TOPAZ

\[fr.\] сущ. топаз (багьа къванцин са жуьре; ранг алачир, вили ва я жегьре минерал).
TOPAYARPAQ
TOPBIĞ(LI)
OBASTAN VİKİ
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Topaz (bukmeyker)
Topaz – Azərbaycanda bukmeyker. 2014-cü ildə ölkədə ən çox tanınan brendlərdən biri kimi göstərilmişdir. Bukmeyker 8 yanvar 2011-ci ildə ölkədə mərc oyunlarına olan 13 illik qadağadan sonra qurulmuşdur. 2011-ci ildə şirkət 500-cü mərc ofisini açmışdır. Şirkətin 1000-dən çox işçisi var. Şirkət telefon və internetlə birlikdə 500-dən çox lisenziyalaşdırılmış mərc ofisində mərc etməyi təklif edir. 2012-ci ildə Topaz Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmuşdur. 5 avqust 2019-cu ildə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirmidir ki, Topaz 2019/2020 Azərbaycan Premyer Liqa mövsümünün rəsmi sponsoru olmayacaq. 2013-cü ilin martında AR Milli Məclisi gənclər üzərində mənfi təsirinə görə Topaza qarşı tənqidlər etmişdir, lakin Gənclər və İdman naziri Azad Rəhimov Topazın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini bildirmişdir.
Topaz (dəqiqləşdirmə)
Topaz — Qiymətli daş. Topaz (bukmeyker) — Azərbaycanda yeganə bukmeyker.
Topaz Premyer Liqası
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır. 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
Topaz Premyer Liqası 2016-2017
26-cı Azərbaycan çempionatı. İlk turun ilk oyununda Rəhim Həsənov AZAL FK-nun vurduğu təmiz qolu saymır. "Azersun Arena"da təmir işləri ilə əlaqədar olaraq "Qarabağ" ilk oyununu səfərdə keçirməli olur. "Qəbələ Şəhər stadionu"ndakı təmir işləri ilə əlaqədar olaraq "Qəbələ" ilk oyununu Dalğa Arenada keçirməli olur.

Digər lüğətlərdə