TOVUZ

Adın mənşəyini bəziləri hindcə, bəziləri də latınca hesab edir. Ərəbcəsi “tavus”dur: uzun və rəngarəng tükləri olan quş; bəzənmiş qız; əbədilik, ölməzlik, padşahlıq rəmzi kimi tətbiqi sənətdə işlənir.
TORQSİN
TOYXANIM
OBASTAN VİKİ
Dondarlı (Tovuz)
Dondarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır. Dondarlı kəndinin tarixi cox qədimdir.
Dəlləkli (Tovuz)
Dəlləkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Kənd dəlləkli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Keçmişdə mərzili və ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Hacıalılı (Tovuz)
Hacıalılı — Azərbaycan Respublikasının Tovuz rayonunun Hacıalılı kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmış adı Şəmşədil olmuşdur. Yaşayış məntəqəsi 1515-ci ildə qızılbaşların zülqədər tayfasının şəmsəddinli qolunun məskunlaşması nəticəsində yarandığı üçün XIX əsrin əvvəllərinə qədər Şəmşədil adlanmışdır. Digər bir iddiaya görə kənd hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə yerləşir. Qasımov Əli İbrahim oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Hacıalılı kənd kitabxana filialı, Hacıalılı kənd klubu fəaliyyət göstərir. Kənddə Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Hacılar (Tovuz)
Hacılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Kənd qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın (Axıncaçayın qolu) sahilində, Kiçik Qafqaz dağlarının yamacında yerləşir. Kənddə Hacılar kənd kitabxana filialı, Hacılar kənd klubu fəaliyyət göstərir. Kənddə Hacılar kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həsənli (Tovuz)
Həsənli — Azərbaycan Respublikasının Tovuz rayonunun Həsənli kənd inzibati ərazi dairəsində kənd. Kənd həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın sol sahilində, Göyəbaxan silsiləsinin ətəyində yerləşir. Kənddə Həsənli kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Hətəmlər (Tovuz)
Hətəmlər — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Kənd hətəmlər nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Kazımlı (Tovuz)
Kazımlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrdə Aşağı Quşçu kəndindən olan Kazım adlı şəxsə məxsus yurdun yerində salındığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Çınqıldağ silsiləsinin yamacında yerləşir. Əsrikçay kəndi iki hissəyə ayırır. Kənddə Kazımlı kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Köhnəqala (Tovuz)
Köhnəqala — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Kənd buradakı köhnə (qədim) qalanın adı ilə adlandırılmışdır. Zəyəmçayın sahilində yerləşən qala bir hektardan artıq ərazini əhatə edir. Eramızdan əvvəl 450-ci ildə Kürün qolu olan Zəyəmçayda Sasanilərlə yerli xalq arasında müharibə olub. Müharibə zamanı burada olan qala və qəsirlər dağılıb, həmin qalalardan biri də o vaxt bu ərazidə yerləşən Köhnəqala olub. Kəndin adı da elə bu qalanın adı ilə — Köhnəqala adlanıb. Qədim tarixi mənbələrdə burada 2 min il əvvəl böyük bir şəhərin olduğu qeyd edilir. 1963-cü ildə bu qaladan 2 büt tapılıb. Qalanın yerində bir neçə böyük daşla, kərpic və küp qalıqlarından başqa demək olar ki, heç nəyə rast gəlmək mümkün deyil. Çünki qalanın yerində yeni yaşayış evləri tikilib.
Mollalar (Tovuz)
Mollalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş tam adı Kəlbəyimollalardır. Kəndi vaxtilə Kəlbayi Molla Alı adlı şəxs saldığına görə onun adı ilə adlandırılmışdır. Sonralar kən­din adı dəyişdirilərək Mollalar şəklində qəbul olunmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murğuz silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Muncuqlu (Tovuz)
Muncuqlu — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. XIX əsrdə bu kənd quşçu tayfa­sının icmasına məxsus kiçik məntəqələrdən biri olmuşdur. Kənd qədim qəbristan yerindən bəzək əşyalarının tapılması ilə əlaqədar Muncuqlu adlanan yerdə salın­dığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murğuz silsiləsinin ətə­yində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Muncuqlu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Muncuqlu kənd tibb məntəqəsi yerləşir.
