir. Çukot dilindən tərcümədə А’тчынот — «qapalı torpaq» mənasını verir. 2011-ci ildə burun yaxınlığında Cənubi Koreyaya məxsus olan Oriental Angel balıqçı trauleri batmışdır.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Kürəşəkilli ulduz topası
Kürəşəkilli ulduz topaları və ya sadəcə kürəşəkilli topa – çoxlu sayda ulduzlardan ibarət olan, qravitasiya ilə bir-birinə sıx bağlı olan və qalaktik mərkəzin ətrafında peyk olaraq fırlanan ulduz topalarıdır.
Manna toponimləri
Manna toponimləri – Manna ərazisində yayaılmış toponimlər. Həmin toponimlərinin bir çoxu bu gün də tarixi Azərbaycan ərazisində qalmaqdadır. Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları qədim yerli adlar adlandıraraq üstündən keçmişlər. Əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaratmışdır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal şəkilçisini bəzi adlarda köklü "u" sonluğundan ayırmaq çətinliyə səbəb olmuşdur. P a r s i n d u – E. A. Qrantovski bu adı İranmənşəli saymış və onu Fars (Pars) etnonimi ilə bağlamışdır. Q. Qeybullayev isə qeyd edir ki, mənbədə, Parsindunun Ameka adlı bir hakimin qalası olması deyilir. Ehtimal ki, bu qala er. əv.
Mansudae Toplantı Zalı
Mansudae Toplantı Zalı — Koreya Xalq Demokratik Respublikasının qanunverici hakimiyyəti hesab olunan Yüksək Xalq Məclisinin əyləşdiyi binadır. Toplantı Zalı Pxenyan şəhərində yerləşən Koreya İnqilabı Muzeyinə bitişik yerləşir. Təsisatlara parlament nümayəndələrinin əyləşdiyi 2000 yerlik və 4300 kv metr ərazini əhatə edən əsas toplantı zalı həmçinin 10 müxtəlif dilə sinxron tərcümə edə biləcək zal daxildir. Bina Stalinist memarlıq üslubunda inşa edilsə də üzərində müxtəlif Koreya elementləridə təsvir edilmişdir.
Marallarım (hekayələr toplusu)
Marallarım — Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən "Marallarım" adı altında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi hekayələrini "Mütrüb dəftəri" ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini verir, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu. Onun 1910–1913-cü illərdə "Molla Nəsrəddin" jurnalında "Ceyranəli" imzası ilə çap etdirdiyi "Marallarım" adlı hekayələr toplusuna aşağıdakılar daxildir: "Müqəddimə" (Molla Nəsrəddin jurnalı, S.29, 1910) "Mütrüb Dəftəri" (Molla Nəsrəddin jurnalı, S.30, 1910) "Dəcəlabad" (Molla Nəsrəddin jurnalı, S.42, 1910) "Yaşılbaş Sona" (Molla Nəsrəddin jurnalı, S.28, 1911) "Qiraət" (Molla Nəsrəddin jurnalı, S.30–35 arası, 1911) "Şikayət" (Molla Nəsrəddin jurnalı, S.35, 1911) "Şəbih" (Molla Nəsrəddin jurnalı, S.7, 1912) "Pir" (Molla Nəsrəddin jurnalı, S.10–12 arası, 1913) "Tənqid" (Molla Nəsrəddin jurnalı, S.14–16 arası, 1913) "Acından Təbib" (Molla Nəsrəddin jurnalı, S.22–24, 1913) 1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. O, bu dövrdə "Marallarım" silsiləsindən olan satiric və başqa ciddi ruhlu çoxlu hekayələr çap etdirir. Hekayələrin bir hissəsi "Marallarım" (1927) və digər hissəsi "Hekayələr" (1940) kitabında toplanmışdır. "Marallarım" ilk dəfə tərtib edilərək kitab şəklində "Azərnəşr" tərəfindən 1927-ci ildə Bakıda nəşr edilmişdir. "Marallarım" başlığı ilə yazılan hekayələr "Xortdanın Cəhənnəm Məktubları" və "Mozalanbəyin Səyahətnaməsi" -nin davamı olaraq qələmə alınmışdır. Haqverdiyevin "Marallarım" sərlövhəsiylə çap etdirdiyi hekayələr "Cəhənnəm məktubları"nı tamamlayır. Hekayələrdə "cəhənnəmdə" cəza çəkənlərin oraya "getməzdən" əvvəl dünyada gördüyü işlər təsvir və ifşa olunur.
