TURŞULU YAĞIŞLAR, TURŞ YAĞIŞLAR

T.y.-ın əsas komponentləri azot və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədə olduqda sulfat, nitrat və digər turşular əmələ gətirir. T.y.-a səbəb olan təbii mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen ifrazat, torpağın deflyasiyası və s. aiddir. Antropogen T.y.-ın mənbəyi yanacaq qazıntılarının, xüsusən daş kömürün İES-də, qazanxanalarda, metallurgiyada, neft-kimya sənayesində, nəqliyyatda və s. yandırılması prosesi sayılır. T.y.-ın digər mənbəyi kənd təmərrüfatında istifadə olunan azot gübrələri hesab olunur. T.y.-ın əsas yayıldığı vilayətlər sənaye rayonları sayılır. (Ş.Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, Çin, Rusiyanın sənaye rayonları). Turşuluğu (PH) 5,6-dan aşağı olan yağıntıların T.y. adlandırılması qəbul edilmişdir. İndiyə qədər məlum olan ən turş yağış Kanadada (PH 2,4) və ABŞ-ın Los-Anjeles şəhərində (PH 2,3) qeydə alınmışdır. T.y. təbiətə, binalara və qurğulara böyük zərər yetirir, tarixi abidələri aşılayır, metal qurğuları karroziyaya uğradır, torpağın, suyun fiziki-kimyəvi xassəsini dəyişdirir, canlı aləmin bioloji inkişafını məhv edir. T.y. bitki örtüyünün, o cümlədən meşələrin qurumasına, su orqanizmlərinə məhvedici təsir göstərir. T.y. təsirindən Norveçin cənub hisəsində göllərin 80%-i «ölüdür». T.y.-ın ekoloji problemini həll etmək üçün azot oksidi və kükürd qazının buraxılması kəsgin azaldılmalı, yeni texnologiya tətbiq edərək yanacağa qənaət etmək, yanacaqdan kükürdü kənar-laşdırmaq, tüstü bacalarından çıxan kükürd və azot oksidini tutmaq kimi tədbirlər həyata keçirilir, bu sahədə ayrı-ayrı dövlətlərlə beynəlxalq əməkdaşlıq edilir.
TURŞ DUMAN
TÜSTÜ
OBASTAN VİKİ
Turşulu yağışlar
Turşulu yağışlar - terminini 1872-ci ildə ingilis kimyəgəri Robert Smit özünün "hava və yağmur" əsərində irəli sürmüşdür. Turşulu yağışın əsas komponentləri azot və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və ya torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədar olduqda sulfat, nitrat və digər turşular əmələ gəlir. Amonyak (NH) da turşulu yağmurların əsas komponentlərin-dən biri hesab olunur. Turşulu yağışlar həm təbii, həm də antropogen mənşəli olur. Turşulu yağışın əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları,biogen ifrazatı,torpağın defilyasiyası və s. aiddir. Alimlərin məlumatlarına görə dünyada yalnız vulkan fəaliyyəti nəticəsində hər il 4-16 mln. ton kükürd birləşmələri ayrılır. Hər il atmosferə kükürd - 2 oksid və azot oksidləri daxil olur.
Yağışlar mövsümü
Yağışlar mövsümü — İlin bir movsümü olaraq, atmosfer yağıntılarının böyük miqdarda düşdüyü dönəmdir. Əsasən tropik qurşaqlarda müşahidə edilir. Xüsusi ilə mussonun mövcud olduğu ərazilərdə savannalarda müşashidə etmək olar. Yağışlar mövsümü ekvatordan tropiklərə doğru yağıntılar mövümü arasındakı vaxt və yağıntının miqdarında fərqlər müşahidə edilir. Ekvatora yaxın ərazilərdə ildə iki dəfə yağışlar mövsümü müşahidə edilir. Tropiklərin ucqarlarında isə ildə bir yağış mövsümü olur.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
Turşulu ət
Turş akronixiya
Turş akronixiya (lat. Acronychia acidula) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin akronixiya cinsinə aid bitki növü. Mənşəcə Avstraliyanın tropik meşələrinə aid kiçik boylu ağac növüdür. Meyvəsi xoş ətirli və turş olduğuna, eləcə də şirəyə əlavə edilməsi, qənnadı məhsullarının hazırlanmasında istifadə olunduğuna və görə daha çox tanınmışdır. Ağac tez boy atır və onubuna görə də onu müntəzəm olaraq budamaq lazım gəlir.