Mülkülü (Tovuz)
Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd mülkülü nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Mülkülü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə Mülkülü kənd kitabxana filialı, Mülkülü kənd klubu fəaliyyət göstərir. Kənddə H.Ələkbərov adına Mülkülü kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Məşədilər (Tovuz)
Məşədilər (Alakol) — Azərbaycanın Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Məşədilər (Yanıqlı) — Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd.
Ortaqışlaq (Tovuz)
Ortaqışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Bitliqışlaq olmuşdur. Bu da, güman ki, Şəmkir rayonundakı keçmiş Bitdili kəndinin adi ilə bağlı imiş. Kənd Böyük Qışlaq və Bala Qışlaq yaşayış məntəqələrinin arasında yerləşdiyi üçün Ortaqışlaq adını almışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Qalaboyun (Tovuz)
Qalaboyun — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Kənd Koroğlu qalası adlı qalanın boynunda (keçidində) salındığı üçün belə adlandırılmışdır. Oykonim Qalaboynu variantında da qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Kiçik Qafqaz dağlarının şimal ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qalaboyun kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaradaş (Tovuz)
Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləş­diyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir. Kənddə Qaradaş kənd kitabxana filialı, Qaradaş kənd klubu, Qaradaş poçt şöbəsi (AZ6029) fəaliyyət göstərir. Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qaralar (Tovuz)
Qaralar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Oykonim XIX əsrdə Qazax qəzasında yaşamış qaralar nəslinin adındandır. Böyük Qışlaq bölgəsinə daxil olan kiçik kəndlərdən biri də Qaralardır. XV əsrdən sonrakı nəsil şəcərəsinə söykənən söyləmələrə görə, indiki Füzuli rayonunun Qoçəhmədli kəndində bəylikdən salınmış beş qardaşın öldü-qaldısından xəbərsiz iki qardaş — Qara və Qoç Əhməd qaçıb, indiki Tovuz rayonu ərazisində Qaralar adlı kənd salır və orada məskunlaşır­lar. 1930-cu ilədək Tərtər rayonu ərazisində də Qaralar adlı kənd mövcud olmuşdur. Keçən əsrin 30-cu illərində Ermənistan ərazisində iki Qaralar kəndi, Krımın Yevpatoriya rayonunda Karallar Kıpçak kəndi qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murğuz silsiləsinin ətəyində, ­Tovuz maqistral yolundan 52 kilometr aralıda yerləşir. Qışı sərt, yayı sərin keçir. Yaylaq kimi istifadə olunur.
Tovuz
Tovuz — Azərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər, Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII-XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır.
Qaraxanlı (Tovuz)
Qaraxanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qaraxanlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qaraxanlı kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraxanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. Etnotoponimdir. Qaraxanlılar orta türk dövründə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Əsasən karluq və uyğurlardan ibarət idi. Bu tayfalar birləşərək 940-cı ildə Kaşqarın mərkəzində Qaraxanlılar dövlətini yaratmış, ilk hökmdan Əbdülkərim Satuk Buğra Qaraxan (940–955) olmuşdur. Tovuzda məskunlaşmış qaraxanlılar yerli oğuzlara nə qədər qaynayıb-qarışsalar da, yenə də öz ilkinliklərini qoruyub saxlamışlar. Qaraxanlı kəndinin yaranması və adlandırılması ilə bağlı müxtəlif versiyalar möcuddur. Belə ki, tarixin dərinliklərində Qaraxanlı toponiminə çox rast gəlinir.
