TÖVLƏ

TÖVLƏ (mal-qara, qoyun-quzu, at-eşşək damı) [Rza:] Mənə elə gəlirdi ki, evimiz də, qalağımız da, tövləmiz də uçulacaq, hamısı alt-üst olacaqdı... (M.İbrahimov); DAM O, birdən irəli sıçrayıb, əlindəki tüfəngi yerə atdı, özü mal damına girdi (M.Hüseyn); QATIRXANA (yalnız qatır üçün tövlə) Bir nəfər qışqırdı: – Ağanın qatırxanası hər yerdən yaxşıdır... (A.Makulu); PƏYƏ Övrət: İzzət, doğrudan pəyədə ağlayan sən idin? (C.Məmmədquluzadə).

TÖVBƏ
TÖVŞÜMƏK
OBASTAN VİKİ
Tövlə
Tövlə bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tövlə (Qəbələ)
Tövlə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Tövlə. Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırkı adı düzdür və söz təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki Çuxur Qəbələ kəndi ilə qədim şəhərin arasındadır. Ərazidən tapılan kərpic bişirən kürəxanalar hələ də araşdırılır və mühafizə olunan arxeoloji abidələr sırasına daxil edilib.
Avgi tövlələri
Avgi — qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida çarı. Avginin tövləsini ("Avgi tövlələri") yalnız Herakl təmizləyə bilmişdi. Avgi Herakla tövlələrin təmizlənməsi müqabilində öz mal-qara sürüsünün onda birini ona pay verəcəyini vəd edir. Herakl, qazıdığı kanal vasitəsilə Alfey və Peney çaylarının sularını Avgi tövlələrindən axıtmaqla onları bir gündə təmizləyir. Avgi tövlələri ifadəsi məcazi mənada həddən artıq bərbadlığı və səliqəsizliyi bildirir.
Tövlədərə
Tövlədərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zivel kənd Sovetindən Tövlədərə kəndi Çıraq kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. Yaşayış məntəqəsi əvvəllər qonşu Çiraq kəndinin binə yerində salınmişdir. Kəndin yerləşdiyi dərədə mal-qara tövləsi olduğu üçün dərə Tövlədərə adlanmışdır. Sonralar bu ad kəndə də verilmişdir. Oykonim "tövləsi olan dərədə yerləşən kənd" mənasındadır. Bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sakinləri tövlə tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonralar həmin yerdə yaşayış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyublar.
Tövlədərə (Kəlbəcər)

Значение слова в других словарях