Turş su
Yaşayış məntəqələri Turşsu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Turşsu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Turşsu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda qəsəbə. Digər Turşsu (içki) — təbii, müalicəvi mineral süfrə suyu.
Turş Pisko
Turş Pisko Peru və Çili üçün ənənəvi olan Peru mənşəli spirtli kokteyldir . İçkinin adındakı pisko onun əsas bazası olan likör və kokteyl termini turş isə turş sitrus şirəsi və şirinləşdirici komponentlərin adından gəlir. Peru mənşəli turş pisko bazası içki kimi Peru piskosundan istifadə edir və təzə sıxılmış laym şirəsi, sadə sirop (həm. şərbət), buz, yumurta ağı və Anqostura əlavə edir. Çili versiyası oxşardır, lakin Çili pisko və Pika laym istifadə edir, bitter və yumurta ağını istifadə edilmir. Kokteylin digər variantlarına ananas kimi meyvələr və ya koka bitkisinin yarpaqları kimi bitkilərlə hazırlanmışlar aiddir. Pisko əsaslı qarışıq içkilərin hazırlanması 1700-cü illərə təsadüf etsə də, içki tarixçiləri və içki mütəxəssisləri razılaşırlar ki, bu gün məlum olan kokteyl 1920-ci illərin əvvəllərində Perunun paytaxtı Limada amerikalı barmen Viktor Voqen Morris tərəfindən icad edilmişdir. Morris 1903-cü ildə Perunun mərkəzindəki Cerro de Pasko şəhərində işləmək üçün ABŞ-ı tərk etdi. 1916-cı ildə Limada "Morris' Bar"ı açdı və onun barı tez bir zamanda Perunun yuxarı təbəqəsi və ingilisdilli əcnəbilər üçün məşhur bir məkana çevrildi. Turş Pisko haqqında bilinənən ən qədim qeydlər, Morrisin barı üçün Peru və Çilidə nəşr olunan 1920-ci illərin əvvəllərinə aid qəzet və jurnal reklamlarında tapılır.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Turş almalar (film, 2016)
Turş Almalar (Türkcə: Ekşi Elmalar) 2016 istehsalı rejissorluğunu və ssenarsini Yılmaz Ərdoğanın etdiyi filmdir.Filmin Başrollarında Farah Zeynəb Abdullah Şükran Ovalı və Songül Ödən var. Köməkçi rollarda isə Şükrü Özulduz, Fatih Artman, Ərsin Qorxut, Canər Cindoruk, Cəzmi Basqın-dır.Filmin istehsalatını BMM edir. 27 Oktyabrda İstanbulda qala gecəsi olub. 22.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Turş yağışların ətraf mühitə təsiri
Turşulu yağış atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsidir. Belə ki, turşulu yağışlar istilik-enerji komplekslərindən, avtomobil nəqliyyatından, həmçinin kimya və metallurgiya zavodları tərəfindən atmosferə kükürd və azot oksidlərinin atılması nəticəsində əmələ gəlir. Turş yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen kationunun miqdarına əsas diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. pH 7-dən aşağı olan məhlul turş, yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0-14 arasını əhatə edir. Həmçinin, turşuluğu pH 5,6-dan aşağı olan yağıntıların «Turş yağışlar» adlandırılması qəbul edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid tərəfindən törədilir, qalan üçdə birinə isə azot oksidi səbəb olur. Bu oksidlər parnik effektinə səbəb olur və şəhər «smoqunun» (fotokimyəvi dumanın) tərkibinə daxil olur. Müxtəlif ölkələrin sənayesi tərəfindən hər il atmosferə 120 mln.