TRAXEYA

[yun.] сущ. трахея, нефес къачудай туьтуьх, туьд, нефесдин рехъ.
TRAGİZM
TRAXOMA
OBASTAN VİKİ
Traxeyalılar
Traxeyalılar (lat. Tracheata) — buğumayaqlılar tipinə aid yarımtip. Bu yarımtipə iki sinifüstü daxildir: çoxayaqlılar və altıayaqlılar. Altıayaqlılara həm də cücülər daxildir. Bu taksonun tərkibinə daxil olan növlərin sayı olduqca çoxdur. Belə ki, etimoloqların hesablamalarına görə təkcə altıayaqlılar sinifüstünə aid olan cücülərin bir milyondan çox növü var. Çoxayaqlıların isə cəmi 13000-ə yaxın növü var.
Traxeyanın intubasiyası
Traxeyanın intubasiyası, endotraxeal intubasiya, (nəfəs borusuna boru ya lülənin daxil edilməsi) tənəffüsü və tənəffüs yolunun keçiriciliyini təmin etmək məqsədilə icra edilən anestezioloji və reanimatoloji əməliyyat. Traxeyanın intubasiyası potensial invaziv müdaxilə olduğu üçün onu icra etmək üçün böyük təcrübə tələb olunur. Bu zaman hər hansı bir xəta məsələn, təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Tənəffüs yolunun keçiriciliyini təmin etmək baxımından endotraxeal intubasiya ən sığortalı metoddur. Tənəffüsü təmin etmək məqsədilə nəfəs borusunun yarılması haqqında ilkin məlumat Qədim Misirə, e. ə. 1550 ilə aid Ebersa papirusunun 110-cu səhifəsində yazılmışdır. Hələ məşhur loğman İbn Sina 1025-ci ildə tənəffüsü təmin etmək məqsədilə nəfəs yoluna boru daxil edilməsi haqqında 14 cildlik tibb ensiklopediyas – Əl-Qanun fi't-Tıbb – "Tibb elminin qanunları ya Təbabət qanunları" külliyyatında bəhs etmişdir. Perqamonlu Qalen ölü heyvanın ağciyərini şişirtmək üçün "dəmirçi yelpiyindən" istifadə etmişdir. İlk olaraq endotraxeal intbasiya eksperimentdə 1847 ildə N. İ. Piraqov tərəfindən itlər üzərində icra edilmişdir.
Traxeyatənəffüslülər
Traxeyanın karinası
Traxeyanın karinası — sol və sağ əsas bronxların açılışlarını ayıran nəfəs borusu altındakı qığırdaq silsiləsi. Karina — nəfəs borusunun ən aşağı qığırdaqının aşağı və arxa davamından əmələ gələn sol və sağ əsas bronxları ayıran qığırdaqlı silsilələrdir. Karina traxeyanın aşağı ucunda - adətən 4-5-ci döş fəqərəsi səviyyəsində olur. Bu, döş sümüyünün bucağına uyğundur, lakin nəfəs alarkən karina 2 fəqərəni yuxarı və ya aşağı qaldıra və ya endirə bilər. Karina orta xəttin solunda yerləşir və ön-arxa (öndən arxaya) hərəkət edir. Bronxial arteriyalar karinanı və aşağı traxeyanın qalan hissəsini qanla təmin edir. Karina, aorta qövsünün nəfəs borusunun solunda keçdiyi yerin arxa tərəfində yerləşir. Qoşalaşmamış damar karinanın üstündən sağ traxeyaya keçir. Karinanın selikli qişası öskürək refleksini tətikləmək üçün nəfəs borusu və qırtlağın ən həssas sahəsidir. Traxeobronxial zədə, tənəffüs yollarının zədələnməsi — 60% hallarda karinadan 2,5 sm məsafədə baş verir.

Digər lüğətlərdə