Midiya toponimləri
Midiya toponimləri – Midiya dövləti ərazisində yayılmış tarixi toponimlər. Midiya toponimlərinin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsinin olmadığına görə onun m səsi ilə, ç və c səslərinin olmadığına görə onların s və z səsləri ilə verilməsi, adların sonlarındakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını dəqiq bərpa etmək çətin olmuşdur. Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur, lakin sonrakı dövrlərdə aparılan hərtərəfli elmi tədqiqatlardan sonra mannalar və onların birbaşa etnik və mədəni varisi olan madayların türk mənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindən söylənilmiş bu fikir daha sonra prof. Q. Qeybullayev tərəfindən müdafiə olunmuşdur.
Mirqorod povestlər toplusu
Mirqorod povestlər toplusu (rus. Миргород (сборник)) — 1835-ci ildə Nikolay Qoqolun "Mirqorod" və "Ədəbi parçalar" adlı iki kitabı işıq üzü görüb. "Mirqorod" iki hissədən ibarət idi. Birinci hissəyə "Köhnə dünya mülkədarları" və "Taras Bulba", ikinci hissəyə isə "Viy", "İvan İvanoviçlə İvan Nikiforoviçin dalaşması haqqında povest" daxil idi. Müəllif "Mirqorod"u həm də "Dikanka yaxınlığında Xutorda axşamlar"ın davamı adlandırmışdı. Bu ikinci ad onunla əlaqədar idi ki, "Axşamlar" kimi bu yeni povestlərdə də ancaq Ukraynanın müasir həyatından və tarixi keçmişindən bəhs olunur. Bununla belə üslüb, yaradıcılıq metodu cəhətdən "Viy" müstəsna olmaqla, "Mirqorod" "Axşamlar"dan tamamilə fərqlənirdi. Belə ki, "Viy" "Axşamlar"da olan povestlər kimi nağılvari, fantastik, sehrli bir süjetdə yazıldığı halda qalan povestlər tənqidi realizm üslubunda yazılmışdı. Hətta yüksək romantik pafosla zəngin olan "Taras Bulba"da da realist həyat səhnələri, canlı insan xarakterləri əsas yer tuturdu. "Viy" xalq əfsanələri əsasında yazılmış povestlərdən biri idi.
Mirzə Cəfər Topçubaşov
Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov (1790–1869) — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru. == Həyatı == Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncə şəhərində anadan olmuşdu. Sonralar ailəsi ilə birlikdə Tiflis şəhərinə köçmüşdü. 1812-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinə tərcüməçi təyin edilmişdir. 1819-cu ildə Mirzə Cəfər Sankt-Peterburq Baş Pedaqoji İnstituta fars dilçiliyi kafedrasına müəllim dəvət olunmuşdur. O, burada ərəb, fars və türk dillərindən dərs deyirdi. M. Topçubaşov 1835-ci ildə universitetin İran ədəbiyyatı kafedrasının müdiri və professoru olmuşdur. M. C. Topçubaşov 1849–1867-ci illərdə Asiya departamenti nəzdindəki Şərq Dilləri İnstitutunun professoru kimi fəaliyyətini davam etdirmişdi. O, Rusiya arxeologiya və numizmatika cəmiyyətinin yaradıcılarından biri olmuş, 1852–1857-ci illərdə onun şərq şöbəsinin müdiri işləmişdir.
Murad Topalyan
Murad Topalyan (erm. Մուրադ Թոփալյան); ing. Mourad Topalian; 1943) — "Moose" (Maral) ləqəbli erməni terrorçu, "Amerika Ermənləri Milli Komitəsi"nin (ing. Armenian National Committee of America) keçmiş sədri. == Bioqrafiyası == Murad Topalyan 1943-cü ildə dünyaya gəlib. Amerikadakı erməni diasporunun tanınmış liderlərindən biri olub, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə "Ağ evdə" olub və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirib. Bundan başqa dəfələrlə ABŞ Konqresində konqresmenlərlə görüşüb. "U.S. News & World Report" jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçüb və "Kayxodi" kollecinin vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. Həmin il ona qarşı "ABŞ Murad Topalyana qarşı" (USA vs.
Mustafa Topçubaşov
Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat. == Həyatı == Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub.
Mustafa bəy Topçubaşov
Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat. == Həyatı == Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub.
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Məryəmnoxudyarpaq topulqa
Naxçıvan Muxtar Respublikasındakı toponimlər
Naxçıvan Muxtar Respublikasındakı toponimlərı — Naxçıvanın coğrafi adlarının toponimləri. == Etnik mənşəli toponimlərin tarixi == Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış coğrafi adların bir qrupu uzaq, tarixi keçmişdə meydana gəldiyi halda, başqa bir qrupu orta əsrlərdə və qismən müasir dövrdə yaranmışdır. Coğrafi adların tarixi, dilçilik, coğrafi baxımdan tədqiqi onların yaranma vaxtının aydınlaşdırılması, mənalarının aşkarlanması paralellərinin müəyyənləşdirilməsində və coğrafi yerləşməsinin aşkarlanmasında mühüm elmi əhəmiyyət kəsb edir. Deməli, toponimlər tarixi dəlilsiz, köksüz, etimologiya baxımından izahsız lal, coğrafi cəhətdən araşdırılmadan isə məkansızdı. Naxçıvan MR ərazisində mövcud olan coğrafi adlardan bir qrupunun adı türkdilli xalqların yaşadığı ərazilərdə də tarixən kök salmışdır. Naxçıvan bölgəsi Manna (e.ə. IX–VII əsrlər), Maday (e.ə. VII–VI əsrlər) və Atropatena (e.ə. IV-əsr-b.e. IV–III əsrinə qədər) dövlətlərinin tərkib hissəsi olmuşdur.
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir (kitab)
Nayk Braziliya topu
Nayk Braziliya topu — futbol topu Braziliyalılar ABŞ top şirkəti ilə 1996-cı ildə 120 milyon dollar dəyərində müqavilə imzalayarkən, hər kəs təəccüblənmişdi. Nəticədə bu top 1998-ci ildə hazır oldu. Bu topun vurulan trayektoriya ilə getməsi onun ən böyük üstünlüyüdür.
PZA Loara zenit-top kompleksi
İstehsalçı ölkə: Polşa İstehsalçı firma: Radwar Tip: Özüyeriyən zenit-top kompleksi İstehsal tarixi: 1990 Xidmətə giriş ili: 1990 – günümüzə Ekipaj: 3 nəfər == Ölçülər == Ağırlığı: 45.3 ton Uzunluğu: 6.67 m Eni: 3.4 m Hündürlüyü: 2.19 m Klirens: 0.47 m == Müdafiə == Zireh: 490 mm-lik homogen polad Sis bombaları == Performans == Dalış dərinliyi: 1.2 m Xəndək keçmə: 2.8 m Maneə keçmə: 0.85 m Qalxma dərəcəsi: 60º Motor: S-1000 dizel Güc: 1000 at gücü Maksimal sürət: 60 km/saat Mənzili: 650 km Dayandırılması (Asqı tipi): fərdi burulma bar == Silahlanma == 2 ədəd 35 mm-lik Oerlikon L/90 avtomatik top Kalibr: 35 mm Mərmi: 35x228 mm Lülənin qalxma bucağı: -5º... +92º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 1175 metr/saniyə Atış tezliyi: 550 atış/dəq (hər biri) Hədəfi məhvetmə hündürlüyü: 5 km Hədəfi məhvetmə uzaqlığı: 4 km Radarın avtomatik hədəf izləmə məsafəsi: 26 km == İstifadə edən ölkələr == Polşa 35 mm-lik PZA “Loara-A” zenit-top kompleksi, T-72M1 tankının Polşa variant olan PT-91-in bazasında hazırlanmışdır.
Paphiopedilum topperi
Paphiopedilum kolopakingii (lat. Paphiopedilum kolopakingii) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü.
Paris topu
Paris topu, Almanların Birinci Dünya Müharibəsi dövründə 1918-ci ilin Mart və Avqust ayları arasında Paris şəhərini bombalamaq üçün istifadə etdikləri bir dəmir yolu topudur. Kayser Wilhelm topu olaraq da bilinən topun bombardmanı zamanı 250 mülki şəxs ölmüş və 620 nəfər yaralandı. Parisə 128 km məsafədən 320-367 dəfə atəş açmış və şəhərdə geniş çaxnaşmaya səbəb olmuşdur. Çünki atəş açılan zaman yaranan səs bu məsafədən eşidilirdi. Top; təxminən 1 tonluq mərmisini 130 km məsafəyə ata bilirdi. Fransa ilə baş verən qarşıdurmada bir istisna edilmiş və 2 km irəli gətirilən top 128 km-dən atəş açaraq Parisi bombaladı və atışları da mükəmməl idi. Tarixi boyunca təxminən 850-900 fransız əsgərini öldürən top Adolf Hitler tərəfindən uğursuz sayıldı və qısa müddət sonra top istifadədən çıxarıldı. Top mərmisini göndərdikdə, mərmi lülədən böyük sürətlə çıxırdı və təxminən 3 - 3,5 saniyə sonra stratosferə girdi. Topu istifadə etmək üçün təxminən 45 işçi lazım idi. Kruppun zavodlarında istehsal edilmişdir.
Portuqaliya Qızıl Topu
Portuqaliya Qızıl Topu (portuqal dilində: A Bola de Ouro) futbol mükafatı Portuqaliya idman qəzeti sayılan "A Bola" tərəfindən hər il Portuqaliya Premyer Liqasında ən yaxşı oyun sərgiləmiş futblçuya təqdim edilən mükafatdır. Mükafatın ilk sahibi isə 1991-ci ildə artq futbolu tərk etmiş əfsanəvi Eysebio olmuşdur. Mükafatın təqdim olunduğu ilk mövsümündə, bu karyerası parlaq olmuş futbolçuya təqdim edilmişdir. Lakin 1991-ci ildən sonra mükafat liqanın ən yaxşı futbolçusuna təqdim edilməyə başladı. == Qaliblər == 2001 - 2008-ci illər aralığında mükafat təsis edilməmişdir.
Pəri xanım Topçubaşova
Pəri Həsən bəy qızı Topçubaşova (1873, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1947, Paris, Dördüncü Fransa Respublikası) — Azərbaycanın birinci xanımı, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı. == Həyatı == === Ailəsi === İki il Bakıda işsiz qalan Həsən bəy Zərdabi 1880-ci ildə ailəsi ilə birlikdə doğma kəndinə Zərdaba köçür. Bu zaman onun böyük qızı Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyəti ağır olsa da Həsən bəy qızını oxutmaq arzusu ilə yaşayırdı. Azərbaycanda qız məktəbi olmadığından Həsən bəy qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur. Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı. Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu. Araşdırmaçı Qərənfil Dünyamin qızı yazır ki, Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı Şərq qadınlarına xas olan gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edib. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına cevrilir.

Значение слова в других словарях