Quşçu (Tovuz)
Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Qədirli (Tovuz)
Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Oykonim Azərbaycan xalqının forma­laşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın Vedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovul­muş, kənd ilkin adından məhrum olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qəribli (Tovuz)
Qəribli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, kəndi vaxtilə Qərib adlı şəxs saldığına görə belə adlanmışdır. Əslində, bu tipli oykonimlər başqa yerdən gəlmiş, köçmüş ailələrin məskunlaşması ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, Haçaqaya dağının ətəyində yerləşir. Kənddə Qəribli kənd kitabxana filialı, Qəribli kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənd ərazisində Haçaqaya ziyarətgahı yerləşir Kənddə Qəribli kənd həkim məntəqəsi yerləşir.
Sadıqlı (Tovuz)
Sadıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Kənd mənşəcə Qazax mahalından olan sadıqlı nəslinin Xınna dərəsində kənd təsərrüfatı üçün əlverişsiz bir yerdə məskunlaşması nəticəsində yaran­mışdır. Kəndin adı yerli əhalinin dilində Sadıxlı kimi tələffüz edilir. Gürcüstanın Marneuli rayonunda Sadaxlı adlı yaşayış məntə­qəsi qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, dağətəyi düzən­likdə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Turan Tovuz
Turan Tovuz FK — Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 23 fevral 1992-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir. "Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb. 10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib. Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir. Azərbaycan çempionatı: Qızıl medal (1) — 1993/1994 Gümüş medal (1) — 1994/1995 Bürünc medal (2) — 1992, 1993 "Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib. Mənbə: uefa.com Son yenilənmə: 30 avqust 2010 Azərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir.
Çatax (Tovuz)
Çatax — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Kəndi Yuxarı Quşçu kəndindən çıxmış ailələr iki dağın arasında yerləşən Çatax adlı yerdə salmışlar. Çataq Azərbaycan toponimiyasında "yolayrıcı", "suayrıcı", "dağayrıcı" mənalarında işlənir. Oykonim kəndin yerləşdiyi coğrafi movqeyi təyin edir. Çatax kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. Əlizadə Eltac İsmayıl oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Məsimov Rauf Qafar oğlu (1992-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Çatax kənd kitabxana filialı, Çatax kənd klubu, Çatax poçt şöbəsi (AZ6020) fəaliyyət göstərir. Kənddə Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Çeşməli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Gədəbəy-Tovuz seçki dairəsi
Hacıalılı bələdiyyəsi (Tovuz)
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hindistan tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Həsənli bələdiyyəsi (Tovuz)
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Koroğlu qalası (Tovuz)
Koroğlu qalası — Tovuz rayonu ərazisində yerləşən qalanın xarabalıqları dövrümüzə çatıb. Bu qala da Koroğlunun əsas sığınacaqlarından olub. Qala hündür təpəlik üzərində tikilb. Qasımov, C. “Koroğlu qalası”nda sirli möcüzə: [Tovuz rayonunda yerləşən eyniadlı qala haqqında tarixi romanlar müəllifi Cəlaləddin Qasımovla müsahibə] /müsahibəni apardı M. İmamquliyeva //Həftə içi.- 2013.- 10 oktyabr.- S.7. Qasımov, C. “Koroğlu qalası”nın sirri: [tarixi romanlar müəllifi Cəlaləddin Qasımovla Tovuz rayonunda yerləşən eyniadlı qala haqqında müsahibə] /müsahibəni apardı Kənan //Təzadlar.- 2013.- 15 oktyabr.- S.6.
Kəkilli tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Məşədilər (Alakol, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Kənd məşədilər nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi nəslindən olanlar, məşədigillər" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Mirzəyev Eltac Fizuli oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Məşədilər (Yanıqlı, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, kəndin keçmiş tam adı Məşədiyusiflər olmuşdur. Sonralar oykonimin tərkibindən Yusif komponenti düşmüşdür. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Cınqıldağ silsiləsinin ətəyində yerləşir. Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaralar bələdiyyəsi (Tovuz)
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях