TÜND-SARI

прил. тёмно-жёлтый (желтый тёмного оттенка). Tünd-sarı sifət темно-жёлтое лицо
TÜND-NARINCI
TÜND-SARIŞIN
OBASTAN VİKİ
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. == Həyat tərzi == Meşə biotoplarında yaşayır.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Sarı rododendron
Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. == Yayılması == Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış . Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.
Sarı rəng
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Sarı süsən
Sarı süsən (lat. Iris pseudacorus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir.
Sarı sıf
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Sarı torpaqlar
Sarı torpaqlar — gilli şistlər üzərində formalaşmış torpaq tipi. Azərbaycanda Lənkəran rayonunun düzən və dağətəyi hissəsində yayılmışdır. == Torpaqəmələgətirən süxurlar == Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisium miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır. == Morfoloji əlamətləri == Torpaq horizontunun ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm-ə qədərdir. A0 – meşə döşənəyi (3-4 sm), A1 – humus horizontu, A2 – podzollaşmış, qonur-sarımtıl rəngdə, gillicəli, B – illüvial horizont, açıq sarı, topavari, prizmavari strukturlu, gillicəli, C-müxtəlif rəngli torpaqəmələgətirən süxurlar. Bu torpaqlar azotludur və bəzi kül elementləri ilə zəif təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir.
Sarı təhlükə
Sarı təhlükə ing. yellow peril), "Çin təhdidi" (ing. China threat yaxud ing. Chinese danger) — ayrı -ayrı Asiya xalqlarından və dövlətlərindən, ilk növbədə ÇXR-dan potensial təcavüz qorxusu ilə əlaqəli anlayışlardır. == Konsepsiyanın tarixi == Fransız publisisti Pol Lerua Bolye (1843-1916) ilk dəfə "Şərqin oyanışı" - Çin və xüsusilə Yaponiya kimi ölkələrin güclənməsi ilə bağlı narahatlığını ifadə etmişdir. Fransada yaranan bu termin, Almaniya, İngilis İmperatorluğu, ABŞ və Şərqdə geniş maraqları olan ölkələrin imperialist dairələrində daha geniş yayılmışdır. Bu ifadə Alman imperatoru II Vilhelm tərəfindən tez-tez istifadə edildiyindən Avropa ölkələrinin ictimai-siyasi lüğətinə daxil olur və ksenofobik, cinqoist bir məna qazanır. Hal-hazırda bu termin "Asiya pələngləri"-nin və əsasən Çin Xalq Respublikasının inkişafı ilə əlaqədar olaraq yenidən istifadə olunmağa başlanıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində Uzaq Şərq xalqlarına irqi nəzəriyyələr kontekstində "ağ"-lara qarşı duran "sarı"-lar kimi baxılmağa başlanıldı. Tarixçi Viktor Dyatlov qeyd edir ki, XX əsrin əvvəllərində "sarı təhlükə" yəhudi sui -qəsd nəzəriyyəsi ilə birlikdə iki "böyük ksenofobiya" dan biri idi.Üstəlik, bu iki fobiya bir — dünya sui -qəsd nəzəriyyəsində birləşə bilər.
Sarı xanıməli
Sarı xanəli
Sarı yağ
Qhi (Sanskritcə:ghṛta, Hindi: घी ghī ,*Benqali: ঘী ghee, Urduca: گھی ghī, Tamilcə: நெய் ney, Ərəbcə: سمنة samna, Hausaca: man shanu) — Hindistan yarımqitəsi mənşəli və ümumiyyətlə Cənubi Asiya (Hindistan, Banqladeş, Nepal, Pakistan mətbəxi), mətbəx və rituallarında istifadə edilən aydınlaşdırılmış kərə yağın bir sinifi. Azərbaycan mətbəxində də işlənir. Bu yağın ingiliscə adı ghee dir ki Sanskrit dilindən (ghṛtaIAST, 'səpilmiş') alınıb. == Dini istifadə == Ənənəvi qhi inək südündən hazırlanır (Sanskrit: गोघृत go-ghṛta) və Vedik və müasir Hindu libasyon və yağlama mərasimlərində müqəddəs rolu var. Həmçinin qhi üçün bir himn var.
Sarı çay
Sarı çay — adətən yaşıl çay ilə eyni şəkildə emal olunmuş xüsusi çay. Çayda istifadə olunan yarpaqlar yavaş bir quruma fazası ilə qurudulur, nəm çay yarpağının oturmaq və saralmaqına icazə verilir. Çay ümumiyyətlə çox sarı-yaşıl görünüşü var və həm ağ çay və həm də yaşıl çaydan fərqlidir.
Sarı üçskillinq
"Sarı üçskillinq" — Dünyanın ən bahalı poçt markası. Çəkisi 0,03 qramdır. Bu marka çəkisi və həcminə görə də dünyada ən qiymətli hesab edilir. Markanın 1855-ci ildən müasir dövrə qədər gəlib çıxması 14 yaşlı isveçli şagirdin hesabına baş vermişdir. O, həmin vaxt markanın zibil vedrəsinə atılmasının qarşısını almışdır. "Sarı üçskillinq"in qəribəliyi odur ki, markanın ştampı sarı rəngdədir. Halbuki, İsveç poçtunun qaydalarına əsasən, ştamp yaşıl rəngdə olmalı idi. İndiyə kimi markanın bir çox sahibi olmuşdur. 1996-cı ildə 2,2 milyon dollara satılmışdır. 2010-cu ildə isə 7,3 milyon dollara yenidən hərraca çıxarılmışdır.
Sarı şam
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.
Sarı şibyəyeyən
Sarı şibyəyeyən (lat. Eilema lutarella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 9-11 mm-dir. Qanadların ümumi rəngi çirklənmiş sarı rəngdədir. Arxa qanadları tünd boz rəngdədir və əvvəlki növdən bununla fərqlənir. Başı və qarıncığın uc hissəsi sarı, bədəni isə tünd rəngdədir. Tırtılın qara rəngli başı qısa tüklərlə örtülüdür. Bədəni qonur rəngdədir. Beli üzərindən qara rəngdə, yanlarda isə tünd qonur xətlər vardır.
Sarı şternbergiya
Sarı şternbergiya (lat. Sternbergia lutea (L.) Spreng.) — Nərgizçiçəyikimilər fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı yumru, böyük, 3-4 sm enində və 5 sm hündürlüyündədir. Tünd-qonur qınlarla əhatə olunmuşdur. Bitki 20(40) sm hündürlükdədir. Yarpaqları enli-xətvari, kənarları dişli, kələ-kötür, yaşıl, kütdür, payızda çiçəklərlə birlikdə əmələ gəlir. Çiçəkyanlığı parlaq-sarı rəngdədir.

Digər lüğətlərdə