TOP
TOPA
OBASTAN VİKİ
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Avtomatik top
Avtomatik top sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar ümumiyyətlə pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Brilliant top
"Brilliant top"un qalibləri
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV-XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla “atəşə tutan” komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artileriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Top (şahmat)
Top — Şahmat fiquru Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. == Ümumi məlumat == Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.
Dutch Top 40
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Gümüş top (Portuqaliya)
Gümüş top (por. Bola de Prata) — Portuqaliya Premyer Liqasının mövsüm ərzində bombardir olmuş oyunçusuna təqdim edilən mükafat. Əgər mükafata eyni anda 2 və ya daha çox futbolçu namizəd olarsa bu halda mükafat daha az oyun keçirmiş futbolçuya təqdim edilir. Mükafat ilk dəfə olaraq idman qəzeti sayılan A Bola tərəfindən 1952/53 mövsümünün sonunda sahibinə təqdim edilmişdir.
Qızıl top 1956
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı ilk dəfə 1956-cı ilin 18 dekabrında Stenli Metyuz qazanmışdır.
Qızıl top 1957
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1957-ci ilin 17 dekabrında Alfredo Di Stefano qazanmışdır.
Qızıl top 1958
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1958-ci ilin 16 dekabrında Raymon Kopa qazanmışdır.
Qızıl top 1959
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı 1959-cu ilin 15 dekabrında Alfredo Di Stefano qazanmışdır.
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. == Tarixi == Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
Top-Komanda Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Top-level domain
İnternet (lat. internus — daxili və lat. inter — arasında; ing. Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar: hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; kompüter rabitə kanalı; tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi; bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi.
"Cavidşünaslıq" araşdırmalar toplusu
=== Nəşr Tarixi === Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının rəhbərliyi və muzeyin əməkdaşları tərəfindən yüksək tədqiqatçılıq zəhməti hesabına müxtəlif illərdə (1912–1983) mətbuat orqanlarında filosof şair Hüseyn Cavid haqqında olan materiallar 2012-ci ildə sistemləşdirilərək "Cavidşünaslıq" adı ilə ayrı-ayrı toplular (10 cild) halında daha mükəmməl şəkildə yenidən nəşr olunmuşdur. === İdeya və Məzmunu === Sanballı və fundamental tədqiqat işi kimi toplunun tərtibçisi, əski əlifbada olan materialların transliterasiyası, lüğətini hazırlayanı və ön sözünün müəllifi Muzeyin direktoru, görkəmli cavidşünas alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Cavid yaradıcılığı hələ ədibin öz sağlığında tədqiq və təhlil olunmağa başlamış, onun yaradıcılığı araşdırma obyekti kimi mətbuat səhifələrində öz əksini tapmışdır. AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi fəaliyyətinin mühüm uğurlarından biri kimi hazırlanan "Cavidşünaslıq" toplusunun ideyası da məhz həmin araşdırmaların bir araya gətirilərək ayrı-ayrı toplular halında çap edilməsidir. Toplunun cildlərində Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında müxtəlif mətbu orqanlarda işıq üzü görmüş məqalə və araşdırmalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Bunların sırasında teatr tamaşaları haqqında elanlardan tutmuş Hüseyn Cavid yaradıcılığı ilə bağlı rəngarəng tədbirlər haqqında informasiya verən yazılar da vardır. Toplunun tərtibi zamanı tarixi həqiqətin mümkün qədər təhrif edilməməsinə, Cavid haqqında istər müsbət, istərsə də tənqidi fikirlərin bütünlükdə əks olunmasına xüsusi diqqət göstərilmişdir. === Strukturu === Oncildlik nəşr hələlik böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 70 illik möhtəşəm bir dövrü 1920–1983-cü illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan verir. Toplunun ilk cildlərinə (I–III) daxil edilmiş 1912–1936-cı illərdə yazılan məqalələrin böyük bir qismi Hüseyn Cavidin əsərlərinin tamaşalarına olan təhlil və tənqidlərdən ibarətdir. Toplunun növbəti cildlərində (IV–VI) 20 illik (1936–1956) qadağa dövründən sonrakı 5 ildən başlayaraq 1970-ci ilin sonu qədər yazılmış məqalələr verilmişdir.
