TƏQİB

[ər.] сущ. 1. геле гьатун, гуьгъуьна гьатун, геле къекъуьн, гуьгъуьна (геле, дабанда) гьатна фин, чинеба хуьн; 2. пер. нарагьат авун, азият гун; зулум авун, басхас авун, кӀеве ттун; ** təqib etmək а) геле гьатун, гуьгъуьна гьатун, геле къекъуьн, гуьгъуьна (геле, дабанда) гьатна фин, чинеба хуьн (мес. гъуьрч, душман); б) садан гуьгъуьнаваз (кьулухъ галаз, къвалав гваз) фин, рекье ттун; в) пер. сад-садан гуьгъуьналлаз атун; гуьгъуьнал алаз (кьулухъ галаз) атун (мес. къуьд акъатна гатфар); г) пер. секинвал тагун, нарагьат авун, хурук кутун, азият гун (мес. фикирри).
TƏQƏLLÜB
TƏQLİD
OBASTAN VİKİ
Böyük təqib
Böyük təqib və ya Diokletian təqibi — 303–313-cü illərdə, Roma imperiyasında imperator Diokletian dövründə başlanan və onun xələfləri tərəfindən davam etdirilən xristianlara qarşı sonuncu və ən şiddətli təqib. 303-cü ildə tetrarxlar Diokletian və Maksimian, Qaleri və Konstansi Xlor xristianların mülki hüquqlarını rəsmi olaraq ləğv edən və onlardan ənənəvi Roma dini ayinlərinə riayət etmələrini tələb edən fərman vermişdilər. Sonradan kahinlərə qarşı yeni fərmanlar verilmiş, eləcə də imperiyanın bütün sakinlərini paqan qurbanları kəsməyə məcbur etmişdir. Təqiblərin intensivliyi imperiya daxilində regiona görə müxtəlif olmuşdur. O vaxt Konstansinin hökm sürdüyü Qalliyada və İngiltərədə yalnız ilk fərman yerinə yetirilmiş və buradakı təqiblər imperiyanın şərq hissəsindəkindən daha zəif idi. Cəza qanunları tədricən ləğv edilmiş və Böyük Konstantin tərəfindən 313-cü ildə verilən Milan fərmanı ilə nəhayət bu dövr sona çatmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Лебедев, Алексей Петрович. Эпоха гонений на христиан и утверждение христианства в греко-римском мире при Константине Великом. Библиотека христианской мысли. Исследования.
Kiber-təqib
Kibertəqib (ing. Cyberstalking) — fərdi, qrupu və ya təşkilatı izləmək və narahat etmək üçün İnternet və ya başqa elektron vasitələrdən istifadə edilməsi.
Lionda təqib
Lionda təqib — b.e. 177-ci ildə, Mark Avrelinin hakimiyyəti dövründə, Romanın Qalliya vilayətinin Luqdun şəhərində (indiki Lion, Fransa) xristianlara qarşı əfsanəvi təqib. Bu təqiblə bağlı heç bir tarixi hesab yoxdur və ən erkən mənbə hadisədən 150 il sonra yazılmış Yevsevinin "Kilsə tarixi" əsərinin V kitabıdır. VI əsrdə yaşamış Turlu Qriqori bu təqibləri müəllifi olduğu "Əzabkeşlərin şöhrət kitabı" əsərində qismən əhatə etmişdir. == Təqib == Liondakı təqib haqqında ən mühüm məlumat mənbəyi Yevsevinin "Kilsə tarixi" əsərində uzun fraqmentlər şəklində verilmiş yunanca məktubdur. Yevsevi əzabkeşlik çəkmiş xristianlar haqqında demək olar ki, bütün məlumatları özündə saxlamış, mətndə yalnız ritorik və didaktik hissələr buraxmışdır. Yevseviyə görə, məktub imperator Mark Avrelinin hakimiyyəti dövründə xristianlara qarşı genişmiqyaslı təqiblərin baş verdiyinin sübutu idi. Burada "möminlik döyüşçüləri"nin haqq və öz ruhları uğrunda apardıqları mübarizədən bəhs edilirdi. Məktubda istismarlar ətraflı təsvir edilmişdir. Əzabkeşlərin adları sonda verilmişdir.
Təqib (1984)
Filmdə kəndli balası İbrahim haqqında söhbət açılır. Burada balaca tamaşaçılarda təbiətə və insana məhəbbət hissləri aşılanır və belə bir fikir irəli sürülür: nəinki heyvanlar, həm də adamlar arasında dostluq və xeyirxahlıq münasibətləri düşmənçilikdən qat-qat yaxşıdır. Bu multiplikasiya filmi Məstan Əliyevin şerlərinin motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Məstan Əliyev Rejissor: Vahid Talıbov Ssenari müəllifi: Alla Axundova Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Aydın Lazımov, Yelena Dontsova, N.Ağayeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Təqib (film, 1984)

Rusiyada homoseksualların təqib tarixi
Tarixən Rusiya digər Avropa ölkələrinə nisbətən homoseksuallara qarşı daha dözümlü olub. Dünyəvi cinayət hüququ 18-ci əsrə qədər bu məsələni həll etməmişdir. Rus Pravoslav Kilsəsi eynicinsli əlaqəni (həm qadın, həm də kişi) ciddi günah hesab edirdi, lakin kanon qanunlarına görə, bunun cəzası digər "zina" formaları ilə müqayisə oluna bilər və həmin cəza Qərbi Avropadan daha yumşaq idi. Rusiyada homoseksualizm əleyhinə qanunvericilik ilk dəfə 1706-cı ildə I Pyotr tərəfindən Alman hərbi qaydalarını köçürərək təqdim edilmişdir. Qanun yalnız hərbi qulluqçulara şamil edilirdi və yeni yaradılmış Avropa tipli orduda nizam-intizamın qorunması zərurəti ilə əsaslandırılırdı. Kişi homoseksuallığının kriminallaşdırılmasının ikinci dalğası I Nikolayın mühafizəkar siyasəti və qanunvericilik islahatları çərçivəsində baş verdi. 1835-ci ildə cinayət qanunlarının yeni toplusu qüvvəyə minir. Buraya homoseksualizm əleyhinə məqalə də daxil idi, bu məqalə də Almaniyanın təsiri altında yazılmışdır, lakin homoseksualların təqibi artıq dini əxlaqi əsaslandırmaya malik idi və Rusiya İmperiyasının bütün subyektlərini əhatə edirdi. Bu vəziyyət monarxiyanın süqutuna qədər 82 il davam etdi. Rusiya İmperiyasında lezbiyanlar Finlandiya Knyazlığı istisna olmaqla, qanunla təqib olunmadılar.
Adi təqibçi
Adi təqibçi (lat. Porzana porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Cırtdan təqibçi
Cırtdan təqibçi (lat. Porzana pusilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Diokletian təqibi
Böyük təqib və ya Diokletian təqibi — 303–313-cü illərdə, Roma imperiyasında imperator Diokletian dövründə başlanan və onun xələfləri tərəfindən davam etdirilən xristianlara qarşı sonuncu və ən şiddətli təqib. 303-cü ildə tetrarxlar Diokletian və Maksimian, Qaleri və Konstansi Xlor xristianların mülki hüquqlarını rəsmi olaraq ləğv edən və onlardan ənənəvi Roma dini ayinlərinə riayət etmələrini tələb edən fərman vermişdilər. Sonradan kahinlərə qarşı yeni fərmanlar verilmiş, eləcə də imperiyanın bütün sakinlərini paqan qurbanları kəsməyə məcbur etmişdir. Təqiblərin intensivliyi imperiya daxilində regiona görə müxtəlif olmuşdur. O vaxt Konstansinin hökm sürdüyü Qalliyada və İngiltərədə yalnız ilk fərman yerinə yetirilmiş və buradakı təqiblər imperiyanın şərq hissəsindəkindən daha zəif idi. Cəza qanunları tədricən ləğv edilmiş və Böyük Konstantin tərəfindən 313-cü ildə verilən Milan fərmanı ilə nəhayət bu dövr sona çatmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Лебедев, Алексей Петрович. Эпоха гонений на христиан и утверждение христианства в греко-римском мире при Константине Великом. Библиотека христианской мысли. Исследования.
Kiçik təqibçi
Kiçik təqibçi (lat. Porzana parva) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Roma imperiyasında xristianların təqibi
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən, daimi xarakter daşımayan və adətən lokal xarakterli təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı. Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir.
Təqibçi
Təqibçi (lat. Porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Şiələrin təqibi
Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad. Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.
Desi dövründə xristianların təqibi
Desi dövründə xristianların təqibi — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru Qay Messi Kvint Trayan Desinin 250-ci ildə xristianlara qarşı başlatdığı təqib. Bu, Roma imperiyasında xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib olmuşdur. == Təqib == Xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib III əsrdə Desi Trayanın hakimiyyəti dövründə baş vermişdir. B.e. 250-ci ildə imperator Desinin bununla bağlı verdiyi fərman on səkkiz ay qüvvədə qalmışdır. Vilayət hakimləri öz yurisdiksiyalarında böyük şəxsi səlahiyyətə malik idilər və xristianlara qarşı lokal xarakter daşıyan təqib halları və kütləvi zorakılıq hadisələri ilə necə məşğul olacaqlarını özləri seçə bilərdilər. Bu müddət ərzində bəzi xristianlar öldürüldü, digərləri isə edamdan qaçmaq üçün mürtədlik etmişdir. Vilyam Hyu Klifford Frend təxmin edir ki, təqiblər zamanı 3,000–3,500 xristian öldürülmüşdür. Fərmanın mətni qorunub-saxlanılmamışdır, amma məlumdur ki, burada azad edilmiş yəhudilər istisna olmaqla bütün imperiya sakinlərindən Roma maqistratının iştirakı ilə tanrılara qurban kəsmələrini tələb etmiş, buna görə yazılı şəhadətnamələr verilmişdir. Fərmanın xüsusilə xristianları hədəf almasına dair heç bir sübut yoxdur.
İkirəng təqibçi
İkirəng təqibçi (lat. Porzana bicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü. Qaraquyruq çivdimdik Butan, Çin, Hindistan, Laos, Myanma, Tailand və Vyetnamda rast gəlinir. Onlar rütubətli tropik və ya subtropik dağ meşələrində təbii şəkildə yaşayırlar.
Təqibçi (film)
Təqibçi (ing. It Follows) — Devid Robert Mitçellin yazıb rejissorluq etdiyi 2014-cü il qorxu filmi. Filmin baş rolunda Mayka Monro çəkilib, o maşında cinsi əlaqəyə girdikdən sonra naməlum varlıq tərəfindən təqib edilən qızı canlandırıb. Təqibçi — Internet Movie Database saytında.
Türkiyədə uyğurların təqibi
Türkiyədə uyğurların təqibi — Türkiyədə sığınacaq axtaran və qaçqın olan uyğurların repressiyaya məruz qalması, deportasiyası, onlara pis rəftar edilməsi və həbs edilməsi. Türkiyə Çindəki repressiyalardan qaçan bir çox uyğur üçün təhlükəsiz sığınacaq kimi tanınırdı. Rəcəb Tayyib Ərdoğanın özü ilk növbələrdə Çinin Sincandakı siyasətini soyqırım adlandırmışdır. Buna baxmayaraq, 2010-cu illərin sonlarında türk milliyətçi və anti-Qərb baxışlarına keçid edən zaman o, Türkiyəni Qərbdən uzaqlaşdırmışdır, daha çox Çin və Rusiyaya meyl göstərmişdir, hətta Çini və onun Sincan siyasətini tənqid etməyi dayandırmışdır. Uyğurlar əvvəlki kimi Türkiyədə böyük etiraz aksiyalarına ev sahibliyi edə bilməmişdilər. Ərdoğan Çinin azlıqlara qarşı siyasətini yüksək qiymətləndirmişdir. 2015-ci ildə Ərdoğan Sincandakı uyğurların "terror fəaliyyətlərini" pislədiyini bəyan etmişdir, buna görə Dünya Uyğur Konqresinin tənqidinə məruz qalmışdır. 2017-ci ildə Türkiyə hökuməti Böyük Britaniya və Birləşmiş Millətlər Təşkilatının oxşar təyinatlarından sonra Şərqi Türküstan İslam Hərəkatını rəsmi olaraq terror təşkilatı elan etmişdir. Təzyiqlər 2020 və 2021-ci illərdə şiddətlənmişdir. Minlərlə uyğur hədəf alınacağından qorxaraq Türkiyəni tərk etmiş və Avropaya getməyə başlamışdır.

Digər lüğətlərdə