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi.Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
100 mm-lik M1944 (BS-3) topu
BS-3 SSRİ tərəfindən yaradılmış olan 100 mm-lik çapa malik tank əleyhinə topdur. Silahın rəsmi adı “100 mm-lik səhra Topu modeli 1944 (BS-3)” (Rusca: 100-мм полевая пушка образца 1944 года (БС-3)) olmuşdur. İkinci dünya müharibəsi dövründə xidmətə qəbul edilmiş top 1950-ci illərə qədər istifadə edilmişdir. 1955-ci ildə Qızıl Orduda yerini MT-12 Rapira tank əleyhinə toplara buraxmışdır. BS-3 modeli bir çox ölkəyə satılmışdır. Bəzi ölkələrin silahlı qüvvələrində hələ də istifadə edilir. Hal-hazırda da, BS-3 toplarına aid olan hissələri Rusiya Silahlı Qüvvələrinin artilleriya bölmələrində tapmaq mümkündür. Ayrıca olaraq, 2012-ci ildə Kuril adalarında yerləşdirilmiş gəmi əleyhinə və desant əleyhinə hərbi birlik olan XVIII artilleriya və pulemyot hərbi birləşməsinin arsenalında ən azı 12 ədəd BS-3 topunun olduğu məlumdur. == Tarixi == BS-3 modeli əslində B-3 dəniz topunun bir başqa forması idi. Konstruksiyası V. G. Grabin tərəfindən həyata keçirilmişdir.
85 mm D-44 divizion topu
85 mm D-44 divizion topu (rus. 85-мм дивизионная пушка Д-44) Sovet istehsalı 85 mm-lik yedəkdə daşınan topdur. SSRİ Silahlı Qüvvələrində istifadə edilən 76 mm-lik M1942 divizion topunu əvəz etmək məqsədilə hazırlanmışdır.
85 mm D-44 diviziya topu
85 mm D-44 divizion topu (rus. 85-мм дивизионная пушка Д-44) Sovet istehsalı 85 mm-lik yedəkdə daşınan topdur. SSRİ Silahlı Qüvvələrində istifadə edilən 76 mm-lik M1942 divizion topunu əvəz etmək məqsədilə hazırlanmışdır.
Adi toppuztikan
Adi toppuztikan (lat. Echinops ritro) - toppuztikan cinsinə aid bitki növü.Echinops ritro L.- ( = E. ruthenicus Bieb.) – Adi toppuztikan (Toppuztikan, qara südotu) == Botaniki xarakteristikası == Toppuztikan kökümsovulu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Gövdəsinin yuxarı hissəsi budaqlanan, ağımtıl- hörümçək toruna bənzəyən naxışlıdır. Yarpaqları növbəli, yuxarı hissəsi yaşıl, enli-neştərşəkilli, dərin lələkvari-bölümlü, uzunluğu 25 sm, eni isə 6 sm-ə qədər kənarları tikanlı və tikanlı-dişcikli, aşağı yarpaqları saplaqlı olub, əsası oturaqdır. Şarabənzər başcıqlı növünün yarpaqları hər tərəfdən kələ-kötür, nahamar, metalabənzər tükcüklü olub, yapışqanlıdır. Təkçiçəkli səbətciyi sıx, şarabənzər başcıqlı, 4-6 sm diametrində olub, gövdənin və budaqcıqların təpəsində yerləşir. Səbətciyi çoxcərgəli, üç formalı yarpaqcıqlı: xarici yarpaqcıqları qılaoxşar, ölçüsü daxildəkindən bir neçə dəfə qısa, orta yarpaqcıqları yarpağabənzər, demək olar ki, xarici yarpaqcıqlarla bərabər, daxili yarpaqcıqları isə neştərvari, tacın uzun borucuğuna bərabər olur. Adi toppuztikanın daxili yarpaqcıqları göyümtül, şarabənzər başcıqlı digər yarpaqları isə açıq-mavidir. Bütün çiçəkləri boruşəkilli, kasacığı kəkilli adi toppuztikanın tacı isə göyümtül, şarabənzər başcıqlı növündə isə ağdır. Meyvələri tükcüklü, silindrik toxumlu olub, 7-9 mm, eni isə 2 mm olmaqla, kasavari kəkildən ibarətdir.
Aeronaviqasiya məlumatlarının toplusu
Aeronaviqasiya məlumatlarının toplusu (ing. Aeronautical Information Publication) — bütün dünyada təhlükəsiz uçuşun həyata keçirilməsi üçün pilot və hava hərəkətini idarəetmə orqanları (ATC, ATM), habelə hava nəqliyyatının idarə olunması, gömrük, sərhəd və sanitariya nəzarəti və hər bir hava limanının və rayon mərkəzinin inzibati qaydaları üzrə tələblər tərəfindən istifadə olunur. == Toplunun məzmunu == Kolleksiya daxildir: Hava limanlarının sxemləri:Aerodrom haqqında məlumat Aerodrom xəritəsi Aerodrom yerüstü hərəkət xəritəsi / enişdən sonra / uçuş üçün Rayon xəritəsi Cihazlar/vizual qaydalar üzrə standart uçuş kartı Cihazlar/vizual qaydalar üzrə standart gəliş kartı Cihazlar/vizual qaydalar üzrə standart yürüş xəritəsi Enməyə daxilolma üçün kartNodal nəzarət sahələri:Rayon xəritəsi Tranzit marşrutları xəritəsi Qadağan olunmuş rayon bölgələrinin xəritəsiHər bir bölgə üçün hava trafik məlumat kartları Hər bir rayon üçün gömrük, sərhəd və sanitariya tələbləri. == Toplunun yaradılması və dəyişdirilməsi == Hər bir ölkədə bu toplu dövlət orqanı tərəfindən nəşr olunur və dövlət sənədi hesab olunur. == İstinadlar == == Xarici keçidlər == "Avsim" (rus). 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
Aleksandr Topanov
Aleksandr Mixayloviç Topanov (rus. Алексaндр Михaйлович Топaнов; 10 oktyabr 1903, Şira aymağı, Qərbi Sibir vilayəti[d] – 10 yanvar 1959, Alupka, Krım vilayəti[d]) – Xakas şairi və dramaturqu, Xakas ədəbiyyatının ilk yaradıcılarından biri, xakas əlifbasının və yazı sisteminin müəllifi. == Həyatı == Alexander Topanov 28 sentyabr 1903-cü ildə Yenisey quberniyasının Ust-Fırkal kəndində (indiki Xakasiyanın Şirinsk rayonu) anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almış, sonra Krasnoyarsk Ruhani Seminariyasını, birillik müəllimlik kursunu bitirmişdir. Daha sonra İrkutsk Universitetininin hüquq fakültəsinə daxil olsa da, ancaq vətəndaş müharibəsi ilə bağlı baş verən hadisələr səbəbindən məzun ola bilməmidir.Orta və pedaqoji məktəbdə müəllim işləmişdir. 1927-ci ildən Moskvada Milli Azlıqlar Şurasında çalışmışdır. 1931-1947-ci illərdə Xakasiya Milli Teatrının aktyoru və ilk bədii rəhbəri olmuşdur. O, teatrda həm dramaturq, həm bədii rəhbər, həm də aktyor kimi fəaliyyət göstərmişdir. 1948-ci ildə repressiya qurbanı kimi Xakasiyanı tərk etməyə məcbur olmuş, Krıma köçərək ömrünün sonlarına kimi orada yaşamışdır. 10 yanvar 1959-cu ildə Krımın Alupka şəhərində vəfat etmiş, orda da dəfn olunmuşdur.
Azərbaycan Top Liqası 1992
Azərbaycan Premyer Liqası 1992 — Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının futbol üzrə sayca birinci çempionatı. Bakının "Neftçi" klubu ilk çempion olub. Sumqayıtın "Xəzər" komandası ikinci, "Turan" (Tovuz) isə üçüncü olub. == Format == İlk mərhələdə 26 klub hər birində 13 klub olmaqla iki qrupa bölunur. Çempionatda 26 komanda iştirak edib. Onlar hər birində 13 komanda olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda II mərhələdə 1-12 yerlər uğrunda, digərləri 13-26-cı yerlər uğrunda oynayıb. Mübarizə ilk mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. Əsasnaməyə uyğun olaraq turnirdə ən zəif çıxış etmiş 8 komanda aşağı dəstəyə düşüb. Qələbəyə görə komandalar 2 xal, bərabərliyə görə isə 1 xal qazanıblar.
Azərbaycan Top Liqası 1993
Azərbaycan Premyer Liqası 1993 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 2-ci Azərbaycan çempionatıdır. == Məlumat == Qələbəyə görə 2, heç-heçəyə 1 xal verilib. 20 komanda hər birində 10 olmaqla 2 qrupda mübarizə aparıb. Bu komandalardan 2-si – “Nicat”, “Bozqurd” (əvvəlki “Kür” Samux) aşağı dəstədən gələnlərdir. “Azneftyağ” isə əvvəlki “Tərəqqi”dir. Hər qrupdan 3 komanda aşağı dəstəyə düşüb. İlk 2 yeri tutan komanda isə final mərhələsinə yüksəlib. Neytral meydanda keçirilən final mərhələsi pley-off sistemi ilə baş tutub.
Azərbaycan Top Liqası 1993/1994
Azərbaycan Premyer Liqası 1993/1994 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 3-cü Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 1994/1995
Azərbaycan Premyer Liqası 1994/1995 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 4-cü Azərbaycan çempionatıdır. Xəzər Lənkəran 12-ci turdan sonra çıxışını dayandırıb, qalan oyunlarda 3:0 hesablı texniki məğlubiyyət verilib.
Azərbaycan Top Liqası 1995/1996
Azərbaycan Premyer Liqası 1995/1996 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 5-ci Azərbaycan çempionatıdır. == Altılıq mərhələsi == Yekun cədvəli 1-6-cı yerlər uğrunda 1. "Neftçi" 20 10 6 4 32-20 36 2. "Xəzri" 20 8 9 3 22-14 33 3. "Kəpəz" 20 9 5 6 34-21 32 4. "Turan" 20 9 3 8 26-30 30 5. "Qarabağ" 20 4 9 7 25-26 21 6. "Kür-Nur" 20 1 4 15 12-46 77-11-ci yerlər uğrunda 7. "Bakı fəhləsi" 16 9 2 5 26-18 29 8. "Viləş" 16 9 1 6 26-29 28 9.
Azərbaycan Top Liqası 1996/1997
Azərbaycan Premyer Liqası 1996/1997 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 6-cı Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 1997/1998
Azərbaycan Premyer Liqası 1997/1998 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 7-ci Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 1998/1999
Azərbaycan Premyer Liqası 1998/1999 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 8-ci Azərbaycan çempionatıdır. == Altılıq mərhələsi == 1-6-cı yerlər uğrunda 1. "Kəpəz" 10 8 1 1 17- 7 25 2. "Şəmkir" 10 5 1 4 10-10 16 3. "Neftçi" 10 4 3 3 11-7 15 5. "Qarabağ" 10 3 3 4 5-8 12 4. ANS-Pivani 10 2 3 5 5-8 9 6. "Dinamo" (B) 10 2 1 7 6-14 77-10-cu yerlər uğrunda 7. "Turan" 6 4 2 0 17-6 14 8. "Viləş" 6 2 3 1 16-12 9 9.
Azərbaycan Top Liqası 1999/2000
Azərbaycan Premyer Liqası 1999/2000 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 9-cu Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 2000/2001
Azərbaycan Premyer Liqası 2000/2001 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 10-cu Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 2001/2002
Azərbaycan Premyer Liqası 2001/2002 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 11-ci Azərbaycan çempionatıdır. Çempionatın 2-ci mərhələsində klublar və AFFA arasında yaranan münaqişəyə görə çempionat yarımçıq dayandırılmış və klublarımız Avropa klub turnirlərinə buraxılmamışdır. Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbüsü ilə çempionatı davam etdirib. Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin hissə qeyri-rəsmi qalıb. Çünki AFFA, PFL, UEFA və FİFA bu nəticələri tanımayıb.
Azərbaycan Top Liqası 2002/2003
Azərbaycan Top Liqası 2003/2004
Azərbaycan Premyer Liqası 2003/2004 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 12-ci Azərbaycan çempionatıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi — Azərbaycan ordusunun topçu hissə və bölmələrinin formalaşdırılması və təlim-tərbiyəsinə, həmçinin atıcı və topşu ehtiyat əmlakının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə rəhbərlik edən hərbi qurum. == Yaradılması == Türk hərbi qüvvələri Azərbaycanda olarkən bu vəzifələr Qafqaz İslam Ordusunun müvafiq strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa edildikdən sonra 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusu ümumi qərərgahınınn tərkibində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray bəy Tlexas həmin şöbənin rəisi təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac artırdı. Hərbi nazirin 1918-ci il, 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu idarəsi yaradıldı. Yeni qurum Ümumi Qərərgahın tərkibindən çıxarılaraq birbaşa hərbi nazirə tabe edildi. Baş Topşu İdarəsinin rəisi əlahiddə Azərbaycan Korpusunun tərkibinə daxil olmayan bütün topçu hissələrinin, müəssisələrinin rəisi idi. Korpusun topçu hissələri üçün isə o, müfəttiş funksiyasını yerinə yetirirdi. İdarə rəisi həmin hissələrdə təlim-tərbiyə işlərini nəzarət altında saxlamaqla, vaxtaşırı hərbi nazirə bu barədə məlumat verməli idi. Baş Topşu İdarəsi iki bölmədən ibarət idi: I bölmə texniki II bölmə müfəttiş bölməsiBölmələrə rəisin texniki və müfəttiş bölmələri üzrə müavinləri rəhbərlik edirdilər.
Azərbaycan toponimləri
Azərbaycan toponimləri – tarixi Azərbaycan dövləti ərazisində yayılmış yer adları. == Yer adları == === Türk mənşəli yer adları === Abşeron. Bəzi tədqiqatçılar toponim adının tat dilindəki "ab" (su) və "şeron" (duzlu) sözlərindən əmələ gəldiyini və "duzlu su" anlamına gəldiyini yazırlar. Digərləri "ab" (su) və "şirin" köklərindən törədiyini və "şirin su" mənası daşıdığını iddia edirlər. Ancaq toponimin mənşəyi haqqda ən əsaslı açıqlama Seyran Vəliyevə məxsusdur: o, Abbasqulu ağa Bakıxanova, B. Dorna, Rəmzi Yüzbaşova istinad edərək toponimin ilkin tarixi adının Əfşaran olduğunu və XVIII əsrdən etibarən rus dənizçiləri tərəfindən xəritələrə Abşeron kimi köçürüldüyünü qeyd edir. Əfşəran sözü türk tayfası əfşarlarla bağlıdır. Əgər "Abşeron" sözü əfşar tayfasıyla bağlıdırsa, bu o deməkdir ki, onlar bu yarımadada Nadir şahdan öncə də yaşayıblar. Ağcabədi Ağdaş Ağstafa — Oğuz tayfa və ya Oğuztəpə. Oğuz yurdu anlamına gəlir. Ağsu Biləsuvar Gəncə.
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Basketbol topu
Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q , çevrəsi — 749—780 mm -dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü » , qadın komandaları üçün — «6 ölçü » . Mini-basketbol oyunlarında — «5 ölçü » istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün. == Basketbol topunun ölçüsü == Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş..

Значение слова в других словарях

бээрэ́м витиева́то инфа́рктный кари́бский не без греха́ нелоя́льность оффла́йн разу́тый раско́вывать распространи́ться рассредото́чение доверя́ть коляда не подарок риско́ванность синячо́к укорени́ться Свенельд antimagnetic Diaspora smogless thunderstroke покатиться раскаиваться справочный